KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir .....                     Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? .....                     DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi .....                     Bakıdan Makrona göndəriləsi “hədiyyə” .....                     Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? .....                     Tovuzun kəndlərində məktəblər niyə boşalır? .....                     "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" .....                     Benzinin qiymətini kimə həvalə etməli? .....                     Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? .....                     Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə .....                     Yeni lizinq şirkəti təsis edilib .....                     Azərbaycan Ukraynaya soğan göndərə bilər? .....                     Tiflis məhkəməsi qərar verdi: .....                     Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib .....                     Suriyada müxalif qüvvələr Hələbə daxil oldu .....                     Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib .....                     Qərbin “erməni sevgisi”: .....                     "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı .....                     Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır .....                     Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                 

DYP-DƏ CƏRİMƏ MAXİNASİYASI
Tarix: 2-05-2012, 17:00 | Çap et
DYP-DƏ CƏRİMƏ MAXİNASİYASI

BU FIRILDAQ PROSESİNDƏ BANKLAR DA İŞTİRAKÇIDIR

Dövlət Yiol Polisi əməkdaşlarının qanunsuz hərəkətləri bitib-tükənmir. Müəyyən yollarla vəzifə səlahiyyətlərindən sui-istifadə halları bu qurumun bəzi əməkdaşlarının gündəlik iş prinsipinə çevrilib. Redaksiyamıza müraciət edən Bakı şəhər sakini də yol polisinin özbaşınalığına məruz qalıb. Amma nə qədər qəribə olsa da, bu dəfə yol polisi sürücüyə deyil, piyadaya qarşı özbaşınalıq edib. Bakı şəhər sakini, tanınmış jurnalist Hacı Zeynalov deyir ki, o yol polisi tərəfindən piyada kimi yol hərəkəti qaydalarına əməl etmədiyi üçün cərimələnsə də, onun cərimə ödəməsinə imkan verilmir. Şikayətçinin dediyinə görə, bu il martın 31-də Bakının Nərimanov rayonu, Gənclik dairəsində piyadalarla bağlı reydə düşüb. Şikayətçi qanunu pozduğunu etiraf edir və ona qarşı tətbiq edilən cərimə ilə razıdır. Amma…

Cərimələnən piyada pulu kimə və necə ödəsin, bilmir

Amması odur ki, piyadanı cərimələyən yol polisi əməkdaşı ona qarşı haqsızlıq edib. Daha doğrusu, yol polisinin əməkdaşı cəriməni özü bildiyi kimi yazıb ki, piyada cəriməni bir neçə dəfə artıq ödəsin. Piyadanın adi vətəndaş olduğunu zənn edən yol polisi düşünüb ki, cərimələdiyi şəxs hüquqlarını bilmir. Elə buna görə də, yol polisi vəzifəsindən sui-istifadə edib. Nəticədə piyada jurnalist bir aydan artıqdır ki, cəriməni ödəyə bilmir və ödəniləcək məbləğin üzərinə hər gün əlavə məbləğ gəlir. Bu da yol polisinə xeyir, piyadaya isə ziyandır. Bilərəkdən piyadaya külli miqdarda ziyan vurmağa cəhd edən yol polisi əməkdaşı barədə isə tədbir görülmür. Hazırda piyadanın bir aydan artıqdır ki, döymədiyi qapı, şikayət etmədiyi aidiyyəti məmur qalmayıb. Yol polisinin əməkdaşı isə piyadanı bu vəziyyətə salmasından həzz alır. Dövlət yol polisinin əməkdaşı bilir ki, vətəndaşın ödədiyi məbləğin müəyyən faizi onun əmək haqqının artmasına səbəb olacaq. Elə buna görə də, o bilərəkdən qanunsuzluğa yol verib ki, vətəndaşdan bu yolla rüşvət alsın. Hələ ki yol polisi buna nail olur. Amma buna nə vaxta qədər nail olacaq bilinmir.

Nərimanov yol polisi əməkdaşı piyada və sürücülərə elə divan tutur

Hadisə belə olub. Şikayətçi həmkarımın dediyinə görə, o Gənclik dairəsində həqiqətən də yol hərəkəti qaydalarına zidd olaraq piyada keçidindən istifadə etməyib və yolda avtomobillərin hərəkətinə mane olub. Həmin vaxt da adıçəkilən ərazidə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yol hərəkətinin təhlükəsizliyi ilə bağlı reyd keçirirmiş və təsadüfən Hacı Zeynalov reyd zamanı yaxalanıb. Bu faktı özü tam etiraf edir və qaydanı pozduğunu deyir. Bu vaxt Nərimanov rayon Yol Polisi Şöbəsinin əməkdaşı Ə.Almuradov ona yaxınlaşıb və yol hərəkəti qaydalarına zidd hərəkət etdiyi üçün barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə uyğun olaraq protocol tərtib edib. Hacı Zeynalov da protokolun şərtləri ilə razılaşıb. Piyada qanunvericiliyə uyğun olaraq cəriməni yerində ödəmək istəyib və təklifini yol polisi əməkdaşına bildirib. Amma cənab Almuradova bu vasitə sərf etməyib. Əvvəlcə yol polisi Hacı Zeynalovdan şəxsiyyətini təsdiq edən sənəd tələb edib. Almuradov elə zənn edib ki, piyadanın şəxsiyyətini təsdiq edən sənədi üzərində olmayacaq və o da bundan istifadə edib protokol yazacaq. Amma Hacı Zeynalov şəxsiyyət vəsiqəsini dərhal yol polisinə təqdim edib. Bu isə polis əməkdaşını çaşdırıb. Bir müddət Hacı Zeynalovla mübahisə edən yol polisi vəzifə səlahiyyətlərini aşaraq onu protokol tərtib etmək üçün Nərimanov rayon Polis İdarəsinə aparıb. yazmaq üçün aparıb, özü də məcburi. Yol polisi Ə. Almuradov orada Hacı Zeynalovun yol hərəkəti qaydasını pozması barədə protokol tərtib edib və piyadaya verib. Qanunlara riayət eədn jurnalist-piyada protokolu qəbul edib və dərhal cəriməni vaxtında ödəmək qərarına gəlib. Amma…

Yol polisinin qəsdən səhvi jurnalisti “Kapitalbank”la üz-üzə qoyub

Yenə də bir amma çıxıb. Hacı Zeynalov deyir ki, cəriməni ödəmək üçün “Kapitalbank”a yollanıb. Bankda cəriməni ödəyəndə məlum olub ki, Ə. Almuradov onun barəsində tərtib etdiyi protokolu bilərəkdən səhv kodlaşdırıb. Bankdan bildiriblər ki, Hacı Zeynalova verilən protokolun kodunda başqa şəxsin adı var və Hacı Zeynalovun bu protokola ümumiyyətlə aidiyyəti yoxdur: ”Ə. Almuradovun tərtib etdiyi protokolun kodu 497501-dir. Amma, “Kapitalbank”dan bu kodda əcnəbi vətəndaşın adı çıxdı. Mənim adıma olan kod isə ya başqadır, ya da ümumiyyətlə yoxdur. Buna görə də cəriməni ödəyə bilməyib geri qayıtdım. Nərimanov Rayon Polis İdarəsinə məlumat versəm də, bu barədə heç bir tədbir görülmədi və mənə bildirdilər ki, kod düzgündür, guya mən banka getməmişəm. Məcburiyyət qarşısında protokolun kodunu dəqiqləşdirmək üçün yenidən banka yollandım. Amma, yenə də mənə eyni cavab verildi ki, həmin kodlu protokol əcnəbi vətəndaşa aiddir. Artıq bir aydan çoxdur ki, mən yol polisi ilə bank arasında qalmışam. Nə cəriməni ödəyə bilirəm, nə də bu barədə tədbir görülmür. Müraciət etmədiyim qurum qalmayıb. Yol polisi əməkdaşının özbaşınalığı barədə heç kim tədbir görmək istəmir”.

Yol polisi jurnalistdən necə pul qoparmağın yolunu tapıb

Hacı Zeynalov iddia edir ki, yol polisi əməkdaşı Ə. Almuradov bilərəkdən kodu səhv yazıb. Səbəb isə onun protokolda göstərilən məbləğdən artıq vəsaitin ödənilməyə məcbur edilməsidir: “Səbəb çox sadədir. Hamı bilir ki, yol polisinin tərtib etdiyi protokolun cəriməsinin ödənilmə vaxtı bir aydır. Qanunvericiliyə görə, cərimə bir ay müddətində ödənilməsə, ondan sonra keçən hər gün üçün vətəndaş 1 manat əlavə gecikmə faizi ödəməlidir. Bu isə dolayısı ilə yol polisinin vətəndaşları soymasıdır. Bu cür hadisə yüzlərlə insanın başına gəlib və biri də mənəm. Artıq mənim barəmdəki protokolun son ödəmə tarixindən iki gün keçib. Artıq iki gün ərzində həmin cərimə 10 manat deyil, 12 manat olub. Təxminən bir ay da geciksə mən cəriməni 10 manat deyil, 42 manat ödəməliyəm. Yol polisi də bilə-bilə bu cür hərəkət edib ki, o məndən qanunsuz yolla pul alsın”. Hacı Zeynalovun dediyinə görə, bu prosesin yol polisinə ikinci sərf edən variant da var. Bu isə polisin şəxsən qazancının artmasıdır: “Belə ki, polis mənə protokol yazmaqla özünün işə məsuliyyətli yanaşmasını sübut edir və yuxarı rəhbərlikdə qanunla işlədiyini sübut edir. İkincisi isə odur ki, mənim barəmdə tətbiq edilən cərimənin məbləğinin artmasından yol polisi mənfəət əldə edir. Yəni mənim ödədiyim 10 manatın da müəyyən faizi Ə. Almuradovun əmək haqqının üstünə hesablanır. Ona görə də, yol polisi belə hərəkət edir ki, onun əmək haqqına bir protokoldan 10 manatın deyil, 40-50 manatın faizi gəlsin. Məqsəd budur. Buna görə də protokolun kodu qəsdən səhv qeyd olunur”.
Jurnalist yol polisinin qanunsuz hərəkətilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib. Hacı Zeynalov nazirdən yaranan problemin həll edilməsi üçün müvafiq göstəriş verilməsini istəyir. Müraciətdə həmçinin, Gənclik dairəsində onu saxlayan polis əməkdaşı Ə.Almuradovun hərəkətləri barədə ölçü götürülməsini xahiş edib.

Samir Əli









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir - FAKT BUDUR!
Bu gün, 07:17
Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? - GƏLİŞMƏ
Bu gün, 07:15
DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32
Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23
Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36
Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34
"Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30
Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28
Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25
Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05
Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02
Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27
Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38
Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03
Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58
"Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru