SABİRABAD SAKİNİ 11-Cİ MƏRTƏBƏDƏN YIXILARAQ ÖLDÜ
Tarix: 15-04-2012, 17:07 |
Çap et
MƏRHUM 27 YAŞLI FƏHLƏDİR
Bu gün saat 12:20 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində fəhlənin ölümü ilə nəticələnən hadisə baş verib. Yasamal rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Mətbuat prospekti 18 ünvanında tikilən hündürmərtəbəli binanın 11-cu mərtəbəsindən fəhlə yıxılaraq ölüb. Hadisə yerinə polis və təcili tibbi yardım çağrılıb. Ölən fəhlə Sabirabad sakini 1985-ci il təvəllüdlü Ziyafət Amanovdur.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, dünyasını dəyişən fəhlə 25 -30 yaşlarındadır. Hadisə şahidlərinin verdiyi məlumata görə isə, ölən fəhlə Sabirabad rayonunun Şəhriyar kəndindəndir.
Faktla bağlı araşdırma aparılır.