YENƏ SAXTA SƏNƏDLƏR TAPILIB
Tarix: 12-04-2012, 13:00 |
Çap et
KEÇMİŞ NOTARİUS İŞÇİSİNİN “FƏRASƏTİ”
Azərbaycanda əvvəllər notarius işləmiş şəxsdən saxta sənədlər aşkar edilib.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Əliqadir Eynullayev, Abşeron rayon sakini Nurağa Əsgərov, Rusiya Federasiyasının vətəndaşı Soltan Məcidov və onun qardaşı Masallı rayon sakini Səlim, əvvəllər notariat kontorunda dövlət notariusu işləmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ədalət Mirzəyevin hazırladığı saxta sənədlər əsasında, Masallı rayon sakini Şirzad Məcidova məxsus Bakı şəhərindəki mənzili sataraq pulunu mənimsədikləri müəyyən edilib.
Ədalət Mirzəyevin idarə etdiyi "Mercedes" və Nurağa Əsgərovun idarə etdiyi "Tayoto Prado" markalı avtomaşınlara baxış zamanı çoxlu sayda müxtəlif şəxslərə məxsus daşınmaz əmlak sənədləri, möhürlü, imzalı boş etibarnamələr, müqavilə blankları və digər saxta sənədlər aşkar edilərək götürülüb.