Nuridə Seyidova ” Urmedhelp”dən hansı məqsədlər üçün istifadə edir? – Xaricdə əməliyyat, yoxsa…
Tarix: 11-02-2023, 11:16 | Çap et
Ağır qan xəstəsi olan uşaqların valideynləri- Şəki rayonun Cumakənd kənd sakini İsayev Vüqar Mahmud oğlu, 10 yaşlı xəstə Nuriyev Hüseynin atası Elman Fərman oğlu Nuriyev, Qəbələ rayonundan olan Nəsmiyev Tural Cənnət oğlu tərəfindən Prezident İlham Əliyevə, Birinci vitse-prezdent Mehriban xanım Əliyevaya, Ombudsman Aparatının sədrinə və bir sıra aidiyyatı dövlət qurumlarına media orqanları vasitəsilə müraciət unvanlanıb. Müraciətdə Hemotologiya Mərkəzində qan xəstəsi kimi qeydiyyatda olan uşaqların valideynləri xəstə övladlarımızın xaricdə əməliyyat olunacağını təşkil etmək adı altında külli miqdarda (20000+12000+35000=cəmi 67000 dol.) xarici valyutamızı ələ keçirmiş “My Doc Tour” MMC-nin və ” Urmedhelp” MMC-nin direktoru Seyidova Nuridə Məmməd qızı və dəstəsi tərəfindən dələduzluq yolu ilə taladığı əmlaklarının geri qaytarılmasını tələb edirlər.
Aktualinfo.org adıçəkilən valideynlərin birgə imzaladığı müraciəti olduğu kimi təqdim edir:
Çoxhörmətli cənab Prezident İlham Əliyev və xanım Mehriban Əliyeva!
Sizin ölkəmizdə istər sosial-iqtisadi, istərsə də səhiyyənin inkişafı ilə bağlı verdiyiniz tapşırıqlar, qəbul etdiyiniz proqramlar uğurla icra olunur və nəticələr göz önündədir. Dəfələrlə şahidi olmuşuq ki, dövlət başçımızın və Heydər Əliyef Fondunun köməkliyi sayəsində Azərbaycanda müalicəsi mümkün olmayan vətəndaşların ölkə xaricində əməliyyatlara alınması göstərdiyiniz diqqət və qayğının nəticələri uğurlu olmuşdur. Biz, xəstə valideynləri də Sizlərin göstərdiyiniz hümanist qayğılardan ruhlanaraq övladlarımızın yenidən sağlam həyata qayıtması üçün əlimizdən gələnləri etmişik. Belə ki, biz 18 nəfər xəstə valideynləri Türkiyə Cumhuriyyətində övladlarımızın təcili əməliyyat olunmaları üçün Antaliya şəhərində yerləşən “Medical Park” xəstəxanası ilə əvvəlcə əlaqə yaratmışdıq. Tezliklə də, bizimlə həmin xəstəxananın işçisi olan, əslən Azərbaycanlı Aynur xanım əlaqə saxladı. Rəhbərliyin göstərişinə uyğun olaraq tövsiyə etdi ki, siz ayrı-ayrı fizki şıxs olaraq deyil, Bakıda belə xəstələrin Türkiyəyə aparılmasını təşkil edən “Urmedhelp” MMC-nin ( VÖEN 1006156231) direktoru Seyidova Nuridə ilə əlaqə saxlayın, o sizin xəstələrin “Medical Park” xəstənasına gətirilməsi xidmətilə məşğul olacaqdır. Biz, Nuridə xanımla ayrı-ayrılıqda Bakının Nizami rayonu, H.Əliyev prospekti 152 ünvanda yerləşən “Çinar Plaza”dakı ofisində görüşdük. O bizə ayrı ayrılıqda və digər valideynlər də daxil ( cəmi 18 nəfər) xəstəlik növünə uyğun olaraq “Urmedhelp” MMC direktoru kimi xidmətin göstərilməsilə bağlı müqavilələr bağladı və xəstəliyə uyğun olaraq ABŞ dolları ilə xidmət haqqı ödəməyi tələb etdi. Bizi başa saldı ki, cərrahi əməliyyatın əsas hissəsini “Medical Park” rəhbərliyinə Avropa ölkələrindəki donor təşkilatlar kömək edəcəklər. Məsələn, mənim talasemiyadan əziyyət çəkən qızım Gülbər Isayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəklər. Ona görə də mən Vüqar İsayev bir valideyn kimi tələb olunan 70000 ABŞ dolları əvəzinə 20000 dollar, (kursa görə 34000 manat) pulu 2022-ci ilin avqustun 10-da “Çinar Plaza” da “My Doc Tour” MMC -nin ( VÖEN 1504186411) də direktoru olan Seyidova Nuridəyə nağd formada kassa mədaxil orderi ilə verdim (sənəd əlavə olunur). Və Nuridə xanım bildirdi ki, uzağı sentyabrın əvvəlində xəstəniz Antaliyada olacaq və əməliyyata götürüləcəkdir. Eləcə də, mən Elman Fərman oğlu Nuriyev 10 yaşlı xəstə oğlum Nuriyev Hüseyn Elman oğlunun Türkiyədə təcili əməliyyat olunması üçün Nuridənin tələb etdiyi 12000 dollar pulu nağd olaraq ona verdim. Eləcə də Qəbələ rayonundan iki xəstə uşağını (oğlan və qızı) gətirmiş, DİN-nin Daxili Qoşunların giziri olmuş Nəsmiyev Tural Cənnət oğlu da may ayında tələb olunan 35000 dollar pulu Nuridə Seyidovaya təhvil vermişdir. Düzdür, Nuridə onun övladlarının müalicəsinin Samsunda olacağını bildirmiş və oktyabr ayında Türkiyəyə gedib xəstəxanada gözləməyi bildirmişdir. Lakin 3 aydan çox vaxt keçməsinə baxmayaraq Turalın övladları ilə xəstəxanada maraqlanan olmamışdır. Nuridə isə hər dəfə onu gözləməyi və səbrli olmağa tövsiyə etmişdir. Tural Türkiyədə uşaqlarla boş boşuna vaxt keçirmək üçün 7-8000 manat ziyana düşmüşdür. İndi o da 2 gündən sonra Bakya qayıdacağını və dərhal Nuridədən 35000 dolları geri tələb edəcəyini bildirmişdir. O 40 gün əvvəl də Nuridədən pulu geriyə almaq üçün polisə şikayət etmişdir. Lakin məsələ təhqiqatçı polisə dələduzun qarşılıqlı maraqlarının təmin olunması nəticəsində hələlik ört basdır edilmişdir.
Xatırladaq ki, Nuridə Seyidovaya bizi kimi müraciət edən valideynlərin sayı hələlik bizə məlum olanı 18 nəfərik. Üst- üstə Nuridə Seyidovaya 1 ildən artıq vaxt ərzində cəmi 304000 ABŞ dolları pul ödənilmişdir. Son 1 il 4 ay ərzində kimsənin xəstə övladını Türkiyəyə əməliyyat üçün göndərməmişdir. Və vasitəçimiz olan Aynur xanımın bildirdiyinə görə Nuridə hamımızı aldatmış, 1 qəpik də olsa Türkiyə xəstəxanası olan “Medical Park”ın, nə də Samsundakı xəstəxananın hesabına pul köçürməmişdir. 4 gün əvvəl isə biz valideynlərlə görüşərək bildirdi ki, Nuridə sizlərə yalan deyib, aldadıb, gedin pulunuzu qaytarın. “Medical Park” xəstəxanasının rəhbəri Səlahəddin bəy mənə bildirib ki, “Aynur, siz bizim işçimiz olduğunza görə o xəstələrə əllərində olan para ilə müalicəyə qəbul edərik. Qoy əvvəlcə paraları əldə edib özləri birbaşa xəstəxanamıza müraciət etsinlər.” Amma nə fayda. Budur, Turab adlı valideyn də 45 gündür ki, verdiyi pulu geri qaytarmaq üçün Nuridənin qapısında qalıbdır. Amma hər dəfə bir bəhanə ilə pulu qaytarmır. Mən də 26 yanvardan Nuridədən xahiş etmişəm ki, uşağın artıq 14 yaşı tamam olub verdiyim 20 000 dolları təcili qaytar ki, çox az vaxt qalıb görək hansı yolla uşağı əməliyyat etdirirəm. Məni də fevralın 15-ni gözləməyi məsləhət bilib. Digər tərəfdən tapdığımız donor da imtina edə bilər. Yeni donor tapanadək isə qızımın həyatda qalması mümkün olmayacaq.
Aynur xanım indi bizlərə bildirmişdir ki, Nuridə pandemiya başlayana qədər “Medical Park” hospitalına həqiqətən də bir neçə dəfə xəstə göndərmişdir. Lakin iki ildir ki, bu istiqamətdə heç bir iş görmür.
Nuridənin biz xəstə valideynlərinə qarşı törətdiyi təkcə dələduzluq cinayəti deyil, artıq xəstələrimiz vaxt itirməkdən sağlamlıq durumları ağırlaşıb, gözlənilən ağır əməliyyat da əhəmiyyətsiz ola bilər, xəstəmiz qəfil vəfat da edə bilər. Aynur xanım təsdiq edir ki, Aysel adlı talasemiya xəstəsi də “Medical Park” xəstəxanasına keçən ili çatsa da, o əməliyyata qədər dünyasını dəyişdi. Və uşağın cənazəsi Bakıya qaytarıldı. Bu hadisədən sonra hər bir valideyn qorxu içindəyik. Nuridənin dəstəsinin və arxalandığı köpəklərin bizlərə qarşı törətdiyi dələduzluq cinayəti nəticəsində hamımızın qan xəstəliyi olan övladlarımız həyatlarını itirmək təhlükəsilə üzləşmişlər. Hazırda Nuridənin dələduz dəstəsinin bizə qarşı törətdiyi qeyri-insani cinayətlərinin ucbatından valideynlərin hər birinin övladının həyatı risk altındadır. Və bu dəstə inadından dönərək pullarımız geri qaytarmır ki, xəstələrimizi həyatda qalmaları üçün başqa variantlar axtaraq. Hesab edirk ki, hər bir xəstə uşağın faciəsinə görə Nuridə və onun dəstəsi məsuliyyət daşıyır. Artıq vəziyyət o həddə çatıb ki, dava-dərmanla həyatda qalmalarını təmin edən valideynlər bildirilər ki, uşaqların sağlamlıq durumu get-gedə ağırlaşmaqdadır, dərmanlar da artıq təsir etmir.
Xatırladaq ki, biz Nuridəyə verdiyimiz pulları kənd kənd gəzib, hər maqazinə yardım qutuları qoyaraq illərdir ki, qəpik qəpik dilənə dilənə toplamışdıq. Belə pulu mənimsəmək nə insanlığa, nə müsəlmançılığa yaraşır. Aldığımız məlumata görə Nuridə Seyidova bizlərdən mənimsədiyi 304000 dollar pullarla özünə Bakıda, Sumqayıtda çoxsaylı mülklər alıbdır. Pulları nağd formada saxta mədaxil orderilə qəbul etməsi də vergidən yayınmaq üçün olduğunu bildirmişdir. Hazırda, yeni ofisi Nərimanov rayonunda, Aşıq Alı küçəsində, “LİFE CENTER” in yaxınlığında yerləşir. Yeni ofisində dələduzluq əməllərinin ört basdır edilməsi üçün özünə bir “ağıllı” hüquqşunas da cəlb edib ki, “qalxan” rolunu oynasın. Nuridə ilkin söhbətlərində hətta Heydər Əliyev Fondu və “Nərgiz” Fondu ilə əməkdaşlıq etdiklərini də bildirərək biz valideynləri inandırmış, etimadımızı qazanmışdır.
Ona görə də hazırda çox çarəsiz vəziyyətə düşmüş valideynlər kimi dövlətimizin başçısına və Mehriban xanıma son ümid olaraq müraciət edirik. ki, ağır qan xəstəliyindən əziyyət çəkən və “Urmedhelp” MMC-nin rəhbərliyi tərəfindən Türkiyəyə əməliyyata göndərmək adı altında bizə qarşı dələduzluq edərək kasıb camaatdan müalicə üçün qəpik qəpik topladığımız pulların geri qaytarılmasında bizə köməklik göstərməyinizi və dələduz dəstənin qanunazidd əməllərinə qiymət verilməsini xahiş edir və əvvəlcədən sağ olun deyirik.
Əlavə sənədlər: 18 vərəq ( müqavilə, ödəniş qəbzi, xəstəlik kağızları…)
Hörmətlə, Xəstə valideyni Vüqar İsayev Elman Nuriyev Tural Nəsmiyev
P.S. Aktualinfo.org müraciət ətrafında araşdırmalara başlayıb. Mövzu ilə bağlı yaxın günlərdə daha ətraflı məlumatlar veriləcək. //Aktualinfo.org//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|