“Əmlak Xidmətləri Məkanı” Qarabağ Qazisini dolandırır... - NARAZILIQ!
Tarix: 26-01-2021, 10:08 | Çap et
DİA.AZ: - "Hansı xidmət sektorunun daha çox korrupsiyaya uğradığını müəyyən etmək bağlantılı qurumların, özəlliklə hüquq mühafizə orqanlarının üzərinə düşür. Azərbaycanda xidmət adına vətəndaşların şiddətə uğradılması acı gerçəkdir . Bircə “ASAN xidmət” mərkəzlərində bürokratik əngəllər aradan qaldırıldığından insanlar xidmətdən razıdırlar, amma burada da xidmət haqqının yüksəkliyi və əsassızlığı söz qonusudur". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Daha sonra məqalədə bildirilir: "Eyni zamanda, kommunal xidmətlər sektorunun da zorakı “asanlaşdırılması” ciddi narazılıq yaradır və xidməti nəinki asanlaşdırır, əksinə, süründürməçiliyə yol açır. Təsəvvür edin, NK-nın qərarına əsasən, texniki şərtin hazırlanması pulsuz olsa da, işıq, su, qaz abonentləri zorla “ASAN xidmət”dən texniki şərt almağa yönəldilir və. .. pulsuz verilməli olan şərtə görə elə astronomik məbləğ tələb olunur ki, antikorrupsiya komissiyasına üz tutmaqdan özgə yolun qalmır. Bir qaranlıq məsələ də var, nəyə görə, məsələn, “ASAN xidmət” təşkil olunmayan ucqar dağ bölgəsindən abonenti-istehlakçını kommunal xidmətçilər Bakıya yaxud digər “ASAN xidmət” mərkəzi olan yerə göndərirlər ? Axı , istənilən halda xidmətdən yerində layihə və s. üçün abonenti yenidən həmin bölgədəki xidmət qurumuna göndərirlər? Bu oyunbazlığın başında zavallı vətəndaşdan “ASAN” adına pul qoparmaq durur . Necə deyərlər, ayının min oyunu var, hamısı bir armudun başındadır. Təsəvvür edin, pulsuz verilməli olan şərtə görə, vətəndaş Lerikdən Bakıya , Bakıdan geriyə və bir neçə günlük gecələməyə çəkdiyi xərclə evinə işıq da çəkə bilər, qaz da. Görəsən, vətəndaşlardan xidmət adına pul qoparmağın daha “asan” yolunu fikirləşmək belə çətindir?
Keçmiş ƏMDK yanında “Əmlak Xidmətləri Məkanı”nın açılışı ilə hökumət vətəndaşların əmlak sahəsində xidmətlərlə təmin olunmasını asanlaşdırmaq amacı güdürdü. Di gəl, sözügedən “Məkan” , necə deyərlər, hökumətin ona göstərdiyi yüksək etimadı doğrultmadı. Gerçəkdə, əmlak xidmətlərini “ASAN xidmət”ə vermək gərəkir(di) və daha doğru addım olardı , nəinki kommunal xidmətlər göstərilmə(mə)sini . İndiki yüksək texnologiyalar, kompüter dönəmində kiminsə adına əmlakın olub-olmadığını müəyyənləşdirmək bir neçə dəqiqənin işi deyilmi? Amma “Əmlak Xidmətləri Məkanı”nında bu bir neçə dəqiqəlik iş reqlamentə görə 10 iş gününə başa gəlir, özü də nə az, nə çox, arayışın biri 10,40 manata! (?) Bəli, xidmətin səviyyəsi elə rüşvətə yüksəlib ki, əvvəllər on nəfərlik ailənin adına alınan 4 manatlıq arayış “Məkan”da adambaşı 10, 40 manat hesabı ilə 104 manata başa gəlir! (?) Hələ, üstəlik, ailənin hər bir üzvü özü şəxsən sənədvermə və arayışalma prosesində iştirak etməyə məcburdur. Bəs, məsələn, Murovda xidmət edən əsgər (ailəsi) , yaxud reanimasiyada yatan xəstə ( valideyni ) nə etməlidir ? “Məkan” buna da “əlac tapıb”: ƏSGƏR, XƏSTƏ BİR GÜNLÜYƏ MUROVU , PALATASINI “MƏKAN”A DƏYİŞSİN, YA DA DAĞIN BAŞINDA, REANİMASİYA YATAĞINDA NOTARİAL QAYDADA TƏSDİQ EDİLMİŞ ETİBARNAMƏ VERSİN ! (?) Belə “ağılla” bu xidmətdən nəsə gözləməyə dəyər? Ritorik sual olduğu bir yana, bəs bu boyda NK, Maliyyə Nazirliyi, Tarif Şurası və digər qurumlar , hüquq müdafiə təşkilatları hara baxırlar? Tutaq ki, İqtisadiyyat Nazirliyinin başçısı həm də Tarif Şurasının sədridir, həm də ƏMDK onun başçılığına verilib və həm də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də İqtisadiyyat Nazirliyinin yanındadır axı! Qiyməti qaldıranda, əmlak xidmətlərini çətinləşdirəndə, heç olmasa, bir istehlakçıların hüquqlarının müdafiəsini də eyni rəhbər fikirləşməli deyil?
“Əmlak Xidmətləri Məkanı”nın özbaşınalığı sadaladıqlarımızla bitsə idi, nə vardı ki? Təsəvvür edin,bu sətirlərin yazarından 2019-cu ilin dekabrın ortalarında 52 manat alıb, 2020-ci ilin yanvarın ilk on günlüyündə veriləcəyinə bir kağız parçası veriblər. Amma artıq 2021-ci ilin yanvarın sonudur, hələ də arayış verilməyib. Özü də bir ildir hər 15 gündən bir tələb edilməsinə baxmayaraq. Son 8 ayda İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis əvəzi Nigar xanım Alimova yorulmadan eyni cavabı təkrar edir ki, Bədəlova Nigar xanım arayışını alıb. İndi 8 aydan çoxdur bu rəis əvəzi Nigar xanıma başa salmaq olmur ki , arayış alan Nigar xanımın qazi ailəsinə
aidliyi yoxdur , anlamaq istəmir. Əksinə, ötən ilin iyununda digər arayışların da poçtla göndərildiyini bildirir. Özbaşınalığa baxın, belə çıxır , adi bir arayış 6 aya hazır olub və poçt arabası ata , yoxsa eşşəyə qoşulub ki, hələ də arayış ünvanına çatmayıb?!
Görəsən, “Əmlak Xidmətləri Məkanı”nın yerini “ASAN xidmət”ə dəyişmək niyə çətindir? Təsəvvür edin, DİN məhkumluğun olmaması haqqında arayışı bir neçə dəqiqə ərzində ödənişsiz verilməsini təmin edir , amma ƏMDX vətəndaşın adına əmlak olmaması haqqında arayışı 15 aydır verə bilmir! (?) Arayış verilməməsi bir yana, hələ, üstəlik, aldığı pulu da qaytarmaqdan imtina edən xidmət qurumunun xidməti saxtakarlığına hüquq xidməti qiymət verəcəkmi? Hələ ki, susqunluq hökm sürür..."
İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
|