AZƏRBAYCANDA "YOL KABUSU": 154 ÖLÜ
Tarix: 12-04-2012, 12:10 |
Çap et
SANKİ SAVAŞDAYIQ, İTKİLRƏ GÜNÜ-GÜNDƏN ARTIR
Azərbaycanda bu ilin birinci rübündə qeydə alınan yol qəzalarının 40 faizini piyadaların vurulması təşkil edib.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, bu ilin yanvar-mart aylarında respublikada 528 yol qəzası qeydə alınıb. Qəzalarda 154 nəfər həlak olub, 568 nəfər xəsarət alıb.
Əliyev deyib ki, ümumi hadisələrin təxminən 40 faizini piyadaların vurulması təşkil edib. Hesabat dövründə 214 piyadavurma olub və nəticədə 60 nəfər ölüb, 171 nəfər xəsarət alıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzalar 169, ölüm 50, xəsarət 162 fakt azalıb.
Bu ilin birinci rübündə qeydə alınan qəzaların 223-ü Bakıda baş verib (49 nəfər ölüb, 247 nəfər xəsarət alıb).
Əliyev bildirib ki, hesabat dövründə qeydə alınan qəzaların 183-ü (49 ölüm, 245 xəsarət) toqquşma, 44-ü (49 ölüm, 245 xəsarət) aşma olub.
Qeydə alınan qəzaların 134-ü avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Bu qəzalarda 49 nəfər həlak olub, 136 nəfər yaralanıb.
Yol qəzalarında 5 uşaq dünyasını dəyişib, 34 uşaq xəsarət alıb.