Rektor müəllimləri BOĞAZA YIĞIB... - İTTİHAM VAR!
Tarix: 13-04-2022, 09:01 | Çap et
Bir qrup müəllimin adından redaksiyamıza daxil olan şikayət məktubunda bildirilir ki, rektor universitetin Xarici dillər kafedrasının ingilis dili müəllimlərini ildə iki dəfə "British Council” xətti ilə imtahan edir, hər dəfə də müəllimləri işdən çıxarmaqla təhdid edir: "Keçən yayda dərs ili, imtahan sessiyası bitən kimi bizə tətilə çıxmağa, dıncəlməyə icazə vermədi. Əmək Məcəlləsınə zidd olaraq, bizi iki ay tətil müddətində kurslarda iştirak etməyə məcbur etdi. Təkcə ingilis dilli müəllimləri deyil, qeyri-ixtisas müəllimlərini də hətta yaşları 65 ötmüş müəllimləri ingilis dilini öyrənməyə məcbur etdi. Tətil zamanı dincəlib yeni tədris ilinə hazırlaşmaq əvəzinə, isti yay günlərində həftədə 3 dəfə, hətta kursun sonuncu ayında 4 dəfə bizi məcburən dərslərə cəlb etdi. Həmin müddətdə kamerası bağlı olan müəllimlərə hər formada təzyiqlər olunurdu. Hamıya məlumdur ki, bir il gərgin işləyən müəllimlərə istirahət lazımdır, çox vaxt müalicə olunmalıyıq, amma bunlara bizə icazə verilmədi. Kimin şikayətləndiyini eşidirdilər onu işdən kənarlaşdıracaqları ilə təhdid edirdilər”. Bütün bunlardan sonra konsulluq universitetin müəllimlərini imtahan edib. İmtahandan sonra iki nəfər müəllimə (Zahirə Kazımova və Zamirə Əfəndiyeva) auditoriyaya dərs keçməyə icazə verilməyib: "Hamımız çox gərgin il yaşadıq, amma bizim nə yaşadığımız rektor Mustafa Babanlının vecinə deyil. Bir sözlə, biz çox təhdidlər altında işləyirik bu gərginlik də iş əmsalımızı aşağı salır. İndi də bu il sentyabrdan bizə zorla attestasıyadan keçməyimiz üçün sənədə imza atmağı tələb etdi, əks təqdirdə, işdən azad edəcəyini bidirdi”.
Təhdidlər bunlarla bitmir. ADNSU müəllimləri bildirirlər ki, tələbəyə əla qiymət yazanda töhmət veriləcəyilə hədələnirlər: "Deyirlər, tələbə səndən çox bilir ki, sən onun qiymətini kəsə bilmirsən? Rektor bizim başqa zamanlarda dil səviyyəsinə görə aldığımız sertifikatlara məhəl qoymur. Hazırda tədrislə məşğul olduğumuz bir vaxtda yenə də bizi attestasiya edir və kimi istəyir keçirdir, kimi istəyir saxlayır. (Yeri gəlmişkən, müəllimlərin sonradan redaksiyamıza verdikləri məlumata görə, aprelin 11-də - bu gün daha bir attestasiya keçirilib, aprelin 13-də isə növbəti attestasiya baş tutacaq-red.) Biz müəllimlərə dərsdə tətbiq etdiyimiz metodların nəzəriyyəsindən ən azı bir kitab suallar təşkil etdirib kimsə hardasa axsayarsa, onu müəllim kimi alçaldır. Sual etmək lazımdır, hər tərəfdə sinif otaqlarında kamera var, müəllimin dərsini ordan da dinləmək olur, bəs nə məqsədlə biz müəllimlər ildə iki dəfə imtahan olunmalıyıq? Mustafa Babanlı tələbələrlə görüş keçirir və müəllimləri alçaldır, deyir, universiteti gəncləşdirəcəm. Rektorun belə bir bəyanat verməsi müəllimlərə psixoloji təzyiqdir. Mustafa Babanlı 5 illik seçkidə bizi məcbur edir ki, öz istəyimizlə ərizə yazıb işdən çıxaq, sonra ikinci bir ərizəylə də işə qəbul edir. Kimin 5 illik müqaviləsini ləğv etmək istəyirsə, onun ərizəylə özü çıxdığını əsas gətirir. Seçkiyə gedərkən yerli elmi nəşrlərdə çıxan məqalələri qəbul etmir "WEB SCIENCE IMPACT FACTOR və SCOPS FACTORY” olan məqalələr tələb edir. Bu məqalələr isə ən azı 100 -150 dollara başa gəlir, bizim maaşımızla bu məqalələri çap etdirmək bizə çox çətindir. Maaş demişkən, cənab Prezidentin müvafiq sərəncamı ilə əməkhaqları 20 faiz artdığı halda, bizim əməkhaqqımız cəmi 15 faiz artdı. Bu barədə bizə açıqlama belə verilmədi. Biz isə işimizi itirmək qorxusundan səsimizi çıxara bimədik, çünki hər addımda biz rəhbərliyin işdən çıxarmaq təhdidlərilə qarşılaşırıq. Hazırda imtahan semestrinə hazırlıq dövrüdür midtermlər keçirilir, imtahan sualları hazırlanır, təqdimat qəbul olunur. Bu qədər gərgin iş rejimimizdə bizi imtahan edir”. Müəllimlərin daha bir şikayəti liftlə bağlıdır. Onların sözlərinə görə, rektor Mustafa Babanlı müəllimlərə liftlə 6-cı mərtəbəyə çıxmaga icazə verir, amma qayıdıb 1 ci mərtəbəyə düşməyə icazə vermir: "Universitetin ikinci binası 6 mərtəbədən ibarətdir o binadan əsas binaya dərsə gəlmək üçün gərək pilləkənləri qaça-qaça düşəsən, üstəlik, əsas binanın 5-ci mərtəbəsinə, yaxud digər mərtəbələrə piyada qalxmalı oluruq. Otaqlarda kameralar var, müəllim dərsə kecikir, o zaman yenə töhmət alır. Universtetdə milyonlar töküb turniket sistemi düzəltdiriblər, amma işləmir. İkinci semestr fevral ayından başlayıb, iki ay 10 gün olur ki, unibook sistemi işləmir. İndi də ancaq universitetdə unibooku işləyə bilərik, onun üçün də biz müəllimlərə heç bir şərait yaradılmır. "Universitetdə iki növbədə dərslər gedir otaqlarda dərslər olduğu halda müəllimlər iki ayın işini 3 günə necə yerinə yetirsinlər” sualını verəndə də cavab vermirlər. Bu kimi o qədər gərginlik var ki, universitetdə, hansı ki, müəllimlərin iş qabılıyyətini enerjisini tükəndirir. Bütün bu kimi neqativliklərin baş verdiyi bir universitetdə hansı inkişafdan söhbət gedə bilər? Müəllimlər də belə çətin bir zaman da çörək pulunu itirmək qorxusuyla yaşayır. Ümid edirik ki, bizim səsimizi kimsə eşidəcək, universtetdəki kimi səsimizi boğmayacaqlar”. İlin sonunda universitetin büdcəsindəki qalıq vəsaitin bölgüsü də müəllimlərin narazı olduğu məsələlərdəndir: "Rektor büdcəni kafedra müdirlərinə, dekanlara və prorektorlara paylaşır. 2500-3000 manat prorektorlara, 1500-ə qədər dekanlara, 1000-1200-ə qədər də kafedra müdirlərinə ödəniş edilir. Əziyyət çəkən müəllimlərə bir manat da vəsait verilmir. Bayramlarda başqa universitetlər bütün müəllimlərə əlavələr verir, amma bizdə elə şey yoxdur”.
Bütün bu qeyd edilənlərlə bağlı mövqe almaq üçün ADNSU-nun mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərova müraciət etdik. Müəllimlərin yazdığı şikayət məktubunu mətbuat xidməti rəhbərinə göndərərək detallı münasibət istədik. B.Nəzərov nədənsə sorğumuza İT imkanlarından istifadə edərək cavab verməyə maraq göstərmədən bizi universitetə dəvət etdi. Buna lüzum və vaxt olmadığını bildirdikdə isə səsləndirilən iddialarla bağlı cavab verməkdən imtina etdi. AFN.az və şəxsən bu yazının müəllifi olaraq bəyan edirik ki, redakasiyamıza gün ərzində bir neçə şikayət daxil olur. Şikayətin məzmununda yerində araşdırılması vacib olan iddia olmadığı təqdirdə qarşı tərəfin mövqeyini onlayn qaydada, yaxud da telefon vasitəsilə almağa üstünlük veririk. Eləcə də ADNSU müəllimlərinin iddialarının araşdırılması zamanı universitetə getməyə lüzum görülmədi. Lakin bu, qarşı tərəfə verilən sorğunu cavablandırmaqdan imtina üçün əsas deyil. Ölkənin müvafiq qanunvericiliyi də sorğu müəllifinə sorğusuna cavab almaq formasını özünün seçməsinə icazə verir. Beləliklə, jurnalist fəaliyyətimizdə daha bir qurumun mediaya barmağarası münasibətinin şahidi olduq. ADNSU rəhbərliyinin mediaya və dolayısı ilə ictimaiyyədə olan bu münasibəti onun haqqında səsləndirilən iddiaların doğru olması qənaətini yaratmaqdan başqa bir şeyə xidmət etmir. Ümid edirik ki, heç olmasa yazı dərc edildikdən sonra universitet açıqlama verəcək. Mövzunu diqqətdə saxlayacağıq. //afn.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
|