Qorxu filmlərini kölgədə buraxan dram .....                     "Ailəni qurmağa nə var ki... Bir dəqiqənin işində toy et" .....                     Ermənilərin puça uğrayan daha bir ümidi... .....                     Sertifikatlaşdırma prosesi .....                     DİN-dən xəbərdarlıq: .....                     İctimai nəqliyyatda köklü islahatlar baş verəcək .....                     Rusiyadakı azərbaycanlıları nə gözləyir? .....                     “Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” .....                     Gürcüstanı onlarla barışdırmağa hazırıq .....                     Daha bir igid oğlumuzu itirdik... .....                     Növbəti pandemiyanı nə yaradacaq? .....                     1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? .....                     Nəsrullahın ölümü Tehrana fürsət yaradıb .....                     Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... .....                     Azyaşlı uşaqlara şiddət tətbiq edənləri .....                     İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb .....                     Renkanın tədbirdə paltarı yandı .....                     Paşinyanın köhnə rəqibi üzə çıxdı .....                     “Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...” .....                     Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… .....                     İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... .....                     AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... .....                     Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub .....                     Qorxu filmlərini kölgədə buraxan dram .....                     İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar .....                     AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” .....                     Nüvə silahı dəyənək deyil .....                     İranda daha bir HELİKOPTER QƏZASI... .....                     "Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..." .....                     İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... .....                     AYNA-nın başbilənləri bu avtobusa minərmi? .....                     Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... .....                     "İsrail Livanda dayanmayacaq" .....                     Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu .....                     İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                 

Gədəbəydə bələdiyyə sədri QOÇULUQ EDİR... - NARAZILIQ!
Tarix: 16-06-2021, 10:06 | Çap et
Gədəbəydə bələdiyyə sədri QOÇULUQ EDİR...
Məlumdur ki, bələdiyyələr qanunla müəyyən olunmuş ərazi hüdudları çərçivəsində yerli özünüidarəetməni həyata keçirən bir qurumdur. Ölkəmizdə fəaliyyət göstərən hər bir bələdiyyənin öz mülkiyyəti, büdcəsi və s. mövcuddur ki, onlar qəbul olunmuş Qanunlar çərçivəsində səlahiyyətlərinə aid çoxsaylı sosial məsələləri müstəqil şəkildə həll etməyə borcludurlar. O da hər kəsə bəllidir ki, bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin olunmaqla ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir. Ölkəmizdə bələdiyyələrin yaranması demokratiyanın inkişafı ilə bərabər, ölkə vətəndaşlarına idarəçilik sahəsində yaradılmış imkanın göstəricisidir. Faktdır ki, vətəndaş cəmiyyətinin əsas atributlarından biri hesab olunan yerli özünüidarə orqanlarını elə təşkil etmək tələb olundu ki, hər kəs öz fəaliyyətində bu qurumun varlığını və zəruriliyini hiss edə bilsin. Bu gün bələdiyyələrin bir çoxu istər dünya, istərsə də yerli təcrübədən yararlanaraq, öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qururlar ki, onlar seçici etimadını doğrulda bilsinlər. Belə bələdiyyələrdən fərqli olaraq Əliyeva Fəridə Çərkəz qızının sədrlik etdiyi Gədəbəy rayonu, Novosaratovka kənd bələdiyyəsi isə, hal-hazırda fəaliyyətini fərqli formada həyata keçirməkdədir. Çünki, bir neçə gün bundan öncə Dəryaz qəzetinin redaksiyasına yerli sakinlər tərəfindən çatdırılan məlumatlardan bəlli oldu ki, Fəridə Əliyeva bir sədr olaraq bu gün üzərinə düşən vəzifəsini öz maraqları çərçivəsində yerinə yetirməklə və yerli sakinlərə çoxsaylı problemlər əmələ gətirməklə məşğul olur. Sakinlərin iddialarına görə, adı çəkilən bu xanım özünü Novosaratovka kəndinin “əlçatmaz, ünyetməz firon”u hesab edir və o, hal-hazırda bir kimsədən olsun belə çəkinmir. Bu bələdiyyə sədrinin əməlləri ilə bağlı aidiyyatı dövlət qurumlarının rəhbər şəxslərinə ünvanlanan şikayətlərin də heç bir nəticəsi olmur. Səbəbi də odur ki,sakinlərin dediyinə görə «Ərəbzəngi» xanım yaxın mövqeyində belə bir xof yaradıb ki, o Cənab Prezidentin Mühafizə Xidmətinin rəisi hörmətli Bəylər Əyyubovun yaxın qohumudur və nə addım atırsa onun razılığı əsasında atır. Ona görə də, çox yaxın vaxtlarda Fəridə Əliyevanın atdığı addımlara qarşı kütləvi narazılıq hissinin daha “pik nöqtə”yə çatacağı və hadisələrin heç də yaxşı sonluqla nəticələnməyəcəyi ehtimal olunan versiyalardan biridir. Məsələn, Gədəbəy rayonu, Novosaratovka kənd sakini Faiq Dəmir oğlu İsmayılov əməkdaşımıza verdiyi açıqlamasında bildirir:

“2016-cı ilə kimi həyətyanı sahəmə aid olan19 sot torpaq sahəsindən əlavə, 6 sot torpaq sahəsindən də istifadə edirdim. Qeyd edim ki, 6 sot torpaq sahəsində 1985-ci ilə kimi Novosaratovka sovxoz təsərrüfatına məxsus tövlə yerləşirdi. Elə ki, həmin ildə tövlənin sökülməsi işləri həyata keçirildi, o halda sovxoz direktorunun qəbulunda oldum və tövlənin yerləşdiyi ərazidən istifadə etmək haqda istəyimi ona bildirdim. Sovxoz direktoru belə bir istəyim haqda məlumatlı olduqda o, buna heç də etiraz etmədi. Ona görə də 1987-ci ildə 6 sot sahəsi olan ərazini daşdan, qumdan və digər alaq otlarından təmizləyib istifadə etməyə başladıq. 1987-ci ildən başlayaraq qeyd olunan torpaq sahəsindən ailəlikcə istifadə etməyimizi Novosaratovka kənd sakinləri Nəsir Sarı oğlu Məmmədov, Vorovyova Mariya Yakovlevna, Bəxtiyar Müseyib oğlu Əliyev və İsrayıl Həsən oğlu Məhərrəmov yazmış olduqları ərizədə qeyd ediblər və onlar həmin ərizəni 22 noyabr 2018-ci il tarixdə Gədəbəy rayon notariat kontorunda da təsdiq etdirmişlər. Yəni, dörd nəfər Novosaratovka kənd sakini öz imzaları ilə təsdiq etdikləri ərizədə qeyd ediblər ki, “Biz qonşular yazıb bildiririk ki, Faiq Dəmir oğlu İsmayılov öz ailəsi ilə birlikdə 1987-ci ildən Novosaratovka kəndində yaşayır və evinin ərazisindəki 0,25 ha torpaq sahəsindən 30 ildir ki, istifadə edirlər. Biz ərizəmizi öz imzalarımızla da təsdiq edirik”. Bildirim ki, 1987-ci ildən 2016-cı ilə kimi həm 19 sot torpaq sahəsinə aid, həm də 6 sot torpaq sahəsinə aid olan vergini tam şəkildə ödəmişik.

2016-cı ildə Novosaratovka kənd bələdiyyəsinin sədri Fəridə Əliyeva, 1987-ci ildən ailəlikcə istifadə etdiyimiz 6 sot torpaq sahəsini heç bir əsas olmadan saxta sənədlər əsasında qonşuluqda yaşayan bir şəxsə satır və həmin şəxs qeyd olunan əraziyə tikinti işləri aparmaq məqsədilə daş, qum töksə də, biz həmin şəxsin belə bir addım atmasına imkan vermədik. Təəccüblü hal odur ki, sədr Fəridə Əliyevanın düzüb-qoşduğu saxta sənədlər əsasında 6 sot torpaq sahəsinə sahib olmaq istəyən həmin şəxs mənə “İndiyə kimi on min xərcim çıxıb, sən on min manat pul ver, 6 sot torpaq sahəsini sənə qaytarım” deyir. İndiyə kimi belə bir problemlə bağlı aidiyyatı dövlət qurumlarına dəfələrlə şikayət ərizələri göndərsəm də, təəssüflər olsun ki, heç bir nəticəsi olmayıb.

Daha biabırçı halın varlığı odan ibarətdir ki, 21 aprel 2016-cı il tarixdə Novosaratovka kənd bələdiyyəsinin sədri Əliyeva Fəridə Çərkəz qızı, Novosaratovka İƏD-si üzrə sabiq icra nümayəndəsi Əliyev Hüseyn Əli oğlu, Novosaratovka kənd bələdiyyəsinin üzvü Paşayev Vüqar Sübhan oğlu akt tərtib edirlər və aktda yazırlar ki, “Novosaratovka kənd bələdiyyəsinin mülkiyyətində olan 6 sot torpaq sahəsinin alqı-satqısı kənd sakini Faiq Dəmir oğlu İsmayılova təklif olunsa da, o, belə bir təklifdən imtina edir. Ona görə də qeyd olunan torpaq sahəsinin başqa bir şəxsə verilməsi məqsədəuyğun bilinmişdir”. Qeyd edim ki, heç zaman mənə belə bir təklif olunmayıb və adı çəkilən şəxslər tərəfindən tərtib olunmuş akt saxta sənəddən başqa bir şey deyil. Çünki, bir daha bildirirəm ki, həmin torpaq sahəsi ilə bağlı mənə heç bir təklif olunmayıb.

Novosaratovka kənd bələdiyyəsinin sədri Fəridə Əliyevanın qol qoyduğu qanunsuzluq əməli ilə başqa bir kənd sakini Nəsibov Məhəmməd Nəsib oğlu da bildirir ki, “2000-ci ildə keçirilən torpaq islahatı nəticəsində beş nəfərdən ibarət ailə üzvlərimizə 1 ha 30 sot əkənək, 1 ha 13 sot isə biçənək sahəsi verildi.


Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 01 mart tarixli 03 saylı qərarı ilə bizim ailə üzvlərinə verilmiş torpaq sahələrinə Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktı da (JN-390: KOD-50500038) əldə etdik.

Qeyd edim ki, Dövlət aktı Qeydiyyat kitabında 390 nömrə ilə də qeydiyyata alındı.Bugünə kimi 1ha 30 sot əkənək sahəsinin 50 sotundan istifadə etsək də, hazırda qeyd olunan torpaq sahəsinin 80 sotundan bələdiyyə sədri və onun bacısıoğlu qeyri-qanuni şəkildə istifadə etməkdədirlər. Həmin şəxslərin 80 sot torpaq sahəsindən qeyri-qanuni istifadə etmələrinə dair məhkəməyə müraciət etsəm də, son anda nəyəsə nail ola bilmədim. Buna da səbəb, Novosaratovka kənd bələdiyyəsinin sədri Fəridə Əliyevanın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları ilə əlbir olması və bunun nəticəsi olaraq adı çəkilən qurum əməkdaşlarının bizə verilmiş torpaq sahəsinin “GPS”lə sərhədlərini müəyyən edib verməmələri olur”.

Sakinlərin iddialarından və əməkdaşlarımızın həyata keçirdikləri çəkilişlərdən bəlli olur ki, Novosaratovka kənd bələdiyyəsinin sədri Fəridə Əliyevanın sədr olduğu ötən illər ərzində, kənd sakinlərinə məxsus örüş-otlaq sahələri ayrı-ayrı şəxslərə satılmış və həmin ərazilərdə fərdi yaşayış evləri, iri ticarət mərkəzləri, ictimai-iaşə obyektləri və s. tikilmişdir. Bu yöndə atılan addımlar həddi-hüdudu bilinməyən qanunsuzluqların baş verməsinə səbəb olsa da, bir kimsə hələ də Fəridə Əliyevaya “qaşın üstə qara var” deyə bilmir. Söylənilənlərə görə Novosaratovka kənd bələdiyyəsi sədrinin “toxunulmaz şəxs”ə çevrilməsinin kökündə, məhz onun “yuxarı eşalon”da vəzifə sahibi olan şəxslərlə sıx bağlılığının olduğu durur.

Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra aidiyyatı dövlət qurumları Novosaratovka kənd bələdiyyəsinin sədri Fəridə Əliyevanın əməllərinə hüquqi müstəvidə hüquqi qiymət verəcəklər. Çünki, bu gün ölkəmizdə baş verən hər bir olay, vəzifə sahibi olan şəxslərin atdıqları addımların hər biri cənab Prezident tərəfindən diqqətdə saxlanılır. Əgər bu gün ölkəmizdə hansı vəzifə sahibi sadə sakinlərə problemlər yaradırsa, rüşvətə və korrupsiyaya qol qoyursa, bir sözlə yürüdülən dövlət siyasətinin əleyhinə çıxırsa, o halda DTX-nın və aidiyyatı üzrə digər qurumun əməkdaşları həmin şəxsə qarşı lazımi addımını atıb, həmin şəxsə necə işləməyin “izahını verirlər”. Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

P.S. Sakinlərin dediklərinə görə bu xanım yuxarıda adı hallanan yüksək çinli məmurun adından istifadə edərək rayonda elə bir xof yaradıb ki, nəinki, əksər icra məmurları, hətda rayon icra hakimiyyətinin başçısı cənab İbrahim Mustafayev belə bu xanıma qaşın üstə gözün var deyə bilmir.

Bu yöndə araşdırmamız davam edəcək.

Mövzu diqqətimizdədir.

Deryaz.az












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Bu gün, 00:05
"Ailəni qurmağa nə var ki... Bir dəqiqənin işində toy et" - Əməkdar artist
Bu gün, 00:04
Ermənilərin puça uğrayan daha bir ümidi... - GƏLİŞMƏ
Bu gün, 00:02
Sertifikatlaşdırma prosesi bizə LAZIMDIRMI?
Dünən, 21:48
DİN-dən xəbərdarlıq: - Nələrə diqqət etməlisiniz?
Dünən, 21:44
İctimai nəqliyyatda köklü islahatlar baş verəcək - YENİ PLAN qapıda...
Dünən, 20:04
Rusiyadakı azərbaycanlıları nə gözləyir? - NƏ BAŞ VERİR?
Dünən, 19:58
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - TƏFƏRRÜAT
Dünən, 19:53
Gürcüstanı onlarla barışdırmağa hazırıq - Lavrov
Dünən, 19:48
Daha bir igid oğlumuzu itirdik... - FOTO
Dünən, 19:44
Növbəti pandemiyanı nə yaradacaq? - ARAŞDIRMA
Dünən, 14:19
1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? - AKTUAL
Dünən, 14:17
Nəsrullahın ölümü Tehrana fürsət yaradıb - İNCƏLƏMƏ
Dünən, 14:11
Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... - Hər bir ssenariyə hazır olmalıyıq...
Dünən, 14:02
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
Dünən, 13:56
İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb - KİV
Dünən, 13:52
Renkanın tədbirdə paltarı yandı - FOTO
Dünən, 12:48
Paşinyanın köhnə rəqibi üzə çıxdı - “Bu, sirr qalsın”
Dünən, 12:42
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
Dünən, 12:09
Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… - GƏLİŞMƏ
Dünən, 12:06
İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... - NARAZILIQ VAR...
Dünən, 11:42
AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... - NƏ ETMƏLİ?
Dünən, 11:34
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Dünən, 11:29
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Dünən, 11:25
İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar - KİV
Dünən, 11:21
AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” - TƏFƏRRÜAT
Dünən, 11:15
Nüvə silahı dəyənək deyil – Putin onu əlində niyə silkələyir?
Dünən, 09:29
İranda daha bir HELİKOPTER QƏZASI... - Yəmən husilərinin İrandakı koordinatoru...
Dünən, 09:23
"Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..."
Dünən, 09:21
İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... - Görünəni odur ki...
Dünən, 09:14
AYNA-nın başbilənləri bu avtobusa minərmi? - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 09:09
Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:54
"İsrail Livanda dayanmayacaq" - rəsmi Ankara
Dünən, 08:49
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Dünən, 03:21
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Dünən, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Dünən, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Dünən, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Dünən, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Dünən, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Dünən, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
28-09-2024, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
28-09-2024, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
28-09-2024, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
28-09-2024, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
28-09-2024, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
28-09-2024, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
28-09-2024, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
28-09-2024, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
28-09-2024, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru