Bəylər Əyyubovun bacısı öz mülkünü yarım milyona Dövlət Sosial Müdafiə Fonduna icarəyə verib - İLGİNC FAKT
Tarix: 12-03-2021, 11:14 |
Çap et
Dövlət Sosial Müdafiə Fondunun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi filialı üçün ofis icarəsi üzrə keçirilən tenderin qalibi elan edilib. Tenderin qalibi Qaze Həsənova adlı vətəndaş olub. Bu, son dörd ayda qadın develeporein dövlət qurumları ilə ikinci uğurlu müqaviləsidir.
Məlumata görə, Qaze Həsənova 3000 kvadrat metr sahəsi olan ofisin icarəyə götürülməsinə görə Əhalinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan 556,2 min manat (327,1 min dollar) alacaq.
Qeyd edək ki, keçən il noyabrın 16-da Dövlət Sosial Müdafiə Fondu ilə Qaze Həsənova arasında 9200 kvadrat metrlik bir ofis sahəsi üzrə bir illik icarə müqaviləsi imzalanmışdı. Əmək pensiyaları, sosial müavinət və ayrı-ayrı kateqoriyalı şəxslərə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin təqaüd, kompensasiya işlərinin mərkəzləşdirilmiş qaydada inventarlaşdırılmasının və arxivləşdirilməsinin həyata keçirilməsi, yerləşdirilməsi üçün ofisin icarəyə götürülməsi xidmətinin satın alınması üzrə müqavilənin dəyəri 993,6 min manat ( $ 584.4 min) idi.
Qaze Həsənovanın bacısı Naze Həsənova da daşınmaz əmlak mülkiyyətçisidir. O, İqtisadiyyat Nazirliyinin tabeliyindəki strukturlardan birinə ofis sahəsi icarəyə verib.
Qeyd edək ki, Qaze və Naze Həsənovalar Azərbaycan Prezidentinin şəxsi təhlükəsizliyinin rəhbəri general Bəylər Əyyubovun bacılarıdır. //turan.az//