Rusiya general-polkovnikin bank hesabına da həbs qoydu .....                     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağ adamı “ölmüş şəxs” kimi sistemə salıb .....                     Global Media Group jurnalistlər üçün təlim təşkil edib .....                     Quba sakinləri dərdlərini KİMƏ DESİNLƏR... .....                     FHN ilə “Baku Bulding” MMC-nin işbirliyində bir evin təmir və tikintisi neçəyə başa gəlir .....                     Türkiyənin Zəngəzurla bağlı mövqeyi... .....                     “Əvvəlki ödənişlər nəzərə alınmır. Niyə?” .....                     Paşinyan ABŞ-da Bakıya mesaj verdi, İrəvan qarışdı .....                     Makron Paşinyan üçün yeni "rol" hazırlayıb .....                     Kollec direktorunun kütləvi ixtisar qərarı... .....                     “Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib .....                     Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb .....                     "Rəşad Musayev mənə dedi ki, sənin üstündə nəzarəti gücləndirib səni tutduracam" .....                     Ermənistan-Rusiya münasibətlərində problemlər var, amma... .....                     Zəngəzurdan pay istəyənlərin sayı artır .....                     VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb .....                     Paşinyan referenduma gedir: Azərbaycanın qərarı nə olacaq? .....                     Tənha yaşayan 3 uşaqlı anaya ƏCAİB İMTİNA BƏHANƏSİ... .....                     "Bəzi xarici siyasi dairələr xüsusi canfəşanlıqla ölkəmizə qarşı təqib-təzyiq kampaniyasına başlayıb" .....                     "Dalaşırdım, döyürdüm, döyülürdüm.." .....                     Paşinyan əgər istəsə... .....                     Bu halda Əmək Məcəlləsi pozulur .....                     “Bir çox sahədə müavinət və əməkhaqqı da artacaq” .....                     `Findex` lə sifariş etməzdən öncə düşünün... .....                     Şeyxin etiraz etdiyi BU QANUN yenidən gündəmdə .....                     Şahramanyan da gec-tez cinayət məsuliyyətinə cəlb olunacaq .....                     Yarımçıq saziş sülh gətirməyəcək .....                     Müştərisi `Aztelekom`a qarşı FAKT TƏQDİM ETDİ .....                     Talıbovun TİLSİMİ... .....                     Rusiyanın "qələbəsi üçün dua" və "Bakının doğma evə dönməsi" münasibətilə tost .....                     Dillər Universitetində GİZLİ MÜDAFİƏ .....                     Kremlin blef və şantajı: Putin həm qorxur, həm qorxudur .....                     Sülh masası uğrunda müharibə: Nyu Yorkdan sonra Moskva... .....                     Nikol Bakının önündə geri çəkildiyini elan etdi .....                     Makron dünyanı Azərbaycana qarşı qaldırır .....                     Şirvanda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib .....                     3 il əvvəl Azərbaycan bazarına daxil olmuş BƏƏ şirkəti .....                     Qarabağda 7 kəndə su çəkilir .....                     Dia-az.İnfo-da TEXNİKİ FASİLƏ .....                     Qaradağ rayonunda “27 sentyabr – Anım Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi .....                 

İCRA BAŞÇISININ SAMUX DƏHŞƏTLƏRİ
Tarix: 11-10-2011, 11:15 | Çap et
İCRA BAŞÇISININ SAMUX DƏHŞƏTLƏRİ

VİLYAM HACIYEVİN ÖZBAŞINALIQLARI İLƏ BAĞLI ÇOK ARAŞDIRMA

DİA.AZ: - Ötən günlərdə Samuxdan olan iş adamı Nəsrulla Nəzərovla rayonun icra başçısı Vilyam Hacıyev arasında olan qalmaqal haqda geniş məlumat vermişdik. Həmin yazıda mövzunu əlavə olaraq araşdıracağımıza və qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğumuza dair də anons vermişdik. Maraqlıdır ki, bu yazımızdan sonra V.Hacıyev birbaşa qəzetimizə açıqlama vermək əvəzinə digər mətbu orqanlarda müəmmalı şəkildə bizim yazdıqlarımıza təkzib verdirmək yolunu seçmişdi. Amma “Dünya” informasiya agentliyi olaraq obyektivliyi və doğruluğu təmin etmək üçün biz hadisəni yerində araşdırmaq qərarına gəldik. Amma gördüklərimizin qeydinə keçməzdən öncə

İş adamı ilə icra başçısının münaqişəsi

ilə bağlı qısa xatırlatma edək. "Samir-İstehsal" MMC-nin direktoru Nəsrulla Nəzərov bildirir ki, rəhbərlik etdiyi MMC ilə Samux rayon İcra Hakimiyyəti arasında bağlanmış müqaviləyə və şifahi göstərişlərə əsasən, 2006-2007-ci illərdə rayonun Nəbiağalı qəsəbəsində torpaq yollar asfaltlaşdırıldı. Görülən işlərin müqabilində Samux rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev 2008-ci ildə 334.441 manat ödəməli idi. Amma: "Görülmüş işlərə görə 2007-ci ilin may ayında icra başçısı Vilyam Hacıyev 334.441 manat borcdan 150.000 manat ödəsə də, sonra məndən həmin puldan 100.000 manatını geri istədi ki, prezidentin rayona gəlişi gözlənilir, prezident gəlib gedəndən sonra borclarımı qaytaracağam. Mən Vilyam Hacıyevin sözlərinə inanaraq istədiyi məbləği ona borc verdim. Cənab Prezident İlham Əliyevin Samux rayonuna səfəri başa çatdıqdan sonra icra başçısından verdiyim pulu geri istədim. Dedi ki, nə pul, sən mənə şər atırsan?"

N.Nəzərov həmçinin böildirirdi: "Samux rayon İcra Hakimiyyətinin "Samir-İstehsal" MMC-yə ödəməli olduğu məbləğin ödənilməsinə və rayonun icra başçısı Vilyam Hacıyevin şəxsən mənə və rəhbərlik etdiyim kollektivə yönəlmiş qərəzçiliyinin qarşısının alınması vacibdir".

Məhkəmə qərarına sayğısızlıq

Onu da bildirək ki, N.Nəzərov baş vermiş hadisəyə görə məhkəməyə müraciət edib, amma Vilyam Hacıyevin tutduğu vəzifəsindən qorxan hakimlər MMC-də çalışan 200-ə yaxın işçinin və onların ailə üzvlərinin haqqının tapdandığını nəzərə almadan bir-birindən köçürməklə ədalətsiz qərarlar veriblər. Bundan sonra iş adamı daha yuxarı instansiyalara üz tutub və Apellyasiya Məhkəməsi Vilyam Hacıyevin "Samir" MMC-yə 350 min manat pulun qaytarılması barədə qətnamə çıxarıb. Uzun müddət Samux rayon İcra hakimiyyəti ilə "Samir" MMC arasında davam edən məhkəmə prosesində icra başçısı Vilyam Hacıyev yenidən uduzub. Amma nə qədər qəribə olsa da məhkəmə qərarı bu günə qədər icra olunmamış qalıb. Samux rayonuna Neft Fondundan ayrılan 3.000.000 manat pul da icra başçısı V.Hacıyev tərəfindən mənimsənilsə də, "Samir-İstehsal" MMC-yə olan borcunu ödəməyib. V.Hacıyevin bu hərəkətindən sonra "Samir-İstehsal" MMC-nin maliyyə vəziyyəti çətinləşib.

N.Nəzərov deyir ki, rayon İH başçısı ilə dəfələrlə görüşüb və hər dəfə icra başçısı Vilyam Hacıyev deyib ki, "pul verilməyəcək, kimə şikayət edirsən et". "Abadlıq işlərini 2006-2007-ci illərdə görmüşük. Təxminən 7 kilometrə yaxın yol asfaltlamışıq. 334 min manat dəyərində iş görülüb. rayon icra hakimiyyətinin başçısı tələblərimizdən sonra söz vermişdi ki, 2008-ci ilin əvvəlində borcu verəcəm. Amma sonra da dedi ki, "vermirəm, get kimə deyirsən de". 2 il yarımdır ki, məhkəmələrdəyik. 7 məhkəməni udduq. Qətnamə bizim xeyrimizə oldu. Məlum oldu ki, Gəncədəki Kəpəz rayon məhkəməsinin icraçıları qətnaməni icra başçısının xeyrinə icra ediblər. Hansı yollasa vəzifəsindən sui-istifadə elədi, bizim xeyrimizə verilmiş qətnaməmizi ləğv etdilər. Vermişik Konstitusiya Məhkəməsinə, o da düzgün baxmasa, verəcəyik Avropa Məhkəməsinə".
Bizim də Samux rayonuna səfərimizin əsas məqsədi elə reallığı yerində öyrənmək idi. Amma jurnalist gözü çevik olar deyiblər hələ necə deyərlər hadisə yerinə çatmamış rayon haqda ilk təəssüratımız elə sadə camaatın sözlərindən formalaşdı.

Sadə camaat arasında yalnız narazılıq var

Bir neçə ildir ki, Samux rayonuna icra başçısı təyin olunan Vilyam Hacıyevin qanunsuz əməllərindən şikayətlər və etirazlar səngimir. İcra başçısının hədə-qorxuları ilə üz-üzə qalan rayon sakinlərinin ölkə başçısına ünvanladığı məktublar da ünvanına yetişmir. Vilyam Hacıyevin tapşırığı ilə rayon poçtamtı müraciətlərin ünvanına çatmasına qanunsuz əngəllər yaratmaqdadır.

Xatırladaq ki, respublikanın Qərb zonasında yerləşən Samux rayonunun ərazisi 1455 km2-dır. rayonda 35 yaşayış məntəqəsi_1 şəhər, 6 qəsəbə, 28 kənd vardır. rayon əhalisinin sayı 53330 nəfər təşkil edir ki, onlardan da 17170 nəfəri şəhərdə, 36160 nəfəri kəndlərdə yaşayır. Əhalinin 13512 nəfərini-25 faizini gənclər, 26943 nəfərini yəni 51 faizini qadınlar təşkil edir. Bununla bərabər rayonda 1870 nəfər məcburi köçkün yaşayır. Rayonun tərkibində olan 28 kəndin sakinləri illərdir ki, bir sıra problemlərin həll olunmaması nəticəsində ağır şəraitdə yaşamaq məcburiyyətində qalıblar.
Hər dəfə televiziya ekranları qarşısına çıxan Samux rayon icra hakimiyyəti başçısı Vilyam Hacıyev rayonda hər şeyin qaydasında olduğunu, samuxluların yaşam tərzinin gündən-günə yaxşılaşdığını, işsizliyin aradan qaldırıldığını, rayonun bütün sahələrinin inkşaf etdiyini bildirməklə ictimaiyyəti çaşdırmağa çalışır. rayona icra başçısı təyin olunduğu gündən analoqu olmayan özbaşınalıqlarla diqqət çəkən Vilyam Hacıyev bu günə qədər rayonun bir sıra kəndlərində olmamaqla yanaşı, onların problemlərinə də biganədir.

Bilet alverçiliyindən icra başçılığına

Bildirək ki, bir neçə il əvvəl Müasir Musavat partiyasının sədri Hafiz Hacıyevin dəstəyi ilə keçmiş Xanlar ( indi Göygöl adlanır-red.) rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Vilyam Hacıyevi gəncəlilər bilet satan və ya "kassir" kimi yaxşı tanıyırlar. Əvvəllər Gəncədə bilet satmaqla məşğul olan bu şəxs Göygöl rayonunda icra başçısı işlədiyi müddətdə bir sıra qanunsuz əməlləri ilə diqqət çəkmişdi. Lakin hakimiyyətdə təmsil olunan nüfuzlu oliqarxlardan birinə hektarlarla torpaq sahəsi hədiyyə edəndən sonra onunla münasibətlərini yaxşılaşdıran Vilyam Haciyev əmisi oğlu Hafiz Hacıyevdən üz döndərdi. Bundan sonra Samux rayonuna icra başçısı təyin olunan V.Hacıyev həmin oliqarx tərəfindən bu gün də dəstəklənməkdədir.

Hazırda rayonda böyük problemlərin həllinə etiraz olunduğu bir vaxtda himayədarı olan oliqarxa məxsus obyektlərin tikilməsinə diqqət yetirən Vilyam Haciyev Samuxun Gürcüstanla sərhədd bölgəsindəki kəndləri tamamilə "unudub". Kənd sakinlərinin dediyinə görə, icra başçısı təyin olunduğu gündən bu günə qədər adıçəkilən kəndlərə getməyən Vilyam Hacıyev onların problemlərinin həllinə heç bir səy göstərməyib. Rayonun Salahlı kənd sakinlərinin dəfələrlə şikayət məktublarına məhəl qoymayan Vilyam Hacıyev ölkə başçısına müraciət edən vətəndaşları polislə hədələyir.

"Yuxarıya" saxta məuktublar

Vətəndaşların rayonda baş verənlərlə bağlı şikayətinin qarşısını almaq bir yana, icra başçısı baş verənləri ört basdır etmək üçün əks üsula əl atıb. Vilyam Hacıyev 3 ayda-bir öz nümayəndələrini kəndlərə göndərir. Onlar kənd sakinlərindən imza toplamaq üçün gəlirlər. Belə ki, icra başçısından razılıq məktublarına sakinlərə imza atdıran nümayəndələr 100-ə yaxın vətəndaşı təzyiqlər vasitəsilə buna məcbur edirlər.

Kənd sakinlərinin bildiyinə görə onların imza atdıqları həmin kağızlarda icra başçısı Vilyam Hacıyevin tez-tez kəndə gəlməsi, vətəndaşların problemləri ilə maraqlanması, kəndlərin yolarının təmir edilməsi və bir sıra işlərin görülməsi barədə qeyd olunur. Bununla yanaşı kənd sakinlərinin bəzilərinin adından Prezident Aparatına təşəkkür məktubları da təşkil edən Vilyam Hacıyev kənd sakinlərinin xəbəri olmadığı halda onların yerinə imza atdırır. Təsadüfi deyil ki, bir müddət öncə Vilyam Hacıyev prezidenti belə aldatmağa səy göstərib ki, bunu ötən sayımızda da qeyd etmişdik.

Prezidenti aldadan heç kimi saymaz

Samux rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin ölkə rəhbərliyinə qarşı sayğısızlığı yalnız dövlət başçısı ilə yekunlaşmır. Bir müddət öncə onun vitse-spiker Valeh Ələsgərovla ziddiyyətləri haqda da mediada məlumatlar yayıldı. Belə ki, Samux rayonundan millət vəkili seçilən vitse spikerin Musa adlı bacısı oğlu bu rayonda həbs edilmişdi. Musanın dayısının vitse spiker, atasının isə Dövlət Neft Şirkətində yüksək vəzifə tutması belə onun həbsini əngəlləyə bilməmişdi. Amma səbəb rayon polis şöbəsinin qətiyyəti deyildi. Çünki Musa həbs olunana qədər uzun müddət imiş ki, narkotik maddələr qəbul etdiyinə görə, Narkotiklərə Qarşı Mübarizə İdarəsidə qeydiyyatda olub. Həbsin səbəbi birbaşa V.Ələsgərovla V.Hacıyev arasındakı ziddiyyət olub. Bu iki məmurun münasibətlərinin soyuması Kür çayı sahilindəki 1500 hektar münbit torpaq sahəsi ilə bağlı olub. İcra başçısı Valeh Ələsgərova həmin ərazini vermədiyinə görə, tərəflər arasında gərginlik yaranıb. V.Ələsgərovun bacısı oğlunun həbsi də sifarişi bu qalmaqaldan dolayı məhz icra başçısından gəlib. V.Hacıyev bununla vitse spikerə güc nümayiş etdirib.

Bütün bu məlumatlardan sonra icra başçısından şikayətçi olan iş adamının müəsisəsinə üz tutduq.

Fəhlə çörəyinin baiskarı

Məlumat üçün onu da bildirək ki, Nəsrulla Nəzərov zamanında Rusiyada yaşamış və orada böyük biznesdə uğur qazana bilmiş şəxslərdəndir. N.Nəzərov dövlət başçısı İlham Əliyevin sahibkarların ölkəyə dəvət olunması və xaricdə olan həmyerlilərimizin vətənə qayıdışı ilə bağlı etdiyi çıxışlara inanaraq Azərbaycana gəlib. Düz beş il əvvəl vətənə qayıdan iş adamı əslən Samux rayonunun Ağasıbəyli kəndindəndir. Samuxa dönüşündə də məqsəd doğma rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan, rayonunda iş yeri açaraq həmyerlilərinə gün ağlamaq niyyətindən ibarət olub. Amma bu niyyətlə vətənə dönən Nəsrulla Nəzərov bu gün dönüşünə peşmandır. Çünki icra başçısının özbaşınalığı səbəbindən Nəsrulla Nəzərovla yanaşı, onun rəhbəri olduğu müəssisənin 200 işçisi də ailəsinə çörək apara bilmir. Bu gün həmin işçilər də sahibkarla bərabər Vilyam Hacıyevin nə zaman insafa gələcəyini, onların pulunu verəcəyini gözləməkdədirlər.

Zavodda fəhlə işləyən Həsrət Abdullayevin sözlərinə görə, o və digər işçilər maaşlarının veriləcəyi günü gözləyirlər: "80-dən artıq adam əməkhaqqı alır buradan. Onların da hərəsinin 3-4 nəfərlik ailəsi. 200-230 adam eləyir. Alacağımızı ala bilmirik. Gözləyirik yəqin haqq ədalət yerini alar. Çoxdandır maaşımız verilmir. Vəziyyətimiz pisləşir. O vaxtı alırdıq, yaxşı işləyirdik, yaxşı maaş alırdıq. Bütün problemlər pulla həll olunur. Nəinki ailədə, elə zavodda da problemlər yaranır. Başqa şirkətlərlə işləyə bilmirik. Çünki pulumuzu vermirlər, xammal alıb başqa şirkətlərin sifarişlərini yerinə yetirə bilmirik. Uşaqlar hazırlığa gedirlər, oxuyurlar, pul lazımdır, qışda ayaqqabı lazımdır. Hər şey bahalanıb".

Rəsmi bəhanələr

Onu da bildirək ki, həmin ərəfədə jurnalistlər Samux rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin özü ilə danışmaq istəsə də, buna nail ola bilməyiblər. Amma müavini Tahir Qarayev deyib ki, Vilyam Hacıyev məşğuldur, onun əvəzinə özü danışa bilər: "Vilyam müəllimin adını nahaq çəkirlər. Vilyam müəllim icra hakimiyyətinin başçısıdır. O işləri - layihə və s. işləri arxitektura şöbəsinə tapşırır. Elə söhbət olmayıb, hər şey qanun çərçivəsində olub. Məhkəmə qanunun aliliyini qoruyan bir orqandır. O da qərar verib. Arxitektura şöbəsindən lazımi məlumatları öyrənə bilərsiz. Əsaslı-əsassız məhkəmə qərarları var. Hər halda məhkəmə son qərarları veribdir".

Qeyd edək ki, icra başçısı müavininin məsləhəti ilə jurnalistlər icra hakimiyyətinin arxitektura şöbəsinə də müraciət etmişdi. Şöbənin rəisi Əsgər Həsənov bildirdiyinə görə, müəssisə ilə icra hakimiyyəti arasında qanuni müqavilə imzalanıb: "Məhkəmə baxıb o işə, qərarını da verib. Bunlarla icra hakimiyyəti arasında müqavilə olub - 1 milyon həcmdə. Sonra bunlar işi dayandırıblar ki, əlavə iş də görmüşük, onun da məbləği bu qədər edir, ödənilməlidir. 344 min manat yazıblar. Müqavilənin bəndində göstərilir ki, əlavə iş görülərsə, yenidən müqavilə bağlanmalı və onun pulu ödənilməlidir. Müqavilə yoxdur, özləri üçün nə iş görüblər özləri bilərlər".

İcra başçısından çox görülən işlər

"Samir-İstehsal" MMC haqda hələ bu müəsissəyə getməmiş məlumat almışdıq. Yerli əhali Rusiyadan gələn sahibkar Nəsrulla Nəzərovu abadlıq və quruculuq adamı kimi tanıyır. Sözügedən zavoda gedən yol da yerli sakinlərin sözlərini təsdiqləyirdi. Asvalt Beton zavoddan N.Nəzərovun şəxsi təşəbüsü ilə salınan üzüm bağlarına gedən yollar yeniliyi və hamarlığı ilə seçilirdi. Onu da bildirək ki, bu yol eyni zamanda Samux rayonunun üç kəndin - Əhmədbəyli, Yuxarı Ağasıbəyli və Aşağı Ağasıbəyli kəndlərinin əhalisinə də xidmət göstərir ki, vətəndaşlar da bundan hədsiz razılıq edirlər. Halbu ki, rayonun bir çox kəndlərinə gedən yollar bərbad gündədir. Bu yollarda isə indi çoxlarının unutduğu köhnə PAZ avtobusları işləyir.

Rayonun abadlığı üçün dövlət büdcəsindən ayrılan 3 milyon manat müqabilində yolların və nəqliyyat vasitələrinin belə bərbad olması böyük korrupsiyadan xəbər verir. Onu da bildirək ki, Samux beynəlxalq ticarət marşurutunun üzərində yerləşir və bu marşurut üzrə hərəkət edən xarici vətəndaşlar, yükdaşıma vasitələrinin sürücüləri də rayonun yollarının bərbad olmasının şahidi olurlar.

Kiminə rəhmət, kiminə ...

Müasir dünyagörüşü və xeyirxahlığı ilə rayonda ad çıxaran N.Nəzərovun adi sahibkar kimi gördüyü işləri bir rayonun rəhbərinin əməlləri ilə müqayisə etmək çətindir. Asvalt beton zavoda gedən yolun üstündə gedən yolun üstündəki ziyarətgah- yerli sakinlərin müqəddəs məbəd bildiyi İmamzadənin ətrafının zibilliyi, bu tarixi abidənin özünün bərbad vəziyyətdə olması çox adi və əyani bir sübutdur. Hər şey bir yana - minlərlə insanın ümüd. inam və iman ocağı olan bir məkana rayon rəhbərliyi tərəfindən belə bir münasibət göstərilməsi nə vəzifə etikasına, nə imana sığmır. İcra başçısının laqeydliyinin əksinə olaraq N.Nəzərov bura yaxın ərazidə ağaclar əkdirmiş, bulaq çəkdirmişdir ki, bu da gələn ziyarətçilərdə böyük minnətdarlıq yaradır.

Onu da da bildirək ki, N.Nəzərov rəhbərlik etdiyi müəsisənin yalnız yolunu deyil içini belə hər bir şəraitlə təmin edib. Burda quraşdırılan müasir texnika və fəhlələr üçün yaradılan şərait hər bir işçi tərəfindən razılıqla qarşılanır.

Rayonda hörmət qazanan sahibkar

Asfalt-beton zavodda söhbətləşdiyimiz şəxslər N.Nəzərovun qayğıkeşliyindən və humanizmindən söz açmaqla yanaşı icra başçısının ümumiyyətlə rayonda olan sahibkarlara qarşı repressiya siyasəti apardığını da bildirdi. Amma bütün çətinliklərə və süni əngəllərə baxmayaraq Nəsrulla bəy qısa müddət ərzində rayonda böyük işlər görmüş və öz həmyerlilərinin məhəbbətini qazanmışdır.

Sahibkar kimi həm də həmyerlilərinin qayğısına qalan Nəsrulla bəy Yuxarı Ağasıbəyli kəndinin ərazisində yerləşən gölün ətrafında şəxsi vəsaiti hesabına istirahət mərkəzi yaradıb ki, bura yalnız Samux rayonundan deyil ətraf rayonlardan da bura istirahətə gəlirlər. Onu da bildirək ki, sözügedən istirahət mərkəzində ərazi istifadə üçün vətəndaşlara pulsuz olaraq təklif edilir. Təbii ki, bu da Nəsrulla bəyə böyük rəğbət və hörmət yaradır. Bu isə Vilyam Hacıyevdə qısqanclıq yaradıb. Bu səbəbdən gölün suyunun qurudulması üçün hər cür vasitəyə əl atır.

P.S. Bu bizim Samuxda real olaraq gördüklərimiz idi. Vilyam Hacıyevin süni təbliğatından kənar olan reallıq...

Bakı-Samux-Bakı









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya general-polkovnikin bank hesabına da həbs qoydu - TASS
Bu gün, 11:15
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağ adamı “ölmüş şəxs” kimi sistemə salıb - “Ölü kimi” qeyda alınan şəxs isə...
Bu gün, 11:14
Global Media Group jurnalistlər üçün təlim təşkil edib - FOTO
Bu gün, 11:08
Quba sakinləri dərdlərini KİMƏ DESİNLƏR... - NARAZILIQ VAR...
Bu gün, 11:04
FHN ilə “Baku Bulding” MMC-nin işbirliyində bir evin təmir və tikintisi neçəyə başa gəlir - İLGİNC FAKTLAR
Bu gün, 11:02
Türkiyənin Zəngəzurla bağlı mövqeyi... - Dəhliz Rusiyanın vasitəçiliyi ilə açılsa...
Bu gün, 10:56
“Əvvəlki ödənişlər nəzərə alınmır. Niyə?” - ETİRAZ VAR...
Bu gün, 10:52
Paşinyan ABŞ-da Bakıya mesaj verdi, İrəvan qarışdı - “İki yol var”
Bu gün, 10:44
Makron Paşinyan üçün yeni "rol" hazırlayıb - DETALLAR
Bu gün, 10:40
Kollec direktorunun kütləvi ixtisar qərarı... NARAZILIQ YARATDI
Bu gün, 10:38
“Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
Bu gün, 10:33
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
Bu gün, 10:28
"Rəşad Musayev mənə dedi ki, sənin üstündə nəzarəti gücləndirib səni tutduracam" - İTTİHAM VAR...
Bu gün, 10:26
Ermənistan-Rusiya münasibətlərində problemlər var, amma... - ŞƏRH
Bu gün, 10:23
Zəngəzurdan pay istəyənlərin sayı artır - “Azərbaycan hazır olmalıdır”
Bu gün, 10:21
VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb
Bu gün, 10:19
Paşinyan referenduma gedir: Azərbaycanın qərarı nə olacaq? - Görünəni odur ki...
Bu gün, 10:17
Tənha yaşayan 3 uşaqlı anaya ƏCAİB İMTİNA BƏHANƏSİ... - BU NƏDİ BELƏ?!
Bu gün, 10:14
"Bəzi xarici siyasi dairələr xüsusi canfəşanlıqla ölkəmizə qarşı təqib-təzyiq kampaniyasına başlayıb" - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:09
"Dalaşırdım, döyürdüm, döyülürdüm.." - VİDEO
Bu gün, 10:07
Paşinyan əgər istəsə... - AKTUAL
Bu gün, 09:56
Bu halda Əmək Məcəlləsi pozulur - Ekspert danışır...
Bu gün, 09:54
“Bir çox sahədə müavinət və əməkhaqqı da artacaq” - deputat
Bu gün, 09:52
`Findex` lə sifariş etməzdən öncə düşünün... - ÇAĞIRIŞ
Bu gün, 09:47
Şeyxin etiraz etdiyi BU QANUN yenidən gündəmdə - NƏ ETMƏLİ?
Bu gün, 09:40
Şahramanyan da gec-tez cinayət məsuliyyətinə cəlb olunacaq - Başqa cür ola da bilməz...
Bu gün, 09:39
Yarımçıq saziş sülh gətirməyəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:38
Müştərisi `Aztelekom`a qarşı FAKT TƏQDİM ETDİ - GİLEY
Bu gün, 09:35
Talıbovun TİLSİMİ... - Kreslosu niyə boş qalıb?
Bu gün, 09:22
Rusiyanın "qələbəsi üçün dua" və "Bakının doğma evə dönməsi" münasibətilə tost - Moskvadan göndərilən din xadimi Bakıda nə ilə məşğuldur?
Bu gün, 09:20
Dillər Universitetində GİZLİ MÜDAFİƏ - BU NƏDİ BELƏ?!
Bu gün, 09:17
Kremlin blef və şantajı: Putin həm qorxur, həm qorxudur - NƏ BAŞ VERİR?
Bu gün, 09:13
Sülh masası uğrunda müharibə: Nyu Yorkdan sonra Moskva... - İNCƏLƏMƏ
Bu gün, 09:10
Nikol Bakının önündə geri çəkildiyini elan etdi - GƏLİŞMƏ
Bu gün, 09:08
Makron dünyanı Azərbaycana qarşı qaldırır - Emanuelin məkrli planı
Bu gün, 08:52
Şirvanda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Bu gün, 04:45
3 il əvvəl Azərbaycan bazarına daxil olmuş BƏƏ şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
Qarabağda 7 kəndə su çəkilir - 15 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 00:02
Dia-az.İnfo-da TEXNİKİ FASİLƏ - LÜTFƏN... NƏZƏRƏ ALIN...
26-09-2024, 14:16
Qaradağ rayonunda “27 sentyabr – Anım Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi
26-09-2024, 14:16
COP29-a qədər sülh sazişi imzalanacaq? – Qabil Hüseynlinin ŞƏRHİ
26-09-2024, 14:12
Xocalı-Xankəndi yolunda tullantıların yandırılmasına görə vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib
26-09-2024, 14:09
Anım Günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası keçirilib
26-09-2024, 14:08
Nyu-Yorkda sülh müzakirəsi: yenə “bir addım irəli” atılacaq, yoxsa... - HƏQİQƏTƏN DƏ...
26-09-2024, 14:00
“Bakı Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb
26-09-2024, 12:00
Nəcməddin Sadıkovun adı hallanan 143 milyonluq oğurluq işi – SABAH MƏHKƏMƏ OLACAQ
26-09-2024, 11:49
Dövlətə xəyanətdə ittiham olunan şəxs qərardan narazıdır - MƏHKƏMƏ
26-09-2024, 11:40
Sakinlər TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - Başçının NƏZƏRİNƏ...
26-09-2024, 11:36
Paşinyan Rumıniya Prezidenti ilə İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib
26-09-2024, 11:29
ABŞ Güney Qafqazda güclənmək istəyirsə... - AKTUAL
26-09-2024, 11:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru