Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                     Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: .....                     Paşinyanın qadın “batalyon”u .....                     Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır .....                     Azərbaycanda bu deputatlara mənzil verildi .....                     DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... .....                     Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? .....                     "Səni 12 ildir mən gözəlləşdirmişəm" .....                     İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil .....                     Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... .....                     Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək .....                     Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? .....                     Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib .....                     AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək .....                     "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" .....                     Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... .....                     "The New York Times" Naftalandan yazıb, həm də necə... .....                 

Talıbovun əsas məmurları “vitrində”… - Səbuhi Məmmədovun “Arkoz” sevgisi nədən qaynaqlanır?
Tarix: 25-12-2023, 09:27 | Çap et
Talıbovun əsas məmurları “vitrində”…
Vasif Talıbovun vəzifəsilə vidalaşmasından bir ildən artıq vaxt ötüb. Bəs bu müddət ərzində Naxçıvanda fundamental dəyişiklik olubmu? Əslində, bir ilə bunu gözləmək də məntiqsiz olardı. Cünki illərdən bəri yığışıb qalan problemlərin cəmi bir il ərzində həlli mümkün deyildi. Ancaq sadə naxçıvanlılar hesab edir ki, heç olmasa tikinti sektorunu canlandırmaqla iş yerlərinin açılmasına nail olmaq mümkün idi. Etiraf edək ki, Naxçıvandakı hakimiyyət dəyişikliyindən sonra, əhalinin daha çox çalışdığı sahələrdən olan tikinti sektorunda sükunət hökm sürür. Əvvəl bu vəziyyəti biz də başqaları kimi yeni komandanın səriştəsizliyi kimi qəbul edirdik. Ancaq son günlər ərzində önümüzdə canlanan mənzərə, təqdim olunan faktlar mövzuya olan münasibətimizə bir qədər korrektələr etmiş oldu. Sən demə, tikinti sahəsində hökm sürən sükutun çox dərin və obyektiv səbəbləri varmış. Bir neçə gündür ki, Naxçıvanda tikinti sektorda baş vermiş özbaşınalıqlarla bağlı çeşidli məlumatlar tirajlanır. Həmin materiallarla tanış olduqda bəlli olur ki, demə, Vasif Talıbov dönəmində icra edilən böyük tikinti layihələrinin əksəriyyətinin nəinki normal sənədləri, heç layihəsi və smetası belə olmayıb. Bütün bu işləri görən şirkət isə talıbovlarla , türk əsilli iş adamı – Emin Uçalın şərik işlətdikləri “Gəmiqaya” , sonra isə ondan törəyən “Arkoz” olub. Naxçıvandakı yeni rəhbərlik “Arkoz”un gördüyü işləri təhvil götürəndə dəhşətli mənzərə ilə üzləşib. Görüblər ki, hətta Prezident İlham Əliyevin belə açılışında iştirak etdiyi strateji tikililər qısa müddət ərzində dağılıb, ciddi aşınmaya məruz qalıb. Məlum olub ki, tikintilərdə keyfiyyətsiz materiallardan istifadə edilib. “Arkoz”dan etdikləri nöqsanları aradan qaldırmaq tələb olunanda isə, onlar bunu tələb edənlərin üzərinə media preysinqi ilə cavab veriblər. Etiraf edək ki, “Arkoz”un mövqeyini ifadə edən yazıları biz də digər KİV-lərə istinadən saytımızda vermişik və istəyənlər axtarış verib, onlarla tanış ola bilər. Bunu ona görə xatırladırıq ki, kimsə bizi birtərəfli olmaqda ittiham etməsin. Təsəvvürümüz nə vaxt dəyişdi? “Arkoz”un ittihamlarına tuş gələn və oradakı layihələrin konsaltinqini həyata keçirən şirkət Naxçıvana bir media tur təşkil etdi. Həmin media turda iştirak edənlərdən biri də, hörmətli həmkarımız Heydər Oğuz oldu. Məhz Heydər Oğuzun konkret faktlara əsaslanan silsilə reportajlarından sonra belə qənaətə gəldik ki, əslində, “Arkoz” – un qaldırdığı bu səs-küy məsuliyyətdən yayınmaq üçün imiş.
Məhz bunları tam dərk edəndən sonra, “Naxçıvanın tikinti sektorunda kompromat savaşı” adlı bir videomateral hazırladıq. Bundan sonra, bilirsinizmi, “Arkoz”la bağlı nə qədər şikayət aldıq? Məsələn, Quliyev Malik İbrahim oğlu bizimlə əlaqə saxlayaraq bildirdi ki, o, “Naxçıvançay İstirahət Mərkəzinin” tikintisində podratçı kimi 201 min manatlıq iş görüb, ancaq “Arkoz” onun vəsaitini ödəmək istəmir. Hazırda bu işin məhkəmə müstəvisində araşdırıldığı bildirildi. Sözügedən iş adamı “Arkoz”un bu özbaşınalığı ilə bağlı bizə geniş videomüsahibə də verməyə hazır olduğunu bildirdi. “Arkoz”la bağlı edilən çoxsaylı şikayətlərdən sonra həmin şirkətin

Naxçıvandakı “vitrinini” araşdırdıq. Rəhbərlik və əsas söz sahiblərinin köhnə Vasif Talıbov komandasının məmur təmsilçilərindən təşkil edildiyinin şahidi olduq. Məsələn, onlardan birinin adını qeyd edək: Asəf Məmmədov. Bu adam Talıbov hakimiyyəti dönəmində Tikinti Komitəsinin sədri, sonra isə Baş nazir Səbuhi Məmmədovun müavini işləyib. Demək olar ki, tikintiyə görə əsas məsuliyyət daşıyan adam olub. Sonra Vasif Talıbov bu adamı əməlli başlı “sıxıb suyunu” çıxardı. Həmin vaxt mediada Asəf Məmmədovun özünü asdığına dair məlumat yayıldı. Bu adam qorxusundan ölü yox, diri olduğunu belə çıxıb mediaya deməyə cəsarət etmirdi. Özü ilə danışıb, dəqiqləşdirəndən sonra onun ölməyib, diri olduğunu ilk olaraq biz yaydıq. Bu adamın Bakıda dəyəri milyonlarla ölçülən mülkləri var. Məsələn, Yasamal ərazisindəki “Tri korona” deyilən binanın birinci mərtəbəsində “Araz” marketə icarəyə verilən iri həcmli “obyektin” də sahibinin bu şəxs olduğu bildirilir. Asəf Məmmədovun elə həmin binada bir neçə mənzili də var. Onun Novxanıda bahalı villaları, “Həsənoğlu” şirkətinin inşa etdirdiyi binalarda bir neçə bahalı mənzilinin olduğu da dəqiqdir. Aydındır ki, Asəf Məmmədov bu varidata halal yollarla sahib olmayıb. Bəs onda niyə ona “gözün üstə qaşın var” deyən yoxdur? Bəyəm, “Arkoz”un çətiri altında olmaq ona toxunulmazlıq qazandırır? Kimdir bu adamı himayə edən ki, o, bir vaxtlar məmur kimi etdiyi qanunsuzluqları indi də “Arkoz”da davam etdirir?

“Arkoz”un Naxçıvanda əsas işgörənlərindən biri də Elçin Qəhrəmanov adlı şəxsdir. Bu adam da əvvəl Tikinti Komitəsinin sədri olub. Onun Hümbət adlı oğlu Seymur Talıbovla bacanaqdır. Hümbət Qəhrəmanov “Badamlı”, “Bahar karqo”nun əsas idarəçilərindən olub. Həm Asəf Məmmədovun, həm də Elçin Qəhrəmanovun korrupsioner keçmişlərinə baxmayaraq, burunlarının belə “qanamaması” bir sıra suallar doğurur: bacanağının atasını Seymur Talıbov himayə edirsə, bəs, Asəf Məmmədovun bu toxunulmazlığını kim təmin edir?
Maraqlıdır ki, bu adamların hər biri hazırda Naxçıvanın Baş naziri olan Səbuhi Məmmədova yaxınlıqları ilə seçilirlər. Hətta belə məlumatlar var ki, “Arkoz”un mövqeyini ifadə edən və Naxçıvanda gedən bəzi prosesləri dəqiq özündə əks etdirən bəzi məlumatları da mediaya məhz bu qrup tərəfindən sızdırılır. Biz bir dəfə bu mövzuya detallı toxunmuşuq. Əslində, Vasif Talıbov dönəminin əsas məsuliyyətini daşımalı olan şəxslərdən biri də məhz Baş nazir Səbuhi Məmmədov olmalıydı. Çünki onun tutduğu vəzifə bunu deməyə əsas verir. Biz isə Səbuhi Məmmədovun nəinki məsuliyyət daşıdığını, əksinə, öz mövqeyini qorumağı bacardığını, hətta yeri gələndə müəyyən işləri sabotaj edə bildiyinin də şahidi oluruq. Çox maraqlıdır ki, Vasif Talıbovun mövqeyi laxlayan vaxt, onun özünü və komandasını “yıxıb sürüyən” media Səbuhi Məmmədov və onun kurasiyasında olan vəzifəli şəxslərin üzərindən sükutla keçməli oldu. Bu faktın özü, çox mətləblərə aydınlıq gətirmiş olmurmu?

Deməli, belə çıxır ki, Naxçıvanın Baş nazirinin hazırkı mövqeyi MR-dəki strateji obyektləri zay vəziyyətə salan “Arkoz”dan şəffaflığın təmin olunmasını tələb edənlərlə deyil, Emil Uçar və onun ətrafında olan sabiq məmurlarla daha çox uzlaşır! Görəsən niyə?..

Azinforum.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32
AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30
"İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27
Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21
"The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17
"Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14
BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10
"Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07
Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05
Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb
Bu gün, 10:00
Azərbaycanda polkovnik vəfat etdi - FOTO
Bu gün, 09:56
Yevlax Məşğulluq İdarəsi də BELƏ NARAZILIQ YARADIR... - MÜRACİƏT
Bu gün, 09:54
Paşinyan saqqalını nə üçün qırxdığını açıqladı... - VİDEO
Bu gün, 09:44
Bu gündən bəzi məktəblərdə dərslər başlayıb
Bu gün, 09:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru