HƏRBÇİLƏRİMİZİN DAVASI BÖYÜYÜR
Tarix: 30-04-2012, 12:17 | Çap et
POLKOVNİKDƏN GENERALA QARŞI SƏRT İTTİHAMLAR
Müdafiə Nazirliyinin hüquq idarəsinin rəisi, ədliyyə polkovniki Rauf Kişiyev general Lənkəran Əliyevin nazirliyə qarşı səsləndirdiyi ittihamlarla cavab verib. MN-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan yazılı açıqlamanı olduğu kimi təqdim edirik:
“General Lənkəran Əliyev, deyəsən, öz günahını anlamaq istəmir və məhkəmənin qanuni qərarını şəxsi maraqlarına uyğun olaraq şübhə altına alır. Nə üçün belə etdiyi özünə daha çox aydındır.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin sabiq rəisi, hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasında həqiqi hərbi xidmət keçən general-mayor Əliyev Lənkəran Əbülfət oğlu onun və ailə üzvlərinin mənzil hüquqlarına Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən əsassız müdaxilə olunması barədə müxtəlif kütləvi informasiya vasitələrinə açıqlamalar verməklə, cəmiyyət arasında özünə «ədalət keşiksiçi» imicini qazandırmağa çalışır ki, bu da, onun apelyasiya məhkəməsində uduzduğu mülki işə bir növ «ictimai dəstək» qazanmaq məqsədinə xidmət edir. Lakin hörmətli general nəzərdən qaçırır ki, məsələyə hüquqi müstəvidə baxılırsa, verilən informasiyalar müəyyən qədər də olsa faktlara söykənməli, özünün və digərlərinin nüfuzuna, hərbi qulluqçu şərəfinə xələl gətirməməlidir. Buna görə də mən faktlara istinad edəcəyəm.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyinin ünvanına Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi qulluqçularından, onların ailə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında, Müdafiə nazirinin göstərişilə yaradılmış komissiya tərəfindən, 06 aprel 2009-cu il tarixdən 18 may 2009-cu il tarixədək Təlim və Tədris Mərkəzinin maliyyə-təsərrüfat fəaliyyəti, hərbi qulluqçuların hərbi və döyüş hazırlığı səviyyəsi, hərbi intizama və qanunçuluğa riayət olunması, hərbi qulluqçuların sosial və hüquqi müdafiəsinin vəziyyəti və digər sahələr üzrə yoxlama aparılmışdır. Yoxlamanın nəticələrinə dair general-mayor Əliyev Lənkəran Əbülfət oğlu Azərbaycan Respublikası qanunlarının, hərbi nizamnamələrin və Müdafiə nazirinin əmrlərinin tələblərini kobud şəkildə pozduğuna, tabelikdəki hərbi qulluqçulara qarşı mənəvi və psixoloji təzyiqlərə yol verdiyinə, vəzifəli şəxslərin xidməti vəzifələrinin yerinə yetirilməsinə zəif nəzarət etməsi nəticəsində dövlətə külli miqdarda maddi ziyan vurulmasına şərait yaratdığına görə Müdafiə naziri tərəfindən verilmiş müvafiq əmrə əsasən tutduğu vəzifədən azad edilmişdir.
Yoxlama zamanı hərbi qulluqçulardan daxil olmuş şikayət və izahatlardan məlum olmuşdur ki, Mərkəz rəisi general-mayor L.Ə.Əliyev bir çox zabitlərə qarşı qərəzli mövqe tutmaqla onlara mənəvi və psixoloji təzyiqlər göstərərək, normal şəraitdə xidmət keçmələrinə müxtəlif əngəllər törətmişdir. Belə ki, o, həmin şəxslərə münasibətdə yerli-yersiz olaraq çoxlu sayda intizam cəzaları tətbiq etmiş, onların birdəfəlik pul mükafatlarından məhrum edilməsi barədə qərarlar çıxarmış, attestasiya zamanı aşağı bal ilə qiymətləndirmiş, məharət dərəcəsinin verilməsi üçün sınaq imtahanlarına buraxmamış, növbəti hərbi rütbələrin verilməsi üçün təqdimatlar göndərməmiş və digər qanunsuz hərəkətlərə yol vermişdir.
Generar-mayor L.Əliyev 2008-ci il ərzində hətta öz müavininə (Mərkəzin sabiq qərargah rəisinə) və tərbiyəvi işlər şöbəsinin rəisinə təkcə «Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq» növündəki intizam cəzasını müvafiq olaraq 26 və 18 dəfə tətbiq etmişdir. Qeyd olunan hərbi qulluqçularla yanaşı, o, həmçinin, digər 22 nəfər zabit və gizirlərin attestasiyası zamanı xidmətlərini 20 göstərici üzrə mümkün olan 200 baldan yalnız 20 balla qiymətləndirmiş, bunu əsaslandırmamışdır.
Generar-mayor L.Əliyev, Mərkəz rəisi olduğu dövrdə, tabeliyindəki vəzifəli şəxslərin fəaliyyətinə nəzarəti zəif təşkil etməsi nəticəsində həqiqi hərbi xidmətdən buraxılmış 33 nəfər şəxsin əsassız olaraq şəxsi heyətin siyahısından gec çıxarılması səbəbindən, eləcə də yanacaq, mənzil-istismar, əşya və digər xidmətlər üzrə mövcud olan çatışmazlıq və qanunsuz silinmələrə görə dövlətə ümumilikdə 166 min manatdan artıq məbləğdə maddi ziyan vurulmuşdur.
Bundan öncə verilmiş açıqlamalarda general-mayor L.Əliyevin Təlim və Tədris Mərkəzinin balansında olan dövlət əmlakını mənimsəyərək talaması, bir qrup işçilərə əsassız olaraq pul mükafatlarının ödənilməsi, ona verilmiş xidməti mənzilə, öz vəzifə səlahiyyətindən sui-istifadə edərək, Mərkəzin mənzil komissiyasına qanunsuz göstəriş verməklə göndərtdiyi məktuba əsasən yeni order alması və bunun ardınca Mərkəzin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş binanın 114,5 kv.m yaşayış sahəsini zəbt etməsi, habelə Mərkəzin bir nəfər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunu döyərək fiziki təhqir etməsi faktlarına bir daha toxunmağa lüzum görmürəm və hesab edirəm ki, ictimaiyyətə bu haqda verilmiş məlumatların təfsilatına təkrarən varmağa ehtiyac yoxdur.
Məlum olduğu kimi, general-mayor L.Əliyev törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 331.3, 341.1 v 341.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş və istintaq zamanı yuxarıda göstərilən onun qanunsuz hərəkətləri şahid ifadələri və digər toplanmış istintaq materialları ilə tam sübuta yetirilmişdir.
Belə bir şəraitdə general-mayor Lənkəran Əliyevin hal-hazırda özünü «haqsızlığın qurbanı» kimi təqdim etməyə çalışması heç də təəccüblü deyil və yalnız təəssüf hissi doğurur. Təəssüf hissi ona görə doğurur ki, general hərbi rütbəsində olan bir şəxsin belə hərəkətlər etməsi nə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusuna yaraşır, nə də cəmiyyətdə ona hər hansı bəraət qazandırır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
• Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb
Bu gün, 10:00 |
|
|
|
• Azərbaycanda polkovnik vəfat etdi - FOTO
Bu gün, 09:56 |
|
|
|
• Yevlax Məşğulluq İdarəsi də BELƏ NARAZILIQ YARADIR... - MÜRACİƏT
Bu gün, 09:54 |
|
|
|
• Paşinyan saqqalını nə üçün qırxdığını açıqladı... - VİDEO
Bu gün, 09:44 |
|
|
|
• Bu gündən bəzi məktəblərdə dərslər başlayıb
Bu gün, 09:41 |
|
|
|
• Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... - NARAZILIQ VAR...
Bu gün, 09:40 |
|
|
|
• Zəngəzur dəhlizi bu tarixdə açıla bilər... - Üç məsələdən biri həll olunur
Bu gün, 09:33 |
|
|
|
• Bakının bu tələbi var: iddiaları geri çəkmək isə... - Paşinyan
Bu gün, 09:31 |
|
|
|
• “Bank Respublika” törəmə şirkətinin fəaliyyətini dayandırdığını elan edib
Bu gün, 09:29 |
|
|
|
• "Bunu kimsə nəzərə almır, üstəlik mənim pulumu kəsirlər" - GİLEY
Bu gün, 09:28 |
|
|
|
• Qənirə Ataşovanın instagram hesabı bərpa olundu - özü AÇIQLADI
Bu gün, 09:20 |
|
|
|
• Muxtar Respublikada nə baş verir? - AKTUAL
Bu gün, 09:18 |
|
|
|
• MƏLUM OLDU: 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Bu gün, 09:16 |
|
|
|
• Belə getsə, “Zeytunluq”da yaşıllıq qalmayacaq - SOS!
Bu gün, 09:09 |
|
|
|
• "Yapı Kredi Bank" oyun "alqı-satqısı" ittihamı ilə üz-üzə... - Bank sahibi iddialara nə deyir?
Bu gün, 08:59 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
Bu gün, 08:55 |
|
|
|
• Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır? - AYNA-nın NƏZƏRİNƏ...
Bu gün, 08:47 |
|
|
|
• Ləğv olunmaq sırası AYB-yə çatıb? - İLGİNC...
Bu gün, 08:40 |
|
|
|
• De sən öl, Həsən ağanın qohumuyam? - Sabirabaddakı biabırçılığa sözardı
Bu gün, 08:31 |
|
|
|
|