Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                     Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: .....                     Paşinyanın qadın “batalyon”u .....                     Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır .....                     Azərbaycanda bu deputatlara mənzil verildi .....                     DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... .....                     Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? .....                     "Səni 12 ildir mən gözəlləşdirmişəm" .....                     İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil .....                     Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... .....                     Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək .....                     Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? .....                     Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib .....                     AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək .....                     "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" .....                     Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... .....                     "The New York Times" Naftalandan yazıb, həm də necə... .....                     ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib .....                     "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." .....                     BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... .....                     "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" .....                     Sülh müqaviləsi təhdid altında .....                     Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs .....                     Azərbaycanda polkovnik vəfat etdi .....                     Yevlax Məşğulluq İdarəsi də BELƏ NARAZILIQ YARADIR... .....                     Paşinyan saqqalını nə üçün qırxdığını açıqladı... .....                     Bu gündən bəzi məktəblərdə dərslər başlayıb .....                     Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... .....                     Zəngəzur dəhlizi bu tarixdə açıla bilər... .....                     Bakının bu tələbi var: iddiaları geri çəkmək isə... .....                     “Bank Respublika” törəmə şirkətinin fəaliyyətini dayandırdığını elan edib .....                     "Bunu kimsə nəzərə almır, üstəlik mənim pulumu kəsirlər" .....                     Qənirə Ataşovanın instagram hesabı bərpa olundu .....                     Muxtar Respublikada nə baş verir? .....                     MƏLUM OLDU: 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir .....                     Belə getsə, “Zeytunluq”da yaşıllıq qalmayacaq .....                     "Yapı Kredi Bank" oyun "alqı-satqısı" ittihamı ilə üz-üzə... .....                     Rusiyadakı azərbaycanlılar təhlükədə .....                     Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır? .....                     Ləğv olunmaq sırası AYB-yə çatıb? .....                 

"Seymur Qaraşov yayılan videonun silinməsini tələb edib, amma..." - Şəhid oğlu çarəsiz durumda...
Tarix: 1-04-2024, 09:25 | Çap et
"Seymur Qaraşov yayılan videonun silinməsini tələb edib, amma..."
Tərtər rayon sakini Vüsal Mehdiyev deyir ki, rüşvət hallarına, rəhbərliyin özbaşınalıqlarına etiraz etdiyinə görə işini itirib.

Onun sözlərinə görə, baş verən qanunsuzluqların qarşısını almaq əvəzinə, özünü işdən çıxarıblar.

“Nazir məni ona görə göndərməyib ki, buradakı qanunsuzluqlara şərik olum”

35 yaşlı Vüsal Mehdiyev Tərtər Rayon Dövlət Yanğından Mühafizə Hissəsində işləyirdi.

Onun sözlərinə görə, illər öncə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qəbuluna düşüb, atasının şəhid olduğunu və ailənin dolanışığı üçün işə ehtiyac duyduğunu onun nəzərinə çatdırıb:

“Atam Qaçay Mehdiyev Tərtərin ilk şəhididir. Nazir vətəndaşları qəbul edəndə mən də getdim. Vəziyyətimiz barədə məlumat verdim. Sağ olsun, dərhal göstəriş verdi, məni işə götürdülər. 2013-cü ilin noyabrından işləyirəm”.

Vüsal Mehdiyev deyir ki, Tərtər Rayon Dövlət Yanğından mühafizə hissəsində işə başlayandan orada rüşvət və başqa formada qanunsuzluqların şahidi olub:

“İşçilərdən pul toplanmasından tutmuş, hadisələrin sayının şişirdilməsinə qədər müxtəlif cür qanunsuzluqlar olurdu. Mən də saxtakarlıqlara susmadığıma görə təxminən 3 ay sonra yanğından mühafizə hissəsinin rəisi Mübariz Əliyevlə aramızda problem yarandı. O hesab edir ki, nə istəsəm eləyə bilərəm, işçi kimdir ki, mənə irad bildirsin? Məni sıxışdırmağa başladı. Nazirin adına teleqram vurub, baş verənləri çatdırdım. Dedim, nazir məni ona görə göndərməyib ki, buradakı qanunsuzluqlara şərik olum. Bundan sonra yalvar-yaxar elədi ki, ondan şikayətçi olmayım”.

“Deyir ki, əcəb eləyirəm, mənim dayağım da var, topum da, topxanam da…”

Səhhətində ciddi problemlər olduğunu deyən Vüsal Mehdiyevin sözlərinə görə, bu üzdən bir neçə dəfə ona xəstəlik vərəqi (bülleten) açılıb.

O vurğulayıb ki, heç vaxt əsassız işdən qalmayıb. Bütün sənədlər də xəstə olduğunu təsdiqləyir:

“Mən mədə və prostat problemlərindən əziyyət çəkirəm. Özləri də bunu yaxşı bilir. Amma Mübariz Əliyev bunu bildiyi halda, xəstəxanaya göstəriş verib ki, mənə bülleten açmasınlar. Təsəvvür edin, əlimdə həkim sənədi ola-ola işə gəlmədiyim müddətin maaşını kəsdilər. Düzdür, adamlar var ki, xəstə olmadığı halda, bülletenə çıxır. Məndə elə deyil axı…”.

Vüsal Mehdiyev deyir ki, Mübariz Əliyevin təzyiqlərinə dözməyib, bir müddət əvvəl baş verənləri ictimailəşdirib – başına gələnlər sosial şəbəkələrdə yayılıb.

Onun sözlərinə görə, fövqəladə hallar nazirliyinin daxili təhlükəsizlik baş idarəsinin rəisi Seymur Qaraşov sosial şəbəkələrdə yayılan videonun silinməsini tələb edib.

“Əslində, atılmalı addım özbaşınalıqların qarşısının alınması, rüşvətxorluq edən, qanunsuzluq edən adamların cəzalandırılması olmalıydı. Görünür, elə buna güvənərək Mübariz Əliyev ona etiraz eləyən işçiyə deyir ki, əcəb eləyirəm, mənim dayağım da var, topum da, topxanam da. Onun bu cür davranışlarının nəticəsidir ki, Bərdə rayonunda işlədiyi dövrdə etiraz olaraq, bir işçi özünü yandırmışdı. Hamını bezdirib. Artıq məni də o həddə çatdırıblar”.

FHN: “Qanunun tələbini pozduğuna görə işdən çıxarılıb”

Vüsal Mehdiyev təxminən iki ay əvvəl işdən çıxarılıb.

Deyir ki, səhhətində ciddi problemlər olan 2 yaşlı da daxil, ailə üzvləri çətin vəziyyətdədir:

“Himayəmdə bir tərəfi işləməyən xəstə uşağım var. Şəhid anası və şəhidin həyat yoldaşı – nənəm və anam da mənim himayəmdədir. Şəhid ailəsinin durumuna belə laqeyd münasibət yolverilməzdir”.

Vüsal Mehdiyevin həm özü, həm də anası Əntiqə İsmayılova onun işə bərpası üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edib, amma müraciətlərinə müsbət cavab ala bilməyiblər.

Nazirliyin daxili təhlükəsizlik baş idarəsinin rəisi Seymur Qaraşov bildirib ki, Vüsal Mehdiyev “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun tələblərini pozduğuna görə nazirin əmrilə işdən çıxarılıb.

Meydan TV









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32
AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30
"İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27
Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21
"The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17
"Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14
BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10
"Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07
Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05
Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb
Bu gün, 10:00
Azərbaycanda polkovnik vəfat etdi - FOTO
Bu gün, 09:56
Yevlax Məşğulluq İdarəsi də BELƏ NARAZILIQ YARADIR... - MÜRACİƏT
Bu gün, 09:54
Paşinyan saqqalını nə üçün qırxdığını açıqladı... - VİDEO
Bu gün, 09:44
Bu gündən bəzi məktəblərdə dərslər başlayıb
Bu gün, 09:41
Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... - NARAZILIQ VAR...
Bu gün, 09:40
Zəngəzur dəhlizi bu tarixdə açıla bilər... - Üç məsələdən biri həll olunur
Bu gün, 09:33
Bakının bu tələbi var: iddiaları geri çəkmək isə... - Paşinyan
Bu gün, 09:31
“Bank Respublika” törəmə şirkətinin fəaliyyətini dayandırdığını elan edib
Bu gün, 09:29
"Bunu kimsə nəzərə almır, üstəlik mənim pulumu kəsirlər" - GİLEY
Bu gün, 09:28
Qənirə Ataşovanın instagram hesabı bərpa olundu - özü AÇIQLADI
Bu gün, 09:20
Muxtar Respublikada nə baş verir? - AKTUAL
Bu gün, 09:18
MƏLUM OLDU: 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Bu gün, 09:16
Belə getsə, “Zeytunluq”da yaşıllıq qalmayacaq - SOS!
Bu gün, 09:09
"Yapı Kredi Bank" oyun "alqı-satqısı" ittihamı ilə üz-üzə... - Bank sahibi iddialara nə deyir?
Bu gün, 08:59
Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
Bu gün, 08:55
Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır? - AYNA-nın NƏZƏRİNƏ...
Bu gün, 08:47
Ləğv olunmaq sırası AYB-yə çatıb? - İLGİNC...
Bu gün, 08:40
De sən öl, Həsən ağanın qohumuyam? - Sabirabaddakı biabırçılığa sözardı
Bu gün, 08:31
Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik… - FAKT BUDUR!
Bu gün, 08:16
Paşinyan Aİ-yə üzvlükdən danışdı - "50 min imzanın toplanacağına əminəm"
Bu gün, 02:04
70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? - “Cumhuriyet”
Bu gün, 02:00
Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? - NƏ BAŞ VERİR?
Bu gün, 00:37
İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib - Paşinyan
Bu gün, 00:34
"Bu gün niyə tez parlayanlar tez də sönürlər?"
Bu gün, 00:23
6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... - Ermənistan KİV
Bu gün, 00:20
Rusiya nüvə silahından istifadə edəcək – Hədəfdə bu ölkələr var
Bu gün, 00:17
Həftəsonu quru sərhədlər AÇILIR? - AKTUAL
Bu gün, 00:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru