Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib .....                     Azərbaycan Milli Konservatoriyasına yeni rektor .....                     Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? .....                     Ermənistan silahlanır .....                     Kredit götürmək çətinləşəcək? .....                     Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır .....                     Ermənistan uğrunda son savaş .....                     Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." .....                     Saleh Məmmədovun rəhbərlik etdiyi qurum .....                     Putinin DƏNİZ QORXUSU... .....                     Həyatımızı kabusa çevirən dönərlər .....                     Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir .....                     “Sərxan” Bakıdakı canilərdən daha pisdir? .....                     Müəmmalı "minimum" istehlak səbəti... .....                     "Şiva yayı" Qafqazı hədəf alır: .....                     Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi .....                     Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı .....                     Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb .....                     "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm .....                     Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb .....                     Bu, Əliyevin qələbəsidir .....                     Mənfi obrazına görə nifrət qazanan AKTYOR: .....                     “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” .....                     Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb .....                     İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi .....                     Arabir leysan olacaq .....                     "Ermənistan bu üç şərti qəbul etməsə…" .....                     Paşinyan ad çəkdi, kütləvi istefa başladı .....                     Tibbi qurum 4,6 milyon manatlıq tenderinin .....                     "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..." .....                     Göydə bircə ovuc "tüstü"sü qaldı... .....                     Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı .....                     Naxçıvanın dizini belə yerə gətirirlər... .....                     "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... .....                     Xüsusi təyinatlılar Kurskda: .....                     “Böyüklər” qitələri nizamlaya bilmirlər .....                     Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır .....                     AMB BOKT-larla bağlı son iki qərarını şərh edib .....                     Ermənilər Başkəndə iddiadan imtina edəcək? .....                     Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı .....                 

Bu rayonda sakinlər xəstələnməkdən qorxurlar... - səhiyyə problemi
Tarix: 29-05-2015, 10:40 | Çap et
Bu rayonda sakinlər xəstələnməkdən qorxurlar...
Səhiyyə naziri Oqtay Şirəliyev mətbuata verdiyi açıqlamalarında dəfələrlə, özü də birmənalı şəkildə bəyan edib ki, Səhiyyə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən bütün dövlət xəstəxanalarında tibbi xidmət pulsuzdur. Lakin bu gün səhiyyə nazirinin dediklərinin əksinə olaraq, əksər xəstəxanalarda özbaşınalıq, rüşvət və korrupsiya, məsuliyyətsizlik kimi neqativ hallara rast gəlinir.

Bu barədə dəfələrlə məlumat versək də, heç bir faydası yoxdur. Dövlət hesabına maliyyələşən tibb ocaqlarının bir çoxunda qanunsuzluq davam etməkdədir. Bu baxımdan bölgələrdə yerləşən səhiyyə müəssisələrində vəziyyət daha acınacaqlıdır. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında (RMX) tibbi xidmətlərin keyfiyyəti olduqca aşağıdır. Mənbəmiz deyir ki, rayonun səhiyyə sisteminin yarıtmaz hala düşməsinin səbəbkarı RMX-nin baş həkimi Aftandil Rəhimovdur: "İsmayıllı rayonunun səhiyyə şəbəkəsinin inkişafı üçün dövlət tərəfindən hər cür qayğı göstərilir. Son illər rayon ərazisində fəaliyyət göstərən bir sıra xəstəxana və tibb məntəqələri əsaslı şəkildə təmir edilərək vətəndaşların istifadəsinə verilib. Buna baxmayaraq, baş həkim Aftandil Rəhimov ona tapşırılan işlərin öhdəsindən layiqincə gələ bilmir. Bildiyiniz kimi, son illər İsmayıllıda həkim səhvi ucbatından ana və uşaq ölümlərinin sayı xeyli artıb. Məsələn, keçən il xəstəxananın doğum şöbəsində qeydə alınan ana və uşaq ölümü faktı bütün rayonu bir-birinə qatdı. Rayon sakini Ağabalayeva Şəhla Aydın qızının və körpəsinin əməliyyat zamanı dünyasını dəyişməsi mərhumun yaxınlarının narazılığına səbəb olub. Lahıc qəsəbə sakinləri ana və uşağın həkimin səriştəsizliyi ucbatından öldüyünü iddia edərək xəstəxanaya hücum çəkiblər. Xəstəxanadan isə bildiriblər ki, mərhum xəstəxanaya ağır vəziyyətdə gətirilib. Həkimlər əllərindən gələni etsələr də, onların həyatını xilas etmək mümkün olmayıb. Amma əslində ananın və uşağının dünyasını dəyişməsində həkimlərin günahı var idi. Əgər bu hal bir dəfə qeydə alınsa, bunu həkim məsuliyyətsizliyi kimi başa düşmək olardı. Dərd orasındadır ki, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında bu cür neqativ hallar tez-tez qeydə alınır". Xatırlatma üçün bildirək ki, növbəti bədbəxt hadisə bu ilin noyabr ayında baş vermişdi. İsmayıllı rayon Prokurorluğunun böyük müstəntiqi İlkin Mustafayevin mətbuata verdiyi məlumata görə, hadisə noyabrın 23-də saat 23:00-da İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanaya daxil olan 1982-ci il təvəllüdlü Afət Balaqardaş qızı Ağayevanın doğuşdan sonra halı pisləşib. Qadın dünyasını dəyişib. Onun dünyaya gətirdiyi qız uşağı isə sağdır. Səhhətində müəyyən problemlər olduğu üçün Bakıya göndərilib. "Doğuşu xəstəxanın həkimi Məlahət Süleymanova qəbul edib. Bu Afət Ağayevanın 4-cü uşağı olub. Hazırda ölüm hadisəsi ilə bağlı araşdırma aparılır. İstintaqdan və meyitin müayinəsindən sonra ölümün dəqiq səbəbləri bilinəcək. Buna görə, indidən nəsə demək düzgün olmaz", deyə İlkin Mustafayev bildirib. Rayonda yayılan söz-söhbətlərdən isə belə başa düşmək olar ki, Afət Ağayevanın doğuşdan sonra dünyasını dəyişməsinə əməliyyatı həyata keçirən həkimin və doğuşda iştirak edən digər tibb işçilərinin səhlənkarlığı səbəb olub. Bu faktlar İsmayıllı RMX-də işlərin düzgün qurulmadığını göstərir. Məlumatlı mənbənin iddiasına görə isə baş həkim Aftandil Rəhimov vəzifəyə təyin olunan gündən rayonun səhiyyə sistemində yadda qalacaq müsbət işlərə imza atmayıb: "Aftandil müəllim 90 min nəfərə yaxın əhalisi olan rayonun səhiyyə sistemini yaman günə salıb. Rayonda fəaliyyət göstərən səhiyyə ocaqlarında tibbi xidmətin təşkili istənilən səviyyədə deyil. Məhz bu səbəbdən yerli sakinlərin bir çoxu səhhətlərində hansısa problemlər yarananda paytaxta üz tutmaq məcburiyyətində qalırlar. Vətəndaşların İsmayıllı səhiyyəsinə inamı qalmayıb. Burda qeydiyyatda olan imtiyazlı xəstələrə qarşı da münasibət birmənalı deyil. Məlum olduğu kimi, dövlət tərəfindən şəkərli diabet, vərəmli və digər güzəştli kateqoriyadan olan xəstələr üçün pulsuz dərman preparatları, həmçinin tibbi ləvazimatlar ayrılır. Əfsus ki, Aftandil Rəhimov həmin dərmanların sahiblərinə çatmasına imkan vermir. Onun tapşırığını yerinə yetirən bəzi həkimlər güzəştli xəstələrdən nəysə almamış pulsuz dərmanları onlara vermirlər". Hörmətli Oqtay Şirəliyev sizin rəhbəri olduğunuz səhiyyə sisteminin durumu bax budur. İsmayıllı camaatı baş həkimin qanunsuz əməllərindən boğaza yığılıblar. Yerli əhali sizin baş həkim Aftandil Rəhimovu vəzifədən azad edəcəyiniz günü səbirsizliklə gözləyirlər. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə cəhd göstərsək də, buna nail ola bilmədik. Buna baxmayaraq, Aftandil Rəhimovun da fikirlərini dərc etməyə hazırıq.
\\ vertikal.az \\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43
Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42
Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07
Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05
Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01
Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58
Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50
Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49
Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48
Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20
Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15
“Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00
"Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58
Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20
Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16
"Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13
Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08
Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05
Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03
“Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53
Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46
İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42
Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33
"Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24
Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22
Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18
"“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12
Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05
Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55
Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51
"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47
Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43
“Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36
Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34
AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33
Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28
Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24
Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20
"Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13
Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12
Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07
Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05
Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55
Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46
Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43
Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru