QAÇQINLARIN PULUNU KİM YEYİR?
Tarix: 16-04-2012, 15:12 | Çap et
MİNLƏRLƏ AİLƏ ÇÖRƏKPULUNDAN MƏHRUM OLUB
“Dövlət büdcəsindən məcburi köçkünlərə verilən aylıq yeməkxərci müavinətinin paylanılmasına dair təlimat”ın icrası bir sıra ciddi problemlər yaradıb.
APA-nın məlumatına görə, 2010-cu il dekabrın 17-də təsdiq edilən və 2011-ci ilin yanvarın 1-dən qüvvəyə minən təlimat bəzi məcburi köçkünlərin aylıq yeməkxərci müavinətini almasını mümkünsüz edib. Bu problem xüsusən də valideynlərindən biri məcburi köçkün olan və 2011-ci ilin yanvarın 1-dək anadan olan uşaqlara aiddir. Belə ki, təlimat qüvvəyə minənədək anadan olan bəzi uşaqlarla bağlı sənədlər vaxtında təqdim edilmədiyindən və ya yerli icra hakimiyyətləri sənədlərin təqdim edilməsinin gecikdirdiyindən onlar bu hüquqdan məhrum olublar.
Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sosial təminat və humanitar yardım şöbəsinin baş məsləhətçisi Nadir Ağacanov APA-ya bildirib ki, Komitəyə 2011-ci ilin yanvarın 1-dək anadan olan və “çörəkpulu”ala bilməyən təxminən 1000-dən artıq insanla bağlı ərizə daxil olub: “Təlimatın 5-ci bəndinin 12-ci maddəsinə əsasən hər iki valideyni “məcburi köçkün” statusuna malik olmayan uşaqlara bu təlimat şamil edilmir. Bu təlimata uyğun gəlməyən şəxsləri icra hakimiyyətləri qəbul eləmir. Siyahıya salınma, tənzimlənmə icra hakimiyyətləri tərəfindən aparılır. Rayonlar üzrə elə uşaqlar var ki, əvvəldən doğulub, hələ indiyə qədər də valideynlərinin səhlənkarlığı üzündən onlarla bağlı sənəd təqdim edilməyib”. N. Ağacanov dövlət büdcəsindən məcburi köçkünlərə verilən aylıq yeməkxərci müavinətinin paylanılmasına dair təlimatda vətəndaşın sənədlərini gecikdirdiyi halda ona bu müavinətin şamil edilməməsi ilə bağlı heç bir bənd olmamasını da qeyd edib: “Biz belə hallarla bağlı ərizələri icra hakimiyyətlərinin üstünə göndəririk. Elə şəxslər var ki, onların sənədləri müəyyən səbəblərdən gecikib. Vaxtında sənədlərini verməyiblər, indi də təlimata düşmür deyə, onların sənədləri qəbul edilmir”.
N. Ağacanov həmin şəxslərə müavinət verilməyəcəyi barədə qərarın qəti olduğunu deyib.
Qeyd edək ki, təlimata əsasən, aylıq yeməkxərci müavinəti məcburi köçkün olduqdan sonra mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların himayəsində olan şəxslərə (şəhid ailələri istisna olunmaqla), məcburi köçkün olduqdan sonra, işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq, işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla), məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış rayon sakini ilə nikaha daxil olmuş, həmin nikahdan uşaqları olmuş, lakin işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə və onların uşaqlarına, məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş və onun himayəsi altında yaşayan, lakin işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən vəzifəyə təyin olunan və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş məcburi köçkünlərə, hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlərə, hərbi qulluqçu olan məcburi köçkünlərə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növlərində cəzaya məhkum olunmuş və cəzaçəkmə müəssisələrində və ya həbsxanada cəza çəkən məcburi köçkünlərə, “məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” statusu olan şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə, “məcburi köçkün” statusuna malik olub təqvim ilində üst-üstə 182 gündən artıq başqa ölkədə olan məcburi köçkünlərə, “məcburi köçkün” statusuna malik olub təqvim ilində üst-üstə 182 gündən artıq olmadan başqa ölkəyə getmiş məcburi köçkünlərə geri qayıdanadək (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra yemək xərci üçün aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir); hər iki valideyni “məcburi köçkün” statusuna malik olmayan uşaqlara, səfərbərlikdən yayınmış, fərarilik etmiş “məcburi köçkün” statuslu şəxslərə bu hallar aradan qaldırılanadək, Azərbaycan Respublikasının vətəndaşlığından çıxan “məcburi köçkün” statusu olan şəxslərə şamil edilmir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
|