MƏLUMATLARIMIZ TƏSDİQLƏNİR
Tarix: 10-10-2011, 16:58 |
Çap et
İLHAM ƏLİYEV DƏ DƏMİRƏLİ QƏBUL EDİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəli qəbul edib.
Trend -in məlumatına görə, görüşdə Heydər Əliyev ilə Süleyman Dəmirəlin keçirdiyi görüşlər, onların arasında olan dostluq münasibətləri məmnunluqla xatırlandı, Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulandı, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə də daim möhkəmlənəcəyinə əminlik ifadə olundu.
Dövlətimizin başçısı dəvəti qəbul edib Beynəlxalq Humanitar Forumda iştirak etdiyinə görə Türkiyənin IX Prezidentinə minnətdarlığını bildirdi.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəlin şərəfinə nahar verildi.
Onu da qeyd edək ki, Dəmirəlin Bakıya tamam fərqli missiya ilə gəldiyi haqda məlumat vermişdik və bildirmişdik ki, o, Ərdoğanın sözçüsü kimi ğlkəmizə təşrif buyurub və səfər zamanı tamam fərqli müzakirələr apaırlacaq.