Ermənistanda xarici borcun azalması deyil, .....                     Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması .....                     TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib .....                     Rusiya dibə yuvarlanır? .....                     Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil .....                     Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? .....                     Bakının COP29 TÖHFƏSİ... .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, .....                     Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı .....                     Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR .....                     “Başqa xalqların mahnılarını sırıyırlar” .....                     İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat .....                     Şuşa RMX-nin mebel və inventarla təchizatı .....                     Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib .....                     Uşaqpulu buna görə verilmir .....                     Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir .....                     Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir .....                     ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: .....                     Baboşun fanatının başı dərddə .....                     Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq .....                     Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib .....                     Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb .....                     Milli Məclisin plenar iclası başlayıb, .....                     Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” .....                     "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" .....                     İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... .....                     Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə .....                     "Niyə görə məni pensiyaya çıxarmırlar?" .....                     Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var .....                     Naxçıvansayağı təhsil siyasəti... .....                     “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var .....                     “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” .....                     Azərbaycanda DƏHŞƏT: .....                     “Bakı Telefon Rabitəsi” sığortaçı seçib .....                     Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib .....                     Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib .....                     Rusiya ordusu yeni hücuma hazırlaşır .....                 

Balaxanı Əməliyyat Şirkətinin məsul şəxsi belə TƏHLÜKƏ YARADIR - İTTİHAM
Tarix: 1-02-2021, 09:32 | Çap et
Balaxanı Əməliyyat Şirkətinin məsul şəxsi belə TƏHLÜKƏ YARADIR
Paytaxtın Sabunçu rayonunda Nazim adlı şəxs Balaxanı Əməliyyat Şirkətinin (keçmiş Balaxanı Neft-Qaz Çıxarma İdarəsi) Kərəm adlı əməkdaşı ilə əlbir olaraq şirkətin ərazisinə aid torpaqların üstündə fərdi evlər tikib satmaqla məşğuldur. Torpaq işğalçılığı ilə məşğul olan bu çetenin iki qadın üzvü də vardır – Biri elə həmin Nazimin bacısı qızı Aybəniz, digəri isə Balaxanı bələdiyyəsinin sədri Vüsalə xanımdır. Şəhərdən (“Koroğlu” metro stansiyası tərəfdən Sabunçu qəsəbəsinə giriş hissədə (Sabunçu 3 saylı Birləşmiş Şəhər Xəstəxanasının və 311 saylı orta məktəbin yaxınlığında) 15 ildir maklerliklə məşğul olan Nazimin ev alqı-satqısı ofisi də vardır. Həmin həndəvərdə satılası yerlər azaldığından, işğalçı çete yerli sakinlərin uzun illərdir ki, ağac əkərək saldıqları yaşıllığa əl qoymaq qərarına gəliblər. Qeyd olunan ərazidə Nazimin siyasəti ilə məskunlaşan bacısı qızı Aybəniz ekspansiya apararaq yaşıllığı özünün fərdi həyətinə qatmaq niyyətindədir. Bu məqsədlə oradakı ağacların, o cümlədən, üzüm ağaclarının, qızılgül kollarının kəsilməsinə başlanıb. Əvvəlcə ağacların kök üstdən kəsilməsi üçün motorlu mişarlar, sonra da kökündən qoparılması üçün ağır texnika (buldozerlər) işə düşüb. Sakinlər etiraz əlaməti olaraq, yolu kəsməyə çalışıblar və yuxarı instansiyalara şikayət ediblər. Balaxanı Əməliyyat Şirkətinin əməkdaşı Kərəm məsələni sözügedən ağacların guya quruması ilə, şirkətin ərazidə yaxın müddətdə park salacağı planı ilə əlaqələndirib. Amma sakinlərin dəvəti ilə hadisə yerinə gələn Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bu izahla qane olmayıblar. Çünki «qurumuş» ağacların kəsilməsi üçün Nazirlikdən icazə alınmayıb. Sonradan ETSN-nin insident yerinə göndərilmiş qrupunun üzvü Davud müəllimlə telefon əlaqəsi saxlayıb öyrəndik ki, Balaxanı Əməliyyat Şirkətinə cərimə yazılıb və protokol məhkəməyə göndərilib.

İnsidentin baş verdiyi gün redaksiyaya daxil olan məlumat əsasında hadisə yerinə yollanan çəkiliş qrupumuzun üzvləri ilginc video-qeydlər lentə alıblar və sakinlərdən maraqlı informasiyalar öyrəniblər. Məlum olub ki, bələdiyyə sədri Vüsalə xanıma da eyni üsulla, yəni, neft ərazisindən zəbt olunmuş torpaqda fərdi ev tikilib. Yerli özünü idarəetmə qurumuna başqanlıq etməsini əksər sakinlərin legitim hesab etmədiyi 30-35 yaşlı bu gənc xanım heç öz evinin kanalizasiya xəttini də təmin etməyi bacarmayıb. Belə ki, onun, eləcə də qonşularının kanalizasiya boruları hasilatı tükənmiş hesab olunan neft buruqlarının quyularına axıdılır. Uzun müddətdir davam edən bu proses axırda quyuların dolub daşmasına, nəcisin birbaşa torpağın səthinə axmasına səbəb olub. Bildirilir ki, hətta yeraltı neft və qaz qalıqlarının təlatümü nəticəsində bəzi evlərin içindəki sanitar qovşaqlarında da dolub-daşmalar baş verib. Əhalidən torpaq haqqı və digər vergiləri yığmaqda pərgar olan xanım bələdiyyə sədri nəinki qəsəbənin abadlığı, təmizliyi ilə qayğılanmır, hətta öz evinin pəncərəsindən zibilliyə açılan mənzərəni seyr etməkdən də məmnun görünür.

Qeyd olunması vacib digər maraqlı nüans Nazimin bacısı qızı Aybənizin həddən ziyadə özündən razılığıdır. Neft quyularından rezervuarlara gedən 3 ədəd boru Aybənizin yiyələndiyi həyətin altından keçir. Sakinlər jurnalistlərə bildiriblər ki, bu qadın yaşıllığın məhv edilməsinə fəal etiraz edən sakinləri məsxərəyə qoyaraq, onların evlərini daşa basır, üz — üzə gələndə əllərini dodaqlarına dayayaraq hindular kimi səslər çıxarır. Özü də telefonunun video-çaxmağını tətikdə tutur ki, kimsə üstünə acıqlansa, qeydə alıb şərləsin. Ərinin gözünün qabağında elədiyi, qonşu qadınların əsaslı qınaqlarına səbəb olan bu vulqar hərəkətləri ilə sanki onlara demək istəyir ki, “bütün cəhdləriniz əbəsdir, nə edirsiniz-edin, axırda dayım Nazimin və “dostum” Kərəmin istədiyi kimi olacaq”.

Çünki onlar satdıqları torpaq sahələrindən əldə etdikləri pulu tək yemir, yuxarıda qərar tutan nəzarətedici vəzifəli şəxslərlə bölüşürlər. Yəqin ən azı (!) ortaq korrupsiya maraqları olduğuna görə Kərəm də Aybənizin vəkili kimi çıxış edir.

O da bildirilir ki, keçmiş hüquq-mühafizə işçisi Əli Eyvazov Nazimgilin qohumudur, onlara dəstək verib və hələ də himayə etməkdədir.

Ümid edirik ki, məhkəmə Nazim kimi işbazların “bığının altından keçmədən” torpaq zəbt edən kasıb-kusubun başının üstünü tez alan, tikdiklərinin sökülməsini təmin edən yerli hüquq-mühafizə orqanlarından fərqli olaraq, ETSN mənsublarının yazdıqları cəriməni hüquqi qüvvəyə mindirəcək və ödənilməsini təmin edəcək. Hərçənd, bu da çıxış yolu deyildir. O halda bu sualın cavabı açıq qalır: Kimin cərimə ödəməyə pulu var, yaşıllığı məhv etməlidir?
//deryaz.az//

QEYD: DİA.AZ xatəırladır ki, SOCAR rəsmiləri davamlı olaraq neftli ərazilərin qanunsuz olaraq məskunlaşmasının qarşısının alınması məqsədilə tədbirlər görür və bu barədə davamlı şəkildə əhaliyə xəbərsarlıqlar da olunur. Amma indi aydın olur ki, SOCAR-ın xəbərdarlıqlarına uymayanlardan biri elə Balaxanı Əməliyyat Şirkətinin rəsmi şəxsləridir. Hər halda bu fakt SOCAR-ın özünün də diqqətini cəlb etmə
lidir.


İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02
Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00
TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58
Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21
Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17
Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10
Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01
“Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57
Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50
Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44
“Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39
İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35
Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33
Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25
Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22
Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20
Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43
ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27
Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20
Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08
Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06
Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05
Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04
"Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58
İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47
Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45
"Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41
Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38
Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30
“Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22
“Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17
Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12
“Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05
Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48
Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47
Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43
İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42
Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25
Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20
AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19
Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17
Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13
Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09
İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru