“80 manatla bilmirəm kommunalı ödəyim, yoxsa qarnımıza yemək alım...” - GİLEY
Tarix: 28-04-2021, 09:30 | Çap et
“27 il əvvəl Ağdərə uğrunda döyüşlərdə sağlamlığımı itirmişəm, müharibə veteranıyam. 27 ildə qapımı döyüb soruşan olmayıb ki, ay veteran, axı sən canını bu vətən üçün fəda eləmisən, nəylə qidalanırsan, necə dolanırsan...”
DİA.AZ xəbər verir ki, Göyçayın Aşağı Qaraməryəm kənd sakini Mehrab Cəbiyevin 45 yaşı var. 1994-cü ilin yanvarında hərbi xidmətə çağırılıb. Həmin ilin aprelində Ağdərə istiqamətində gedən döyüşlərdə hər iki qolundan yaralanıb. Hospitallarda keçdiyi uzunmüddətli müalicələrdən sonra sol qolu bərpa olsa da, sağ qolu fəaliyyətini həmişəlik itirib. Bu üzdən də o vaxtdan əmək fəaliyyətiylə məşğul ola bilmir. Deyir, hazırda ailəyə daxil olan gəlir aldığı veteran təqaüdüdür – 80 manat... Bu pulla isə dolanmaq mümkün deyil. “Çox acınacaqlı vəziyyətdə yaşayırıq. 80 manatla bilmirəm kommunalı ödəyim, yoxsa qarnımıza yemək alım... Ayağımızın altındakı döşəmə betondur, illərdir ki, beton döşəmənin üstündə yatmaqdan xəstəlik tapmışıq. Evin tavanı az qala üstümüzə gəlir, yağış başımıza yağır. Hökumət müharibə iştirakçısına 80 manat təqaüd kəsməklə işini bitmiş hesab edir. Döyüşüncə, yaralanınca vətəndaş hesab olunursan, yaralandın, sağlamlığını itirdin, vəssalam, heç kimə lazım deyilsən...” ,-şikayətçi deyir.
Mehrab Cəbiyev deyir, əlilliyin təyinatı üçün illərdir ki, müraciət etsə də, süründürməçiliyə məruz qalır: “Məni dəfələrlə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yönləndirdilər, hər dəfə stasionar müalicə adıyla orda yatırtdılar. Hər dəfə də TSEK cavab göndərirdi ki, təzədən müalicə təyin olunsun. Hər dəfə də sənədlərdə saxtakarlıq edirdilər, 12 gün stasionar müalicədə olduğum halda sənədə 4 gün qeyd edirdilər, sonra da üzrxahlıq edirdilər ki, guya səhvən olub. 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinə getdim ki, dərdimi nazirə üzbəüz deyim. Nazir qəbul etmədi, güc-bəlayla bir şöbə müdirinin qəbuluna düşə bildim, o da sənədləri aldı, heç üzünə də baxmadı, atdı kənara, dedi, yaxşısı budur qayıt rayona, Məşğulluq Mərkəzinə müraciət elə, dövlət işsizlər üçün məşğulluq proqramları təşkil edib, get qoşul, sənə də qoyundan-inəkdən versinlər, saxla, başını dolandır. Mən də dediyi kimi etdim, qayıdıb Məşğulluq Mərkəzinə müraciət etdim, 2 il keçir, hələ də xəbər yoxdur. Ünvanlı sosial yardım da vermirlər, deyirlər, ayağında pay torpağı var. Bir sözlə, nəfəsimizi hərtərəfli kəsiblər”.
Ötən ilədək ailəni evin 16 yaşlı oğlu əkin sahələrində işləyərək dolandırırmış. Ötən il o da Şirvan gölündə boğularaq həyatını itirib.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən vətəndaşa gələn sonuncu məktubda qeyd olunub ki, Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməsi zamanı əlillik səbəbi barədə məlumat dövlət səhiyyə müəssisələri tərəfindən müəyyən edilmiş göndərişlər əsasında müəyyən olunur. Mehrab Cəbiyev hərbi-həkim komissiyasının travmanın səbəb əlaqəsi barədə qərarı ilə səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə və müalicə olunmalıdır. Göndəriş (forma88) rəsmiləşdirildiyi halda əlillik vəziyyəti adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib müvafiq qərar verilə bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
|