"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                     Azərbaycanlı müğənnnilərin .....                     Ölkəmizin iqlim diplomatiyasında uğuru .....                     Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? .....                     Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... .....                     "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: .....                     Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir .....                     Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi .....                     Rusiya son sutkada 8 ballistik raket vurub .....                     Güzəştli kreditlərə hamının "əli çatırmı"? .....                     Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? .....                     Trampın Qarabağla bağlı dedikləri... .....                     Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir? .....                     Xırdalanın abadlaşdırılması 2 milyon manata .....                     “2 gün mən, 2 gün də saxta həkimlər...” .....                 

Hacıqabulda melorasiya fırıldaqları... - İTTİHAM
Tarix: 10-08-2020, 09:20 | Çap et
Hacıqabulda melorasiya fırıldaqları...
HTQ və mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması məqsədilə ayrılan 241 200 manatın aqibətini kimdən soruşmalı? Azərbaycanda torpaq-iqlim şəraiti və mövcud olan su potensialı suvarılan torpaq sahələrinin 4 milyon hektara qədər artırılmasına imkan verir. Lakin bu sahədə hələ də bir sıra ciddi problemlər öz həllini tapmadığı üçün mövcud su potensialından səmərəli istifadə olunmadığı halda suvarılan sahələrin genişləndirilməsini həyata keçirmək daha çox resurs itkisinə yol açar. Qeyd edək ki, Azərbaycanın 32 milyard kubmetr su potensialı var. Bunun da 60-70 faizi İran, Gürcüstan və Ermənistandan nəql olunur. Qalanı isə ölkə daxilində formalaşır. Azərbaycanın su resursu istehlak tələbatından 10 dəfə çoxdur. Lakin problem ondan ibarətdir ki, su potensialından səmərəli istifadə olunmur. Başqa ölkələrdən fərqli olaraq Azərbaycanda yağış suyu yığılmır.

Digər ölkələr yağan yağış sularını və çaylarda su bolluğu yaranan zaman onun bir hissəsini xüsusi anbarlara yığırlar. Yay vaxtı ehtiyac yarananda ondan suvarma, yaxud içməli su kimi istifadə edirlər. Baxmayaraq ki, anbarlar var, amma onların əksəriyyətində məmurlar balıqçılıqla məşğuldur. Fermerlərə həmin göllərdən su mənbəyi kimi istifadə etməyə imkan verilmir. Əvvəllər istifadə olunan coxlu sayda təsərrüfat daxili anbarlar isə uzun müddət təmir edilmədiyi üçün sıradan çıxıb, yararsız hala düşüb. Su itkisinin yaranma səbəbi su kanallarında sovet dövründən təmir-bərpa işlərinin aparılmaması, nəticədə sızmaların yaranmasıdır. Sızmaların yaranması ətrafdakı əkin sahələrində bataqlıq yaradır, şoranlaşmaya gətirib çıxarır.

Sudan qənaətlə istifadə olunmaması da səbəblər sırasındadır. Köhnə qayda ilə aparılan primitiv selləmə suvarma bitkinin normal qidalanmasına və havalanmasına imkan vermir. Uzun müddətdir ki, su təsərrüfatını yaxşılaşdırmaq məqsədi ilə beynəlxalq maliyyə institutlarından kredit və qrant şəklində külli miqdarda maliyyə vəsaitləri əldə edilir. Bundan əlavə, dövlət büdcəsindən bu istiqamətə maliyyə ayrılır. Lakin bu sahədə vəziyyət heç də yaxşılaşmır, əksinə, ölkənin suvarma suyuna olan ehtiyacı ödənilmir. BİA.az-a daxil olan məlumatlara görə, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin tabeliyində olan bir sıra idarə və müəssisələrdə özbaşınalıq hökm sürür. Və buna görə də fermerlər ciddi problemlərlə üzləşmək məcburiyyətində qalırlar.

Həmin idarələrdən biri də Hacıqabul rayon Suvarma Sistemləri İdarəsidir. Qeyd edək ki, bu idarə Hacıqabul rayonu yarandığı dövrdən fəaliyyət göstərir. Rayon ərazisində yerləşən suvarılan kənd təsərrüfatı təyinatlı torpaqları suvarma suyu ilə təchiz edir. Rayon suvarma sistemləri idarəsi əkinlərin suvarılmasını 3 mənbə vasitəsilə həyata keçirir. Bunlar Kür çayı, Pirsaatçay su anbarı və başlanğıcını Mingəçevirdən götürən Yuxarı Şirvan kanalıdır. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, idarənin rəisi İbrahim İbrahimov fermerləri yox, ancaq özünü fikirləşir: «Hacıqabul rayonunda suvarma suyu ilə bağlı çox böyük problemlər yaşanmaqdadır. Əkin sahələrinin yetərli hissəsi susuzluqdan məhv olub gedib. Bu isə vətəndaşların maddi itki ilə üzləşməsinə gətirib çıxarır. İdarənin rəhbərliyi və əməkdaşları işlərinin öhdəsindən layiqincə gələ bilmirlər, işlərinə məsuliyyətsiz yanaşırlar. Nasos aqreqatları, elektrik mühərrikləri, hidrotexniki qurğular, hidropostlar və nasos stansiyaları bərbad vəziyyətdədlir.

İdarə rəisi sənəd üzərində hər il bu qurğuları «təmir» etdirir. Lakin heç bir təmir işləri görülmür. O sənəd üzərində bu işləri həyata keçirməklə külli miqdarda vəsaiti havaya buxarlandırır. Sudan istifadə birliklərinin mövcudluğu isə nəzərə çarpmır. Hacıqabul Suvarma Sistemləri İdarəsinin rəhbərliyinin yardımından əlini üzən fermerlər öz vəsaitləri hesabına sahələrini suvarırlar. Bu idarə sanki İbrahim müəllimin ata-baba mülküdür. O idarənin balansındakı texnika və qurğulardan şəxsi məqsədləri üçün yararlanır».

Araşdırmalar nəticəsində öyrəndik ki, Hacıqabul Suvarma Sistemləri İdarəsi üzrə cari təmir materialları, HTQ və mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması məqsədilə ayrılan vəsait təyinatı üzrə istifadə olunmayıb. Deyilənə görə, idarə rəisi ASC-dəki vəzifəli şəxslərdən biri ilə «anlaşaraq» həmin vəsaitlərin böyük hissəsini «silib». Başqa bir məlumata görə, uzun müddətdir idarə rəisi işləyən İbrahim İbrahimov ötən illərdə bir sıra əyri yollara baş vurmaqla şəxsi maliyyə imkanlarını xeyli genişləndirib.

Mənbəmizin iddiasına görə, bu gün SSİ-də çoxsaylı problemlər tüğyan edir, kütləvi narazılıq hissi baş qaldırır. Baş verənlər bir daha onu söyləməyə əsas verir ki, şəxsi maraqlarını daim öndə tutan idarə rəisi İbrahim İbrahimov , bu gün atdığı addımları ilə yeni-yeni problemlər yaratmaqdadır. Qurmudakı xoşagəlməz durumun varlığı haqda məlumatları xəbər portalımıza çatdıran mənbə iddia edir ki, Hacıqabul rayon SSİ-nin rəisi vəzifəsini daşıyan İbrahim müəllimin xarakterik xüsusiyyəti, əksər hallarda büdcədən ayrılan vəsaitlərin mənimsənilməsinə geniş imkanlar da açır. Belə bir səbəb üzündəndir ki, idarədə hər ay mənimsəmələrə, israfçılığa və digər çoxsaylı qanunsuzluqlara qol qoyulur. Adı çəkilən quruma rəhbərlik edən İbrahim İbrahimov isə, məhz problemlərin varlığını Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyindəki şəxslərlə bağlayır və müəyyən mənada ittihamlarını da səsləndirir. Məsələn, çox zaman iş başında tapılmayan idarə rəisi bəzi problemlərin varlığına münasibət bildirərkən onu da vurğulayır ki, “biz nə etməliyik, dörd aydan çoxdur ki, maaş almırıq. Əhməd Əhmədzadə heç bir halda bizi düşünmür. Bir tərəfdən ölkə rəhbəri cənab İlham Əliyev “sahibkarlara köməklik göstərin, problemlərinin həllinə çalışın, narazılıq hissinin əmələ gəlməsinə şərait yaratmayın” deyə, lazımi tapşırıqlarını verir. Digər tərəfdən problemlərimiz aşıb-daşır. Belə olan halda idarəmizin dərdi də, problemləri də olacaq” deyir.

Bəli, səslənən ittihamlar İbrahim İbrahimova məxsus olduğundan, hələlik səslənən ittihamlarla bağlı nəsə deyə bilmərik. Amma, deyəcəyimiz o olacaq ki, bu gün o, idarəyə verilən yanacağa, sürtkü yağlarına, texnikalara aid detallara, avadanlıqlara, hətta bəzi işçilərin əmək haqlarına və s. “əl də qoyur”. Yeli mənbənin iddiasına görə, hal-hazırda idarənin balansında olan texnikaların əksəriyyəti yararsız haldadır. Buna da səbəb, məhz həmin texnikalara verilən ehtiyat hissələrinin, müxtəlif detalların müəyyən müddət ərzində “itbata” salınması olur. Çünki, köhnə ehtiyat hissələri yarasız olur, təzə ehtiyat hissələri isə köhnələrlə əvəzlənmir. Belə bir halın varlığı da, durmadan çoxsaylı problemlərin əmələ gəlməsi ilə nəticələnir. Məlumatlı mənbə onu da iddia edir ki, suvarma suyuna ehtiyac olan vaxtlarda kanallar təmizlənmir, alaq otları, lil və s. kanalları ağuşuna alır. Yerli sahibkarlar kanalların təmizlənməsini tələb etdikdə, dərhal İbrahim müəllim bildirir ki, “bizim texnikaları tərpətməyə ixtiyarımız yoxdur. Çünki, Əhməd Əhmədzadənin müavini Zakir müəllim “mənim icazəm olmadan texnikalar tərpənə biməz” deyə tapşırığını verib” deyir. İbrahim İbrahimovun daha çox SSİ-nə ayrılan yanacağı mütəmadi satdırması, bu gün onu əməlli-başlıca sayılıb-seçilən vəzifə sahiblərindən birinə də çevirib. Belə bir səbəb üzündəndir ki, adı çəkilən şəxs hal-hazırda bölgədə imkanlı şəxslərindən biri hesab olunur. Atılan addımlar sahibkarlığın inkişafına əngəl olmaqla bərabər, eyni zamanda ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıqlarla ziddiyyət təşkil etməkdədir. Bütün bunları nəzərə alsaq o halda sual da oluna bilər ki, tabe olduğu qurumun rəhbər şəxslərini daim ittiham edən və büdcə vəsaitlərini şəxsi maraqlarının həlli naminə “həzmi-rabedən” keçirən İbrahim İbrahimova niyə “dur” deyilmir? Deməli, torbada “qara pişik” var! Yoxsa... Bütün bunlardan əlavə, əməkdaşlarımızın əldə etdikləri digər məlumatlara görə şəxsi təsərrüfatların sahibləri də iddia edirlər ki, SSİ-nin əməkdaşları yerlərdə suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında bir çox qanunsuzluqlara yol verirlər ki, bu da, ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olur.

Həmçinin idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, görüləcək işlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsinə də qol qoyulur. İdarənin balansında olan texnika və bir çox avadanlıqların köhnəlməsi adı ilə, onların balansdan çıxarılaraq satılması nəticəsində külli miqdarda pul vəsaitılərinin əldə olunduğu da iddia olunur. Həmin texnika və avadanlıqların yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə külli miqdarda xərc bahasına başa gəlir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində həmin avadanlıqlara texniki xidmətin göstəricisi də çox aşağı səviyyədədir.

Növbəti yazımızda adıçəkilən məmurun biznesi və qaranlıq tender əməliyyatları barədə söhbət açacağıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Bu gün, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Bu gün, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35
Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32
Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25
Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21
Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru