ERMƏNİSTAN TƏHSİLİ ÇÖKÜR
Tarix: 15-04-2012, 12:41 | Çap et
«TƏHSİL HAQQINI ÖDƏMƏK ÜÇÜN QARPIZ SATMALI OLMUŞAM»
Təhsil haqqını, mənzil kirayəsini ödəmək, bir şəxsiyyət kimi formalaşmaq – tələbələri işləmək məcburiyyəti ilə üz-üzə qoyan əsas səbəblər bunlardır. Tələbələrin əksəriyyəti xidmət sahəsində iş tapa bilirlər, çünki, məsələn, dərsləri buraxmamaq şərtilə ofisiant kimi çalışaraq yaxşı qazanmaq olur. 17 yaşlı Ruben ayda təxminən 400 dollar qazanır. Yerevan kafelərinin birində o, bir ilə yaxındır ki, ofisiant kimi çalışır. Deyir ki, oxuya-oxuya çalışmaq çətindir, amma artıq özünü işsiz təsəvvür edə bilmir. O, Dövlət İnformatika Kollecinin 3-cü kurs tələbəsidir, həm də musiqi ilə maraqlanır: «Ailəmdən asılı olmaq istəmirəm. Bu, həm də bir şəxsiyyət kimi formalaşmağın özünəməxsus metodudur. Eyni zamanda özünü böyümüş hiss etmək yaxşıdır. Mən əsasən gecə növbəsində çalışıram ki, işim dərsimə mane olmasın. Pisi odur ki, çox yoruluram və boş vaxtım çox az qalır. Amma müsbət tərəflər daha çoxdur. İndi mənim öz arzularımı reallaşdırmaq üçün xeyli imkanım yaranıb. Məsələn, gitara almışam. Burada mənim dostlarım da çalışır. Onları bura mən gətirmişəm. Bir yerdə çalışırıq və konsert təşkil etməyi planlaşdırırıq». «BU, GƏLƏCƏKDƏ MƏNƏ ÇOX KÖMƏK EDƏCƏK» Yerevan Dövlət Universitetinin 4-cü kurs tələbəsi, gələcəyin psixoloqu Lusini də bir il əvvəl ofisiant kimi çalışmağa başlayıb. İndi o, menecerdir. Universiteti bitirəndən sonra öz ixtisası üzrə çalışmağı planlaşdırsa da, hesab edir ki, bu təcrübə ona gələcəkdə çox kömək edəcək. Qazandığı pulları hara xərcləyir sualımıza isə Lusini belə cavab verir: «Təhsil haqqımı ödəyirəm, həmçinin ailəmin mənim üçün paytaxtda tutduğu mənzilin kirayə haqqını verirəm. Biz Yerevandan deyilik, çalışaraq mən ailəmə çox kömək edirəm». Lusini yalnız ailəsinə kömək etmir, həm də öz psixoloq biliyini işdə tətbiq edir. Bu da çoxlu münaqişəli vəziyyətləri çözməyə kömək edir. Onun çalışdığı kafenin direktoru Qayane Vandilyan deyir ki: «Lusini psixologiya üzrə təhsil alır və öz biliyini tez-tez işdə də tətbiq edərək konfliktli situasiyaları həll etməyə yardımçı olur. Məsələn, müştəri razı qalmayanda və ya iradını bildirəndə, o, psixoloji cəhətdən məsələyə düzgün yanaşma tapır ki, bu da müqayisələrdən qaçmağa kömək edir. Müştərilər isə razı qalırlar».
«İŞÇİLƏRİMİN ƏKSƏRİYYƏTİ TƏLƏBƏLƏRDİR» Qayane Vandilyan qeyd edir ki, işçilərinin əksəriyyəti tələbələrdir. Bu da, onun fikrincə, biznesə köməkdir. O deyir ki, buna baxmayaraq, bunun bir mənfi cəhəti də var – dərslərə mane olmamaq üçün iş cədvəlini daim yeniləməli olursan: «Pis olan odur ki, tələbələr çox məşğuldurlar və qeyri-sabit cədvəl üzrə çalışırlar. Amma müsbət cəhətlər daha çoxdur – onlar təhsil alırlar və öz biliklərini işdə tətbiq edirlər. Məsələn, elə olur ki, onlar menecer ixtisası üzrə təhsil alırlar və bu onlar üçün yalnız iş yox, həm də yaxşı təcrübədir. Bizim üçün isə bu, müştərilərlə peşəkarcasına ünsiyyət quran və onlara xidmət edən savadlı işçi qazanmaq imkanıdır». Sona isə 4-cü kurs tələbəsidir. İşləməyə ötən ildən başlayıb, özünü işsiz təsəvvür edə bilmir. Yaşadığı mənzilin kirayə haqqını və təhsil pulunu da özü ödəyir. Lusini kimi Sona da işləməyində müsbət məqamların çoxluğundan danışır: «Qızların ofisiant işlədiyini eşidəndə, reaksiyalar birmənalı olmur. İlk vaxtlar bu, mənim üçün də stress idi, sonra başa düşdüm ki, burada pis heç nə yoxdur. Əksinə, biz çoxsaylı insanlarla ünsiyyətdə oluruq. Hər insanın özünəməxsus xarakteri var, nəticədə biz çox dözümlü, təmkinli insana çevrilirik. Həm də bura tez-tez gələn insanlar bizim dostumuza çevrilirlər. İşimin çox, həddən artıq çox müsbət məqamları var». «QARPIZ DA SATMALI OLMUŞAM» Sonadan fərqli olaraq Teatrşünaslıq İnstitutunun 3-cü kurs tələbəsi Aykanuş işindən zövq ala bilmir, amma təhsil haqqını ödəmək üçün müxtəlif yerlərdə işləmək məcburiyyətindədir. Deyir ki, hətta yayda qarpız satdığı vaxtlar da olub: «Yayda qarpız satırdım və bütün tanışlarım təəccüblənirdi ki, axı sən qızsan. Amma mən fikir vermirdim. Bir dəfə satdığım məhsulu reklam etmək fikrinə düşdüm, yaxınlığımdan keçən hər kəsə deyirdim ki, qarpız, yaxşı qarpız var. Gördüm ki, insanlar reaksiya verməyə və almağa başladılar. İnzibatçı kimi də, hətta Yeni il ərəfəsində qar qızı kimi də çalışmışam. Birillik təhsilimə görə 1000 dollara yaxın pul ödəyirəm, ailəmdə isə yalnız anam işləyir. Anamın əməkhaqqı 150 dollardır. Ehtiyacım olmasaydı, işləmək məcburiyyətində qalmazdım və yalnız təhsilimlə məşğul olardım». Yerevan Dövlət Universitetinin 21 yaşlı tələbəsi Kristina bir ay əvvəl işləməyə başlayıb. İlk maaşından əyin-baş, ayaqqabı alıb. İndi isə fiziki yorğunluğu və cəmiyyətdəki stereotiplərdən irəli gələn psixoloji problemlərlə mübarizə aparmağa çalışır: «Bura işləməyə və özümü maddi baxımdan təmin etməyə gəlmişəm. Artıq kifayət qədər böyümüşəm, ailəmə narahatçılıq yaratmaq istəmirəm. Əvvəlcə məndən harada işlədiyimi soruşanda ofisiant kimi çalışdığımı deməyə utanırdım. Amma indi hər şey qaydasındadır». / "Azadlıq" Radiosu /
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|