Akid Çovdarov 525 min dolları ödəməli olacaq... - İLGİNC GƏLİŞMƏ
Tarix: 17-09-2020, 09:36 | Çap et
 Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generallarının işində məhkəmə onlarla işadamının əlindən hədə-qorxuyla pulunun, başqa əmlaklarının alındığını təsdiqləsə də, ziyanın ödənilməsi üçün verilən mülki iddiaların əksəriyyətini təmin etmədi. Zərərçəkmişlərə bildirildi ki, ziyanı tələb etmək üçün özləri mülki qaydada ayrıca iddia qaldıra bilərlər. Həmin zərərçəkmişlərdən biri Zaur İbrahimov keçmiş MTN gerenalı Akif Çovdarovun üzərinə 525 min dollar ödəmək öhdəliyi qoydurub.
Z.İbrahimov mobil telefon, danışıq kartları və kompüterlərin satışıyla məşğul olan "BakTel" MMC-nin rəhbəridir. O iddia edir ki, 2009-cu ildə MTN işçiləri şirkətə basqın edib, sənədləri və əməkdaşlardan birini aparıb axşama qədər saxlayıblar. Şirkətin əməkdaşını buraxıb, onu çağırıblar. Z.İbrahimovun sözlərinə görə, onu nazirlikdə Çovdarov qəbul edərək şirkətin əməkdaşlarından birinin "AyTel-MMM" ilə 550 min dollarlıq borc qalmaqalından qanışıb. Bildirib ki, "Aytel-MMM" keçmiş milli təhükəsizlik naziri Eldar Mahmudova məxsusdur, bu pul ödənilməlidir.
Z.İbrahimov deyir ki, həmin əməkdaşın sözügedən qalmaqala görə məhkəmənin hökmü ilə artıq cəzalandırıldığını desə də, xeyri olmayıb. A.Çovdarov pulun ödənilməsini ondan tələb edib. Əks halda, dələduzluq ittihamıyla həbs olunacağı, rüsvay ediləcəyi haqda xəbərdarlıq olunub. O da 225, 200 və 100 min dollar olmaqla, üç dəfəyə 525 min dolları Çovdarova çatdırıb.
A.Çovdarov isə onun yalan danışdığını bildirib. Onun sözlərinə görə, Z.İbrahimovun müəyyən şəxslərlə biznes problemləri vardı. Bu məsələ ilə əlaqədar onu qəbul edərək həmin şəxslərlə problemlərin aradan qaldırılmasını tövsiyə edib. Amma ondan pul almayıb.
A.Çovdarov haqqında hökmdə isə zərərçəkmişin dedikləri həqiqət sayılıb. Bundan sonra Z.İbrahimov o pulun Çovdarovdan geri alınması üçün hüquqi addımlara başlayıb.
AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, şirkət rəhbəri Çovdarova qarşı iddiasında 525 min dollar maddi ziyanla yanaşı, 50 min manat da mənəvi ziyana görə təzminat tələb edib. Xəzər Rayon Məhkəməsi onun iddiasını təmin edib.
Qərardan A.Şovdarov şikayət verib. Bakı Apelyasiya Məhkəməsi maddi ziyanla bağlı məbləği olduğu kimi saxlasa da, mənəvi ziyana görə təzminatı 500 manata salıb. Keçmiş MTN generalı bundan da Ali Məhkəməyə şikayət verib. Bu günlərdə işə baxan Ali Məhkəmə onun şikayətini təmin etməyib, onun üzərinə 525 min dollar və 500 manat ödəmək öhdəliyi qoyan məhkəmə qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsinə rəhbərlik etmiş A.Çovdarov 2015-ci ilin oktyabrında nazirlikdə keçirilən əməliyyat nəticəsində həbs olunub. Həbs olunanların sayı 20-dən çox olsa da, onların işi bir neçə qrupa bölünüb. Çovdarov tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Ona 12, digər üç nəfərə isə 4 ildən 11 ilə qədər həbs cəzası verilib.
2015-ci ilin dekabrında MTN ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.
Həbs olunan keçmiş MTN-çilərin əksəriyyəti, o cümlədən, A.Çovdarov azadlıqdadır. Çovdarov 2020-ci ilin aprelində prezidentin imzaladığı əfv sərəncamıyla azadlığa buraxılıb.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|