Ermənistanda xarici borcun azalması deyil, .....                     Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması .....                     TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib .....                     Rusiya dibə yuvarlanır? .....                     Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil .....                     Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? .....                     Bakının COP29 TÖHFƏSİ... .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, .....                     Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı .....                     Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR .....                     “Başqa xalqların mahnılarını sırıyırlar” .....                     İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat .....                     Şuşa RMX-nin mebel və inventarla təchizatı .....                     Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib .....                     Uşaqpulu buna görə verilmir .....                     Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir .....                     Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir .....                     ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: .....                     Baboşun fanatının başı dərddə .....                     Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq .....                     Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib .....                     Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb .....                     Milli Məclisin plenar iclası başlayıb, .....                     Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” .....                     "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" .....                     İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... .....                     Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə .....                     "Niyə görə məni pensiyaya çıxarmırlar?" .....                     Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var .....                     Naxçıvansayağı təhsil siyasəti... .....                     “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var .....                     “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” .....                     Azərbaycanda DƏHŞƏT: .....                     “Bakı Telefon Rabitəsi” sığortaçı seçib .....                     Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib .....                     Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib .....                     Rusiya ordusu yeni hücuma hazırlaşır .....                 

ATU-nun daha bir əməkdaşı rektordan şikayətçidir - İTTİHAM
Tarix: 28-01-2021, 10:25 | Çap et
ATU-nun daha bir əməkdaşı rektordan şikayətçidir
Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Akif Süleymanovla bağlı “Hürriyyət”də dərc olunan “ATU-da baş verən qanunsuzluqlar son həddə çatıb” sərlövhəli yazıdan sonra redaksiyamıza növbəti müraciət daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Təhsil naziri Emin Əmrullayevə müraciət edən Gəncə şəhər sakini Şirinova Aygün Rafiq qızının məktubunu olduğu kimi dərc edirik:

“Çox hörmətli Mehriban xanım!

Sizdən qadın həmrəylini nəzərə alıb, mənə dəstək olmağınızı, səsimə səs vetməyinizi xahiş edirəm. Mən Gəncədə fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetinin keçmiş əməkdaşıyam. Çoxsaylı şikayət ərizəsi ilə müraciət etməyimə baxmayaraq, bu günə qədər problemimin həllinə nail ola bilmədiyim üçün Sizə yenidən müraciət edirəm.

Mən 2000-ci ildə Gəncə Dövlət Universitetini bitirmişəm. 22.01.2004-cü ildən etibarən Azərbaycan Texnologiya Universitetində kitabxanaçı, 29.12.2019 tarixinədək korrektor vəzifəsində işləmişəm. Ailəliyəm, üç övladım var. İkisi azyaşlıdır. Sizə müraciət etməyimin səbəbi 29.12.2019-cu il tarixində Universitetinin rəhbərliyi tərəfindən səbəbsiz olaraq qərəzli şəkildə işdən azad edilməyimdir.

Əfsuslar olsun ki, Azərbaycan Texnologiya Universiteti fəaliyyətini ”Təhsil haqqında ”Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Qanunu və digər hüquqi-normativ sənədlər əsasında həyata keçirmir.

Belə ki, universitetinin İnsan Kapitalının İdarəetmə Mərkəzinin direktoru Zaur Əliyev mənə və digər işçilərə açıq aşkar şəkildə hədə qorxu gələrək, ”dediyim məzmunda ərizə yazmasanız işdən azad olunacaqsınız, şəxsən özüm turniket kartınızı bağlatdıracam”, – deyərək təkidlə öz iradəmizə zidd 3 ( üç ) və 6 ( altı ) ay müddətinə əmək müqaviləsi bağlanmasına məcbur edib. Mən ali təhsilli, 15 il iş təcrübəsi olan ziyalı, hər hansısa bir özəl müəssisəyə yenicə işə qəbul olunmuş, heç bir təcrübəsi olmayan işçi kimi hər 6 (altı) aydan bir (açıq-aşkar hədələnərək) onların diktə etdiyi məzmunda ərizə yazmağa vadar edilmişəm. İşdən azad edilən xanım iş yoldaşım universitetin hüquqşünası Müşfiq Məmmədova zəng edib etirazını bildirəndə, ”hüquq müdafiəçisi”nin nalayiq söyüşü ilə üzləşdi. Bu barədə fakt da mövcuddur.

Rektor Akif Süleymanov isə “gedin kimə şikayət edirsiniz edin, əlinizdən gələni beş boşqaba çəkin. Məni bura Prezident təyin edib, kimdən kimə şikayət edəcəksiniz”, – deyərək heç kimdən çəkinmədiyini elan edərək, özünü sığortalamaqla məşğul oldu. Düşünməyi, sual verməyi, etiraz etməyi öyrədən müəllimlər bu gün Akif Süleymanovun qarşısında aciz qalıblar.

ATU-da Akif Şamil oğlu Süleymanovun rektorluğu dönəmində kollektiv darmadağın edilib, bir çox ziyalılar, nüfuzlu şəxslər universiteti tərk etmək məcburiyyətində qalıb. Ona görə ki, ATU-da qohumbazlıq, dostluq prinsipi önə çəkilərək kadr təyinatı həyata keçirilir.

Universitetdə sözün əsl mənasında avtoritar idarəçilik sistemi qurulub. Bəli, səhərdən axşamacan öz isti kabinetində mürgü vuran, yuxusunda da rüşvətlə məşğul olan rektorun ”idarəçiliyi” koronavuris bəlasından daha qorxunc və təhlükəlidir.

Universitetdə tələbə və müəllim, eləcə də elmi pedaqoji kadr və köməkçi heyət nisbəti əsla nəzərə alınmır. Əməkdaşlarla əmək müqavilələrinin bağlanması (işə qəbul) , əmək müqaviləsinə xitam (işdən azad olma) , başqa işə keçirilmə haqqında əmrləri gözdən keçirmək üçün nümayəndə göndərsəniz çoxlu sayda qanunsuzluqların şahidi olarsınız. Universitetdə durum demək olar ki, nəzarətdən çıxıb, şəxsi nəzarətə keçib.

Dəfələrlə Akif Süleymanov və onun komandasının çirkin əməlləri və özbaşınalıqları haqqında dövlət qurumlarına rəsmi müraciətlər olunsa da, təəssüflər olsun ki, bu günə qədər heç bir nəticə yoxdur. Əməkdaşların şikayətinə baxılmır. Rektor və komandasının bitib-tükənməz qanunsuzluqlarına etiraz edən hər bir işçi anında onların düşməninə çevrilib, həmin işçi müxtəlif bəhanələrlə təzyiqlərə məruz qalıb, hədə-qorxu gələrək bezdirilib ki, öz xoşu ilə ərizə yazıb işdən getsin və ya digər formada onu işdən azad edilməsi təşkil olunub.

Cənab prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev! Gəncədə fəaliyyət göstərən Azərbaycan Texnologiya Univetsitetinin rəhbərliyi Sizin dəfələrlə məmur özbaşınalığı və rüşvət ilə bağlı etdiyiniz xəbərdarlıqlara məhəl qoymur. Rektor Akif Süleymanov və komandası üçün ”Qanun şah deyil, Şah qanundur !”devizi mövcuddur ki, onlar üçün ”Şah” qeyri- peşəkarlığı ilə seçilən, universiteti məkrli oyunlar yuvasına çevirməklə nüfuzdan düşməsinə səbəb olan Akif Süleymanovdur”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
//“Hürriyyət” qəzeti//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02
Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00
TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58
Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21
Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17
Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10
Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01
“Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57
Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50
Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44
“Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39
İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35
Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33
Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25
Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22
Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20
Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43
ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27
Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20
Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16
Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08
Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06
Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05
Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04
"Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58
İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47
Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45
"Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41
Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38
Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30
“Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22
“Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17
Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12
“Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05
Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48
Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47
Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43
İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42
Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25
Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20
AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19
Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17
Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13
Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09
İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru