Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                 

7 min manata görə peşəkar təhsil işçisinin başına oyun açırlar... - İTTİHAM VAR!
Tarix: 20-10-2022, 09:29 | Çap et
7 min manata görə peşəkar təhsil işçisinin başına oyun açırlar...
Şirvan şəhərində yaşayan Əliyeva Təranə Əlövsət qızı tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Şirvan şəhərində yerləşən 10 saylı məktəbin direktoru Arif Əliyevi onu qanunsuz şəkildə işdən uzaqlaşdırmaqda ittiham edir:

“Mən Əliyeva Təranə Əlövsət qızı, Şirvan şəhər sakiniyəm. Ali təhsilliyəm, rus dili müəlliməsiyəm. 25 ilə yaxın pedaqoji stajım var. 20 ilə yaxın müddətdə Şirvan şəhər, Elçin İmanov adına 10 saylı məktəbdə rus dili müəlliməsi kimi işləmişəm. İşlədiyim müddətdə heç vaxt dərsdən qalmamış, bulletenə belə çıxmamışam. İntizamlı müəllimə olmuşam.

Bu işimdən əlavə, qeyri-hökümət təşkilatlarında da işləmişəm. 2007-2008-ci illərdə kurikulumun hazırlıq mərhələsində Amerikada - Nyu Yorkda qrant layihəsinin rəhbəri olmuşam. Misir Mərdanovun nazir olduğu dönəmdə 5 min dollarlıq mükafata layiq görülmüşəm. İngilis və rus dili fənləri üçün “Xalqalr dostluğu” başlıqlı layihənin rəhbəri olmuşam. O layihənin sayəsində bizim məktəbin xarici dil müəllimləri 10 il müddətində həmin otaqdan istifadə etdilər.

2017-ci ildə, iyun ayında müəllimlərin qol çəkdiyi vaxtda Şirvan şəhər, 10 saylı məktəbin direktoru söhbət əsnasında mənə bildirdi ki, niyə sən yay tətilində işləməyə getmirsən, ailə vəziyyətində çox ağırdır? Həqiqətən də mənim ailə vəziyyətim çox ağırdır. Evimdə xəstə anam, böyük külfət - hamısı mənim üzərimdə idi. Mən də direktor Arif Əliyevlə aramızda danışdıq ki, biraz özümü düzəldənə kimi məni işimdə idarə etsin. Fikirləşdim ki, məzuniyyət pulumu alım, sonra görüm nə iş tapıram, hec olmasa, bir az borclarımı, kreditlərimi idarə edim. Mən ona dedim ki, məzuniyyətimi aldıqdan sonra kartımı sizə verərəm, 2-3 ay idarə edin, sonra işə qayıtdıqda kartımı götürərəm. Məni şirin dilinə salıb aldatdı, əslində isə mənim yerimə adam axtarırmiş ki, 7 min AZN qarşılığında işə götürsün. Lakin yerimə seçilən müəllimə gəlib görəndə ki, bu mənim yerimdir, razılaşmayıb”.

Şikayətçi deyir ki, sonradan direktor onu qanunsuz olaraq işdən azad edib: “2017-ci il sentyabrın 15-də guya öz xahişimlə işdən azad olmuşam. Həmin vaxtdan mənə hec bir sənəd təqdim olunmamışdır. Əmək kitabçamı 2021-ci ilin noyabr ayında, çox get-gəldən sonra almışam. Mənə əmrim verilməmişdi. Əmrimi 2022-ci il, avqustun 22-də aldım . Avqustun 29-da sənədlərimi məhkəməyə təqdim etdim. İddia ərizəsində sadəcə ərizəmin yoxlanılmasını, xəttşunaslıq ekspertizasından keçirilməsini istədim ki, iş çox uzun çəkməsin.

2022-ci il 3 oktyabr tarixində Şirvan şəhər Məhkəməsində hazırlıq iclasımız oldu. Prosesdə məktəb direktoru israr etdi ki, “işdən getmək haqda ərizəni müəllimənin qızı yazib”. Yəni, guya, qızım sentyabr ayında mənim adımdan ərizə yazıb. Amma bu savadsız direktor bilmir ki, işdən getmək haqda ərizəni müəllimin özü yazmalıdır.

Azərbaycan qanunlarına əsasən, mənim qızım, yaxud hansısa ailə üzvüm o vaxt mənim adımdan ərizə yaza bilər ki, mən onların adına etibarnamə verərdim. İşdən getmək haqda ərizənin üstünə etibarnamənin surəti tikilməli və əmək kitabçama da belə yazılmali idi. Məsələn, filan saylı etibarnaməyə əsasən, Əliyeva Təranə Əlövsət qızı öz xahişi ilə işdən azad olunur”.

Təranə Əliyevanın sözlərinə görə, direktor Arif Əliyev müəllim deyil, sadəcə məşqçidir, üstəlik 65 yaşı 2022-ci il aprelin 15-də tamam olsa da, hələ təqaüdə getməyib: “Yəqin ki, havadarları çox güclüdür. Hələ öz taxt-tacında, öz səltənətində “vəzirləri”, “vəkilləri” ilə ömür sürur. Məktəbin bütün rəhbərliyi Arif Əliyevin öz adamlarıdır. Məktəb onların gəlir mənbələri, “ticarət mərkəzləri”dir. Məktəbin 2-ci, 3-cü mərtəbələri hazırlıq keçmək üçün müəllimlərə icarəyə verilir. Guya bundan Təhsil Nazirliyinin, rayon Təhsil Şöbəsinin, Şirvan icra başçısının xəbəri yoxdurmu? Var, sadəcə hər kəsin haqqını yüksək şəkildə verir. O, məktəbi “yeyib dağıdır”, onu durduran yoxdur. Maraqlanmaq laızmdır ki, Arif Əliyevin və Rövşən Allahverdiyevin havadarları kimlərdir”.

Şikayətçi yazır ki, iyulun 7-də Təhsil nazirinin müavini, İnsan Resurslarının müdiri Eşqi Bağırovun qəbulunda olub: “Eşqi Bağırov qəbulda Səlyan Regional Təhsil İdarəsinin müavini Rövşən Allahverdiyevi tərifləməyə başladı. Cavabında ona dedim ki, Rövşən Allahverdiyevi ona görə tərif edirsiniz ki, MİQ-də sizə əla pul gətirir. Çünki kim MİQ imtahanından keçmək istəyirsə, Rövşən Allahverdiyevi axtarır. Artıq müəyyən bir məbləğ qoyublar, qiymət 20-25 min AZN arasında dəyişir”.

Təranə Əliyeva deyir ki, direktorun qanunsuz qərarı ilə bağlı məhkəməyə də müraciət edib: “2022-ci il, 3 oktyabr tarixində Şirvan şəhər Məhkəməsində Arif Əliyev hakim Elçin Qurbanova işdən çıxmaq haqda əmrimi təqdim etdi. Mənim təqdim etdiyim əmrlə onların təqdim etdiyi əmrin arasındakı fərqi hakim də gördü. Mənə verilən əmrdə belə yazılıb: “Öz xahişi ilə azad olunub”. Direktorun təqdim etdiyi əmrdə isə, guya, xəstəliklə işdən öz xahişimlə çıxdığım qeyd olunurdu. Yəni ortada 2 fərqli əmr var idi. Hakim dedi ki, Arif müəllim, bunu dəyişdirin, bu nədir gətirmisiniz? Təbii ki, Elçin Qurbanov da ancaq Arif Əliyevin dediklərini təsdiqləyirdi və bunun səbəbi mənə qaranlıq qaldı”.

Haqsız yerə işdən çıxarıldığını deyən şikayətçi xanım vurğuladı ki, 2017-ci ildə etibarən bütün müvafiq strukturlara müraciət etsə də, heç bir nəticəsi yoxdur: “Məni haqsız yerə, xəbərim olmaya-olmaya işimdən azad ediblər. Bu nə qədər düzgün bir qərardır? Bu hadisəni imkansız, çarəsiz olmağımdan istifadə adlandıra bilərəm. 2017-ci ildən bu günə kimi mübarizə aparıram, amma şikayətimə baxan yoxdur. Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev indi “Salyan Regional”da müavin işləyir, Arif Əliyevlə əlbir olub mənim işimə son veriblər”.

Şikayətçi sonda onu da bildirir ki, direktor və Təhsil şöbəsinin keçmiş müdiri onu aclığa məhkum ediblər: “Arif Əliyev və Şirvan Təhsil şöbəsinin keçmiş müdiri, indiki “Salyan Regional”ın müdir müavini Allahverdiyev Rövşən əlimdən axırıncı tikəmi də aldı və ailəm ac-yalavac vəziyyətdədir. “Hürriyyət” vasitəsilə Təhsil Nazirliyinə, Prezident aparatına müraciət edirəm! Xahiş edirəm ki, şikayətimə əsaslı şəkildə baxılsın”.

P.S. Ölkədə direktorların özbaşınalıqları sanki dəb halına düşüb. Bəs, təhsil şöbələrinin bir faydası olmayacaqsa, valideynlərin, müəllimlərin şikayətinə baxılmayacaqsa, bu qurumlar niyə var? Fikir verirsinizsə, şikayətçilərin heç biri məhkəmədən, polisdən, prokrorluqdan və s. orqanlardan düzgün nəticə gözləmirlər. Hər biri mətbuat vasitəsiylə Prezidentə müraciət edir. Hətta şikayətçilər tam yəqinliklə deyirlər ki, ölkə başçısına məktubları çatmır. Hansısa orqanların bu məktublara müdaxilə etdiyini bildirirlər…

P.P.S. Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
//hurriyyet.az//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru