Məleykə Abbaszadə millətin gələcəyini və gəncliyini şikəst edir - FAKTLARLA...
Tarix: 15-04-2024, 10:07 | Çap et
Azərbaycanda əvvəllər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası olmuş (TQDK) bu qurumun adının dəyişib Dövlət İmtahan Mərkəzi adlandırılması heç nəyi dəyişməyib. Ən əsası onu dəyişməyib ki, quruma rəhbərlik hələ də Məleykə Abbaszadədədir. Məleykə xanım təcrübəli və peşəkar ola bilər, amma ölkədə qəbul imtahanı üzrə kifayət qədər yetişmiş, bu strukturu idarə edə biləcək kadrlar mövcuddur. Çünki hər nə qədər təcrübəli, hətta şəffaf olsa belə, bir şəxsin 30 il eyni kresloda olması inkişafı tormozlayır, yenilik gətirmir, təzə nəfəs verə bilmir. Axı TQDK, indi də DİM qəbul imtahanları ilə əlaqədar nə kimi ciddi inkişafa sahibləniblər? Misal üçün mart ayında 11-cilərin imtahanı zamanı məlum oldu ki, səhvlərə yol verilib, kodlaşdırma düzgün qeyd olunmayıb. Apreldə isə buraxılış imtahanında üzə çıxıb ki, suallar səhv salınıb. Hətta bu mövzuda DİM şöbə müdiri açıqlama vermək məcburiyyətində qaldı. Təsəvvür edin ki, 55 min 9-cu sinif şagirdi buraxılış imtahanı verir, suallar isə səhv salınır. Yəni görünən odur ki, M.Abbaszadənin qurduğu sistem getdikcə metastaz verməyə başlayıb. Bu da sağalmaz xəstəlikdir. Bütün bunlar "toya getməlidir", faciə DİM-lə Elm və Təhsil Nazirliyi arasında olan məntiqsiz bir qarşıdurmadır ki, zərərini hər il abituriyentlər görür. Söhbət məktəblərdə tədris proqramının başqa, qəbul imtahanında test suallarının başqa olmasından gedir. Belə bir vicdansızlıq heç bir ölkədə görünməyib. Ona görə də əksər şagirdlər repetitor yanına getməyə məcbur qalır. Əks halda, məktəb keçdiyi dərslərdən heç bir sual qəbul imtahanında qarşısına çıxmayacaq. Repetitorlar isə abituriyentləri sırf DİM-in imtahan suallarına uyğun hazırlayır. Yəni nazirliklə sözügedən qurumun qarşılıqlı şəkildə zərbə endirməsinin altını şagirdlər çəkir. Bu iki struktur bir-birinin əleyhinə iş aparacaq deyə şagirdlər repetitorun ümidinə qalır, valideynlər xərcə düşür, imtahanlarda isə ilbəil ballar aşağı düşür, nəticə zəif olur, bununla da təhsilin keyfiyyətinin hansı səviyyədə olduğu üzə çıxır. Bu, həm nazirliyin, həm Abbaszadənin yaratdığı sistemin göstəricisidir. Bundan əlavə, əvvəl də qəbul və sınaq imtahanlarında iştirak etmək üçün pul ödəyirdilər. Sadəcə, DİM yarandıqdan sonra bu məbləğlər ciddi şəkildə artırıldı. Qeyd edək ki, bakalavr səviyyəsində sınaq imtahanları və qəbul imtahanlarına giriş kartı 40 manat, magistratura səviyyəsində isə qəbul imtahanları 50 manat, sınaq imtahanları isə 40 manat təşkil edir. Ancaq magistratura pilləsində sınaq imtahanlarında iştirak zamanı sual kitabçaları verilmir. Vəsaitin bütün xərclərini ödəmişəmsə, deməli, sual kitabçası da məndə qalmalıdır. Belə çıxır ki, siz bir məhsulu satışa çıxarırsınız, pulunu verirəm, ancaq siz o məhsulu vermirsiniz. İmtahanda 40 min nəfər iştirak edirsə, sayı 40 manata vurun və görün ortaya hansı məbləğ çıxır... Axı DİM imtahanlara bu qədər vəsait sərf edə bilməz. Üstəlik sınaq imtahanında istifadə olunan test tapşırıqları da yeni deyil. TQDK fəaliyyətdə olan vaxtı həmin testlər dövlət büdcəsi hesabına alınıb. Deməli, indi həmin testlər DİM-ə pulsuz olaraq başa gəlib. Nəticə olaraq bu qurum pul xərcləmədən böyük vəsait qazanır. Qazanc əldə etmək, eyni zamanda həqiqətən də şagirdlərin bilik və bacarığını yoxlamaq istəyirlərsə, o zaman imtahanın qiymətini 10 manatdan artıq etməməlidirlər. Düzdür, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir, amma bu qurumun adının əvvəlində “dövlət” sözü var. Ancaq DİM sədri nə etsin, Abbaszadənin Xızıdakı villasının aylıq xərcləri var, bəs, necə ödəsin?!
Anaxeber.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ləğv olunmaq sırası AYB-yə çatıb? - İLGİNC...
Bu gün, 08:40 |
|
|
|
• De sən öl, Həsən ağanın qohumuyam? - Sabirabaddakı biabırçılığa sözardı
Bu gün, 08:31 |
|
|
|
• Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik… - FAKT BUDUR!
Bu gün, 08:16 |
|
|
|
• Paşinyan Aİ-yə üzvlükdən danışdı - "50 min imzanın toplanacağına əminəm"
Bu gün, 02:04 |
|
|
|
• 70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? - “Cumhuriyet”
Bu gün, 02:00 |
|
|
|
• Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? - NƏ BAŞ VERİR?
Bu gün, 00:37 |
|
|
|
• İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib - Paşinyan
Bu gün, 00:34 |
|
|
|
• "Bu gün niyə tez parlayanlar tez də sönürlər?"
Bu gün, 00:23 |
|
|
|
• 6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... - Ermənistan KİV
Bu gün, 00:20 |
|
|
|
• Rusiya nüvə silahından istifadə edəcək – Hədəfdə bu ölkələr var
Bu gün, 00:17 |
|
|
|
• Həftəsonu quru sərhədlər AÇILIR? - AKTUAL
Bu gün, 00:15 |
|
|
|
• Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı - DETALLAR
Bu gün, 00:05 |
|
|
|
• 4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02 |
|
|
|
• “Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” – Lukaşenko
Dünən, 19:50 |
|
|
|
• Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO
Dünən, 19:45 |
|
|
|
• Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 19:02 |
|
|
|
• “Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi
Dünən, 18:58 |
|
|
|
• Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - TƏFƏRRÜAT
Dünən, 18:14 |
|
|
|
• Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı (FOTO)
Dünən, 18:11 |
|
|
|
• ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
Dünən, 18:06 |
|
|
|
• Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 18:03 |
|
|
|
• Mətbuat katibinin qızı YÖS imtahanında I oldu - FOTO
Dünən, 18:01 |
|
|
|
• “Huner Group” MMC-nin direktoru dəyişdirilib - BUNDAN SONRA...
Dünən, 17:56 |
|
|
|
• “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Dünən, 17:52 |
|
|
|
• Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Dünən, 17:50 |
|
|
|
• Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:44 |
|
|
|
• Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:42 |
|
|
|
• Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Dünən, 17:40 |
|
|
|
• Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 17:38 |
|
|
|
• FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Dünən, 17:35 |
|
|
|
• “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Dünən, 17:34 |
|
|
|
• “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Dünən, 16:38 |
|
|
|
• Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Dünən, 16:32 |
|
|
|
• Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Dünən, 16:30 |
|
|
|
• Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Dünən, 16:26 |
|
|
|
• Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Dünən, 16:19 |
|
|
|
• Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Dünən, 16:18 |
|
|
|
• Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Dünən, 16:05 |
|
|
|
• Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Dünən, 16:01 |
|
|
|
• Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Dünən, 15:51 |
|
|
|
• "Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Dünən, 15:45 |
|
|
|
• Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... - NƏ ETMƏLİ?
Dünən, 15:32 |
|
|
|
• Araqçı və Mirzoyanın intensiv telefon danışığının PƏRDƏARXASI
Dünən, 15:29 |
|
|
|
• “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
Dünən, 15:22 |
|
|
|
• Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə niyə “Biz qəzəblənirik!”- demir?!
Dünən, 15:19 |
|
|
|
• Ermənistan labirintdədir: Əllər yuxarı... - NƏ BAŞ VERİR?
Dünən, 14:00 |
|
|
|
• "Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 13:58 |
|
|
|
• Daha bir ölkə elan etdi: - “Putinin ordusuna cavab verəcəyik”
Dünən, 13:26 |
|
|
|
|