İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? .....                     "Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim" .....                     Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı .....                     Elarizin nəvəsi ilə “dueti” .....                     Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? .....                     ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir .....                     Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib .....                     Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi .....                     Paşinyan açıqladı .....                     ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib .....                     "Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, .....                     Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər .....                     Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir .....                     Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir .....                     Bu insanlara sərhəddə güzəşt edilməlidir! .....                     Qərb Gürcüstana niyə “ögey övlad” kimi .....                     Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi .....                     İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib .....                     “AFB Bank”ın rəhbərliyinə təyinat .....                     Bərdə probasiya şöbəsində nə baş verir? .....                     Ağdamda Dövlət Yanğından Mühafizə Hissəsi tikilir .....                     AYDIN ƏLİYEVİN GƏLİNİ ÜSYAN EDİR .....                     İran İsraillə birbaşa qarşıdurmaya girir? .....                     Azərbaycanda da restoranları olan məşhur pizza şəbəkəsi müflis oldu .....                     "Azərbaycanda tətbiq olunan mövcud suvarma sistemi .....                     "Hizbullah" lideri Şeyx Həsən Nəsrullah öldürülüb .....                     Həmid Əsədzadə 2 yaşlı qızının ölümündən danışdı: .....                     Nikolun “milliləşdirmə” oyunu .....                     Ermənistan və Fələstin diplomatik əlaqələr qurur .....                     Şimal-şərq küləyi əsəcək .....                     Ermənilərin çirkləndirdiyi Oxçuçayda vəziyyət necədir? .....                     Qovrulmuş yerfındığı əvəzinə KƏRPİC PARÇASI... .....                     “55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram, amma xalq artisti deyiləm” .....                     Məşhur iş adamı Bakının bu yerində hektarlara ərazini ALDI .....                     Tural Məmmədova vəzifə verildi .....                     Rusiya general-polkovnikin bank hesabına da həbs qoydu .....                     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağ adamı “ölmüş şəxs” kimi sistemə salıb .....                     Global Media Group jurnalistlər üçün təlim təşkil edib .....                     Quba sakinləri dərdlərini KİMƏ DESİNLƏR... .....                     FHN ilə “Baku Bulding” MMC-nin işbirliyində bir evin təmir və tikintisi neçəyə başa gəlir .....                 

İnsanların qəsdinə duran “Evrostroy – S.S” şirkəti məsuliyyətdən niyə QAÇIR? - Bakının LİFT DƏRDİ
Tarix: 19-01-2024, 11:05 | Çap et
 İnsanların qəsdinə duran “Evrostroy – S.S” şirkəti məsuliyyətdən niyə QAÇIR?
Bakıda çoxmərtəbəli binanın liftinin qırılması və xəsarət alanların olması digər yaşayış binalarındakı liftlərin təhlükəliliyi məsələsini aktuallaşdırıb. Son illər paytaxtın ayrı-ayrı ərazilərində bənzər hadisənin təkrarlanması ictimaiyyətdə narahatlıq doğurur.

İddialara görə paytaxt binaları keyfiyyətsiz və texniki göstəriciləri aşağı olan liftlərlə təmin edilir. Bu azmış kimi liftlərin istifadəyə yararlı olub-olmamasına nə vaxtı-vaxtında nəzarət edilir, nə də planlı baxış keçirilir. Nəticədə isə bədbəxt hadisələrin qurbanı sıravi vətəndaşlar olur.

Elə iki gün əvvəl Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında baş verən olay kimi…Liftin qırılması və 4 nəfərin xəsarət alması binanın liftinə xidmət göstərən şirkətin məsuliyyətsiz davranışını ortaya qoyur…

Araşdırmamızın izi ilə…

Bizim.Media-nın araşdırması əsasında məlum olub ki, lifti qırılan bina “Universal servis" MTK -nın balansındadır.

Bunu Bizim.Media-ya lifti qırılan Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanındakı binanın komendantı İntizam Piriyev də təsdiqləyib.

Hətta bildirib ki, bina 2008-ci ildə inşa edilib və lift də həmin ildə quraşdırılıb. Amma binaya məskunlaşma 20 il öncə olub. MTK rəsmisinin sözlərinə görə onların balansında olan binalardakı liftə “Evrostroy – S.S” MMC şirkəti xidmət göstərir. İki şirkət arasında müddətsiz müqavilə imzalanıb. Liftdə nasazlıq yarananda MTK şirkətin servisinə məlumat verir. Onlar liftə baxış keçirir və problemi qeyd edirlər. Bundan sonra MTK servis xidmətinə təmir pulunu verib lifti düzəltdirir. Yəni xidmətlə bağlı prosedur belə olur…

Binada liftlə bağlı nasazlıq isə ilk hadisə deyil. Sakinlərin bildirdiyinə görə dəfələrlə liftin xarab olması ilə bağlı bina nəzarətçisinə müraciət ediblər. Hətta elə olub ki, nasazlıq ucbatından lift günlərlə bağlı qalıb.

MTK müqavilə bağladığı şirkətdən niyə narazıdır?

İntizam Piriyev elə özlərinin də “Evrostroy – S.S” MMC-nin xidmətindən narazı olduqlarını dilə gətirib. Çünki liftdəki nasazlığın əsl səbəbini nə vaxtında araşdırıb onlara məlumat veriblər, nə də xidmət göstərdikləri dövrdə istənilən problemin kökünü birdəfəlik yoluna qoymaqda maraqlı olublar:

““Evrostroy – S.S” MMC, konkret desək Səməd adlı şirkət rəsmisi ilə müqaviləmiz var. Liftdə nasazlıq yarananda təmiri də Səməd edir. Bu şirkətin tək biz deyil, başqa binalarla da xidməti müqaviləsi var. Xidmət isə o deməkdir ki, liftlə bağlı hər şeyə cavabdehdirlər. Ustadır, gəlir yoxlayır və liftin hansısa detalında problem olduğunu deyir. Pulunu veririk, onlar isə təmir edir. Yalnış düzəldirlərsə, qüsur yaranırsa və yaxud nəyisə görə bilmirlərsə, o artıq xidmətin günahıdır. Biz lift mütəxəssisi deyilik axı…Adam gəlir yoxlayır və deyir ki, bu-bu detallar dəyişməlidir. Pulunu verirəm, düzəldir.

Hansı ki, başqa detallar da təmir edilməliymiş, özünü əziyyətə salmamaq üçün bəzi şeyləri demir.

Son hadisə ilə bağlı müstəntiq gəldi, izahat aldı, özü ilə mütəxəssis də gətirmişdi. Mütəxəssis liftdə əsaslı qüsurlar çıxarıb. Mən isə şirkət rəsmisinə iradımı bildirdim ki, bu 10 günün deyil, çoxdanın qüsurudur. Liftdə nə qədər qüsur varsa, şirkət cavabdehdir. Vaxtında bizə bu barədə məlumat verməli idilər. Məsuliyyəti kənara atmaqla deyil. Üstəlik başqa səbəb də gətirə bilməzlər, müqaviləmizin vaxtı bitməyib”.

“Evrostroy – S.S” MMC-nin Mətbuat Xidmətinin rəhbəri İradə Nurəddinqızı isə MTK rəsmisinin dediklərini təkzib edib. O, deyib ki, sözügedən ünvandakı bina və liftlərlə “Evrostroy-S.S” şirkətinin heç bir əlaqəsi yoxdur.

Ayrıca “Evrostroy – S.S” MMC-nin Səməd adlı rəsmisi də açıqlama vermək istəməyib və fikrini iki ay əvvəl şirkətdən çıxması ilə əlaqələndirib.

“Evrostroy – S.S” MMC -nin Akif Çovdarovla nə bağlılığı var?

“Evrostroy – S.S” MMC (Sipark) şirkətinin rəhbəri Taleh Abbasov, şəriki isə Seymur İsayevdir. Hazırda dələduzluqda ittiham olunan hər iki şəxslə bağlı iş məhkəmdədir. Belə ki, "Evrostroy-S.S" (MMC), "Zaman-İ" Mənzil Tikinti Kooperativi (MTK) və SİPARK Yaşayış Kompleksinin rəhbəri Taleh Abbasov "Yapı Kredi Bank Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən məhkəməyə verilib.

Yerli mediada şirkət rəhbəri Taleh Abbasovun adı Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - E.M.) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovla yaxınlıqda hallanıb. Hətta “Evrostroy-S.S” MMC-nin Akif Çovdarova məxsus olduğu barədə də məlumatlar var.

Zaman-zaman mətbuatda “Evrostroy-S.S” MMC ilə bağlı çoxsaylı qalmaqallı xəbər və şikayətlər yer alıb. Bakıda inşaat işlərini podratçı qismində “Evrostroy-SS” MMC aparır. Hansı ki, binaların inşasını həyata keçirən şirkətin tikintidə keyfiyyəti və standartlara uyğunluğu şübhə doğuran armaturlardan istifadə etdiyi iddia olunur.

Bu şirkət həm də paytaxdakı xeyli sayda çoxmərtəbəli binanın liftlərinə cavabdehdir. Şirkətin xidmətində olan başqa binalarda da bəhs etdiyimiz analoji olay yaşanıb.

İddialara görə şirkətin servisi nasaz olan liftlərə standartlara cavab verməyən və sertifikasiyası olmayan detallardan istifadə etdiyi üçün bədbəxt hadisələr baş verir.

Qeyd edək ki, bu ilin fevralında Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov “Evrostroy-SS” şirkətinin adını ən çox şikayət daxil olan tikinti şirkətləri arasında göstərmişdi.

Məlumatlara görə əvvəlki adı “Evrostoy – S.S” MMC olan indi ki, “Sipark İnşaat” tikinti şirkəti Bakının bir neçə küçəsində pilot layihə adı altında binaların inşasını uzatmaqla məşğuldur.

Bununla bağlı sakinlərin şikayətləri bir neçə dəfə mediada ictimailəşsə də, “Evrostoy – SS” onları müxtəlif bəhanələrlə yola verməkdədir.

Şikayətlərdən aydın olur ki, bu şirkətin Bakının başqa ərazilərindəki tikinti layihələri ya yarımçıq dayanıb, ya çox ləng gedir, ya da şirkət heç bir yeni proyekt reallaşdırmır.

Məlumat üçün onu da bildirək ki, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 2021-ci ildə “Evrostroy-S.S” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.

Dövlət Vergi Xidmətinin açıqladığı məlumata görə “Evrostroy-S.S” MMC-nin hazırda dövlət büdcəsinə 8 milyon 969 min 636 manat 07 qəpik borcu var.

Məlumat üçün bildirək ki, ölkə üzrə qeydiyyata salınmış 20 minə yaxın lift var. Bakı Şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyinin tabeliyində isə 5 400 lift var. Hazırda şəhərdə 2 400-dən çox liftin dəyişdirilməsinə ehtiyac var.

Xatırladaq ki, baş verən son lift qəzasında 4 nəfər xəsarət alıb. Belə ki, sakinləri binanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinə qaldıran lift sonuncu mərtəbədə reysdən çıxaraq sürətlə aşağı düşüb. Xəsarət alan 2 nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan, 1 uşaq isə Sabunçu Tibb Mərkəzindən müalicə olunaraq evə buraxılıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? - AKTUAL
Bu gün, 15:23
"Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim"
Bu gün, 15:21
Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - YENİ TƏYİNAT
Bu gün, 15:14
Elarizin nəvəsi ilə “dueti” - VİDEO
Bu gün, 15:10
Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? - NƏ BAŞ VERİR?
Bu gün, 15:07
ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir - FAKT BUDUR!
Bu gün, 15:00
Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib - ISNA
Bu gün, 14:45
Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi - "Spiegel"
Bu gün, 14:10
Paşinyan açıqladı – Əliyevin tələbi yerinə yetiriləcək
Bu gün, 14:07
ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - VİDEO
Bu gün, 14:01
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
Bu gün, 14:00
Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər - GƏLİŞMƏ
Bu gün, 13:59
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir - MƏQALƏ
Bu gün, 13:54
Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir - FAKT BUDUR!
Bu gün, 13:29
Bu insanlara sərhəddə güzəşt edilməlidir! - Deputatın təklifi reallaşa bilərmi?
Bu gün, 13:27
Qərb Gürcüstana niyə “ögey övlad” kimi DAVRANIR?
Bu gün, 13:23
Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi - "Heç kim heç nədən sığortalanmayıb"
Bu gün, 13:14
İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib
Bu gün, 13:09
“AFB Bank”ın rəhbərliyinə təyinat - FOTO
Bu gün, 12:48
Bərdə probasiya şöbəsində nə baş verir? - TƏFƏRRÜAT
Bu gün, 12:44
Ağdamda Dövlət Yanğından Mühafizə Hissəsi tikilir - TENDER NƏTİCƏSİ
Bu gün, 12:40
AYDIN ƏLİYEVİN GƏLİNİ ÜSYAN EDİR - Biz arxasızıq deyə bunu edirlər
Bu gün, 12:28
İran İsraillə birbaşa qarşıdurmaya girir? - AÇIQLAMA
Bu gün, 12:26
Azərbaycanda da restoranları olan məşhur pizza şəbəkəsi müflis oldu - FOTO
Bu gün, 12:24
"Azərbaycanda tətbiq olunan mövcud suvarma sistemi 1000 il bundan əvvəlki selləmə suvarma sistemidir"
Bu gün, 12:21
"Hizbullah" lideri Şeyx Həsən Nəsrullah öldürülüb - İsrail mediası
Bu gün, 12:16
Həmid Əsədzadə 2 yaşlı qızının ölümündən danışdı: - "Uşağımı xəstəxanaya aşpaz çatdırıb"
Bu gün, 12:14
Nikolun “milliləşdirmə” oyunu NƏYƏ HESABLANIB?
Bu gün, 12:10
Ermənistan və Fələstin diplomatik əlaqələr qurur - Ermənistan KİV
Bu gün, 12:08
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 11:59
Ermənilərin çirkləndirdiyi Oxçuçayda vəziyyət necədir? - AÇIQLAMA
Bu gün, 11:55
Qovrulmuş yerfındığı əvəzinə KƏRPİC PARÇASI... - AQTA bir göz atsın oralara...
Bu gün, 11:53
“55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram, amma xalq artisti deyiləm” - Əməkdar artist
Bu gün, 11:30
Məşhur iş adamı Bakının bu yerində hektarlara ərazini ALDI – Görün nə tikdirir…
Bu gün, 11:23
Tural Məmmədova vəzifə verildi - ÖZÜ AÇIQLADI
Bu gün, 11:21
Rusiya general-polkovnikin bank hesabına da həbs qoydu - TASS
Bu gün, 11:15
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağ adamı “ölmüş şəxs” kimi sistemə salıb - “Ölü kimi” qeyda alınan şəxs isə...
Bu gün, 11:14
Global Media Group jurnalistlər üçün təlim təşkil edib - FOTO
Bu gün, 11:08
Quba sakinləri dərdlərini KİMƏ DESİNLƏR... - NARAZILIQ VAR...
Bu gün, 11:04
FHN ilə “Baku Bulding” MMC-nin işbirliyində bir evin təmir və tikintisi neçəyə başa gəlir - İLGİNC FAKTLAR
Bu gün, 11:02
Türkiyənin Zəngəzurla bağlı mövqeyi... - Dəhliz Rusiyanın vasitəçiliyi ilə açılsa...
Bu gün, 10:56
“Əvvəlki ödənişlər nəzərə alınmır. Niyə?” - ETİRAZ VAR...
Bu gün, 10:52
Paşinyan ABŞ-da Bakıya mesaj verdi, İrəvan qarışdı - “İki yol var”
Bu gün, 10:44
Makron Paşinyan üçün yeni "rol" hazırlayıb - DETALLAR
Bu gün, 10:40
Kollec direktorunun kütləvi ixtisar qərarı... NARAZILIQ YARATDI
Bu gün, 10:38
“Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
Bu gün, 10:33
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
Bu gün, 10:28
"Rəşad Musayev mənə dedi ki, sənin üstündə nəzarəti gücləndirib səni tutduracam" - İTTİHAM VAR...
Bu gün, 10:26
Ermənistan-Rusiya münasibətlərində problemlər var, amma... - ŞƏRH
Bu gün, 10:23
Zəngəzurdan pay istəyənlərin sayı artır - “Azərbaycan hazır olmalıdır”
Bu gün, 10:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru