Vüqar Gülməmmədovun ilk iş ili – Hesablama Palatasının bu il missiyası daha ağırdır - Gərginlik irəlidədir
Tarix: 21-02-2014, 11:08 | Çap et
DİA.AZ: - Adına «Xalqnəzarəti» («Narodnıykontrol») deyilən «zəhmli» qurum sovet dövrü insanlarının yaxşı yadında qalıb. Bu qurumun işi dövlət vəsaitini mənimsəyənlərə, izafi xərclərə yol verənlərə qarşı yönəlmişdi. Yəni dövlətin vəsaitinə nəzarət edirdi. SSRİ dağılanda digər vacib sahələr kimi, bu sahə də xeyli müddət nəzarətsiz qaldı və ciddi boşluq yarandı. Əslində, «Xalqnəzarəti»nin qalması da mənasız idi. Prezident tərəfindən imzalanan 07 yanvar 1999-cu il tarixli 69 nömrəli «Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında» Fərman dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində növbəti addım oldu. Fərman ölkədə maliyyə nəzarətini bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırmağa, maliyyə nəzarətinin ağırlıq mərkəzini dövlət büdcəsi gəlirlərinin formalaşmasına və xərclərin səmərəliliyinin yüksəldilməsinə, maliyyə nəzarətinin korrupsiya alətinə çevirən əngəllərdən azad edilməsinə, sahibkarlıq fəaliyyətinin inkişafına yönəldilməsinə istiqamətləndirdi.
Beləliklə, uzun fasilədən sonra nəhayət, müstəqil dövlətin inkişafı üçün çox vacib olan Hesablama Palatası yarandı. Onu da qeyd etmək lazımdır ki, Hesablama Palatası ölkənin ali qanunverici orqanı olan Milli Məclis tərəfindən yaradılır və onun qarşısında hesabatlıdır. Yəni Hesablama Palatası icraedici orqana tabe deyil. Bu ona öz fəaliyyətində xeyli müstəqillik verir.
Son illər Hesablama Palatasının yoxlamaları sayəsində milyonlarla dövlət vəsaiti bərpa olunub, xeyli nöqsan və pozuntular ortaya çıxarılıb və nəticədə dövlətə böyük maddi ziyan dəydiyini təsdiq edən materiallar ölkənin Baş Prokurorluğuna göndərilib. Və bu materiallar əsasında xeyli sayda vergi ödəyicisinə qarşı cinayət işi açılıb. Son illər Hesablama Palatasının nəzarət tədbirləri sayəsində böyük sayda əlavə ştat vahidləri, qruplar ləğv edilib.
Hesablama Palatası son illərdə Dövlət Sosoial Müdafiə Fondunda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Kənd Təsərrüfatı Nazirliyində (maraqlıdır ki, Heydər Əsədov HP-dən KTN-yə keçəndən sonr bu yoxlamalar start götürdü –red.) və digər dövlət qurumlarında ciddi yoxlamalar aparıb. Xatırladaq ki, Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, eyni Zamanda Kənd Təsərrüfatı Nazirliyinə aid “Aqrolizinq”i yoxlayarkən ciddi nöqsanlar üzə çıxarmışdı..
DİA.AZ-a daxil olan məlumata görə, Hesablama Palatası 2014-cü ildə də xeyli dövlət qurumlarında yoxlamalar keçirməyi planlaşdırıb. Həm də nəzərə almaq lazımdır ki, artıq Hesablama Palatasında Heydər Əsədov yox, Vüqar Gülməmmədov sədrdir və bu yeni kadr həm də özünü doğrultmaq problemini yaşayır, ona görə də builki yoxlamaların ötən illərlə müqayisədə daha ciddi olacağını proqnozlaşdırmaq olar.
Bəzən mətbuatda Hesablama Palatasının yoxlamalarını az qala keçmiş «Narodnıykontrolun», ya da «OBXESS»-in yoxlamaları ilə eyniləşdirib kiminsə vurulacağını söyləyirlər. Biz bu fikirdə deyilik və bunları növbəti yoxlamalar hesab edirik. Ancaq hər halda Hesablama Palatasının hədəfinə çevrilən dövlət qurumları ilə bağlı addımlar təsadüfən atılmır və prosesin davamı da olur. Məsələn, əldə olunan faktlar prokurorluğa, hüquq-mühafizə orqanlarına ötürülür. Deməli, HP artıq “fətvası” verilmiş qurumların üzərinə çökür ki, anoloji taktika bu il də qüvvədə olacaq.
Yəni hakimiyyət daxili təmizləməni HP hesabına həyata keçirməkdə israrlıdır...
Məlumatlı mənbələrdən DİA.AZ-a daxil olan informasiyada da bildirilir ki, Vüqar Gülməmmədovun il kişi çox ağır keçə bilər. Hər halda, Heydər Əsədovla müqayisədə o qədər də nüfuz sahibi olmayan Gülməmmədovun oliqarx-məmurlarla toqquşmalardan üzüağ çıxması problemlə müşayiət olunacaq. Bu barədə danışan mənbə bildirir ki, hakimiyyət köklü dəyişikliklərə getmək niyyətindədir və «vurulacaq» məmurlara qarşı planlaşdırılan silahlardan biri də məhz Hesablama Palatasıdır. Belə olan təqdirdə yeni HP rəhbərinin üzərinə düşən missiyasının ağırlığını təsəvvür etmək o qədər də asan deyil. Amma bir məsələ də var ki, Heydər Əsədovun əlləri hələ də Gülməmmədovun kürəyindədir… Və HP sədri bu istiliyi artıq KTN-yə etdiyi həmlələrdə yetərincə hiss edib...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|