Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin .....                     Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... .....                     Yeni iş tapa bilməyən şəxslər üçün... .....                     `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... .....                     Burda müştərini rəsmən QARƏT EDİRLƏR .....                     Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... .....                     Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... .....                     Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? .....                     Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb .....                     Aqrar sektor niyə sürətlə geriləyir? .....                     Bayden Trampa qədər nüvə savaşı başladacaq .....                     Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram .....                     Gəlirlərin artması üçün yeni yol tapılıb .....                     “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq .....                     Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... .....                     COP29-un tarixi uğuru nə oldu? .....                     Köçəryan sirləri açdı: .....                     Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                 

Vətəndaş qəbulundan yayınma üçün GÖZƏL BƏHANƏ: "Başçı təzə gəlib, hələ heç kimi tanımır..." - Ağsuda NARAZILIQ
Tarix: 4-06-2021, 10:39 | Çap et
Vətəndaş qəbulundan yayınma üçün GÖZƏL BƏHANƏ: "Başçı təzə gəlib, hələ heç kimi tanımır..."
Son zamanlar yerli İcra orqanlarının özbaşınalıqlarından, İcra başçısının yerli sakinlərə qarşı saymamazlıqları, onları qəbul etməməsindən narazılıq edənlər arasında Lerik rayon sakinləri də çoxluq təşkil edirdi.
Sosial mediada yayımlanan məlumatlarda istər yerli sahibkarlar olsun, istər sıravi sakinlər Rövşən Bağırovun idarəçiliyində olan Lerik rayonuna, yaxud sahib olduğu vəzifəsinə deyil, səxsi maraqlarına xidmət etdiyini iddia edirdilər.

Nəhayət ki, 29 aprel 2021-ci il tarixində Lerik rayon sakinlərini sevindirəcək bir fərman imzalandı. Həmin fərmanda Rövşən Bağırovun Lerik rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad olunduğu qeyd edilmişdi.

Amma, eyni tarixdə imzalanmış digər fərmana əsasən isə Rövşən Bağırov Ağsu rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edildi.

Necə deyərlər Cənab Prezident "yandırdı Lerikin çırağını, söndürdü Ağsunun çırağını."

Ağsu rayonu ümumiyyətlə digər yayımlarımızda da qeyd etdiyimiz kimi "başçı sarıdan biraz şanssız rayondur" - desək yanılmarıq.
Bunu deməyə bizə Ənvər Seyidəliyevin, sonra rəhmətlik Vahid Tağıyevin dövründə olan narazılıqlar, daha sonra haqqında bu qədər sakin şikayətləri və narazılıqları olan Rövşən Bağırovun oraya başçı təyin olunması əsas verir.

Əslində Lerik rayon sakinləri "dərindən nəfəs alsa"lar da, Ağsu rayon sakinlərinin yeni başçıya böyük ümidləri var.

Amma, görünən o ki, Rövşən Bağırov "iş prinsiplərini" dəyişmək niyyətində deyil. Yəni, eyni "qayda" ilə Ağsu rayonunda da fəaliyyət göstərməyə qərarlıdır.

Belə ki, yeni vəzifəyə təyin olunmasından cəmi bir ay keçməsinə baxmayaraq, R.Bağırov artıq sakinləri qəbul etmək üçün müavinlərini görəvləndirib.

DogruXeber.az informasiya agentliyinin redaksiyasına Ağsu rayon Zərqava kənd sakini, Qarabağ veteranı Məmmədov Fəyyaz Adıgözəl oğlu tərəfindən müraciət daxil olmuşdur.

F. Məmmədov müraciətində bildirir ki, ailəlidir. 3 azyaşlı övladı var. Özü və həyat yoldaşı işsizdir. Ünvanlı sosial yardım da almır. Beş nəfərdən ibarət ailə 80 AZN-lik təqaüdlə yaşamaq məcburiyyətindədir ki, bu məbləğ də heç kommunal xərcləri ödəmir.

Qeyd: Xatırladaq ki, Fəyyaz Məmmədov bir neçə il bundan öncə də redaksiyamıza işsiz olduğu və yaşamağa evi olmadığı barədə müraciət etmişdi. O zaman Ağsu rayonuna Ənvər Seyidəliyev başçılıq edirdi. Bütün bu problemlər redaksiyamızda dəfələrlə işıqlandırıldıqdan, aidiyyəti qurumların diqqətinə çatdırıldıqdan sonra nəhayət ki, Fəyyaz Məmmədova Dövlət büdcəsi tərəfindən mənzil inşa edildi. Eyni zamanda F. Məmmədov Ağsu Mənzil kommunal təsərrüfat birliyində işlə təmin olunmuşdu.

Lakin, F. Məmmədov bu dəfəki müraciətində bildirir ki, sahib olduğu işindən 15 ay işlədikdən sonra səbəbsiz yerə azad edilib.
Yenidən işlə təmin olunması üçün Ağsu rayon İcra Hakimiyyətinə, Məşğulluq idarəsinə dəfələrlə yazılı və şifahi, həmçinin 3 azyaşlı övladının yaşayışını qismən də olsa təmin etmək üçün ünvanlı sosial yardım almaq barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməsinə baxmayaraq, heç bir nəticə əldə edə bilməyib.

F. Məmmədov bir müddət başçısız qalan rayona yeni İcra başçısı təyin olunan kimi böyük ümidlə üz tutub rayon İcra Hakimiyyətinə. Təəssüf ki, Məmmədovun başçı ilə görüşüb, dərdini danışmaq arzusu ürəyində qalıb. Belə ki, dəfələrlə Rövşən Bağırovun qəbuluna düşməyə çalışsa da buna nail ola bilməyən F. Məmmədov deyir ki, İcra Hakimiyyəti binasının qarşısında hər gün başçı ilə görüşmək istəyən, lakin elə F. Məmmədovun özü kimi bu istəyi daşa dəyən 10-larla sakin toplaşır.

P.S: Vətəndaş müraciətində qeyd olunanlar barədə qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə
İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və hümanitar məsələr şöbəsinin müdiri Mirzəliyeva Sevil Səməd qızı ilə əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, Sevil xanım dəstəyi qaldırmadı.

Daha sonra Ağsu rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vüqar Atakişiyev ilə telefon əlaqəsi saxladıq.

V. Atakişiyev məsələyə belə aydınlıq gətirdi ki: - "Başçı təzə gəlib, hələ heç kimi tanımır. Ona görə qəbulu ləngidir. Qoy camaatı, idarə müdirlərini yaxşı tanısın ki, kimsə müraciət edəndə o idarə müdirini qaldırıb ayağa desin ki, bunu elə. Əsasən buna görədir.
Qəbul olunacaq. Qoy biraz vaxt keçsin."

F.Məmmədovun səbəbsiz işdən çıxarılması barədə gileyinə isə V. Atakişiyev cavab verdi ki:

"Ola bilməz. Yəqin o Nazirlik tərəfindən təqdim olunan siyahıya əsasən müvəqqəti, 1 illik müqavilə ilə işə götürülübmüş. Ola bilsin ki, müqaviləsi bitib deyə işdən çıxarılıb. Siz yenə də idarəyə zəng edin, deyin mətbuata kim baxır, onunla əlaqə saxlayın o sizə deyəcək nədir, nə deyil."

Biz də Vüqar müəllimin "tapşırığı"na əsasən Ağsu rayon İcra Hakimiyyətinin şəxsi internet saytında qeyd olunan telefon nömrəsindən İctimai-siyasi və humanitar məsələlər şöbəsində Baş məsləhətçi İnayətov İzay Məntiq oğlu ilə əlaqə saxlamağa çalışdıq. Lakin, təəssüflər olsun ki, telefona İzay müəllimdən başqa bir neçə şəxs cavab verdi.

Demək, ilk olaraq özünü həmin şöbənin əməkdaşı kimi təqdim edən Zülfiyyə adlı xanım cavab verdi ki:
- "İzay müəllim qonşu otaqda oturur. Amma, hazırda işlə bağlı idarədə deyil."
Elə ağzımızı açıb suallarımızı Zülfiyyə xanıma vermək istəyirdik ki, dəstəyin o biri tərəfində səs dəyişdi. Xanımın səsi, başqa səslə əvəz olundu.

- "Buyurun. Eşidirəm."

Həmin şəxsin kim olduğunu soruşduqda: - "İcra Hakimiyyətinin Baş məsləhətçisi Ümid müəllimdir." - deyə cavab aldıq.
F. Məmmədovun şikayətləri barədə suallarımızı Ümid müəllimdən də soruşduq.

Ümid müəllim cavab verdi ki:

- Bizdə hər gün qəbul var. Başçının öz qəbul günü 5-ci gündür. O günlər qəbul edir.

Vüqar müəllim başçının köməkçisidir. Başçı ilə birbaşa kontaktda olan insandır. O necə deyibsə, elədir.

Sözün açığı məsələnin nə yerdə olduğunu biz bilmirik. Mən yenə də məsələni araşdırım, sabah sizə məlumat verəcəyik."

Ümid müəllim ilə söhbətimizdən az qala bir həftə keçir. Lakin, təəssüflər olsun ki, Ağsu rayon İcra Hakimiyyətindən heç kim nə şikayətçi F. Məmmədovun özü, nə də redaksiyamız ilə hələ də əlaqə saxlamayıb. Bu da Ağsu rayon İcra Hakimiyyətinin mətbuata və yerli sakinlərə hansı münasibətdə olduğunun birbaşa göstəricisidir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56
Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49
Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41
`Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30
Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22
Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17
Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11
Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05
Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11
Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07
Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03
Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru