Ermənistanın ədliyyə naziri niyə istefa verib? .....                     BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər .....                     "Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" .....                     İrəvandan sülh açıqlaması: .....                     Milli Məclis komitələrinin tərkibi bəlli olub .....                     Sulduzda türkcə kitablar paylandı .....                     “Payonix” BOKT-nin Müşahidə Şurasına sədr təyin edilib .....                     Fəsil dəyişdi, havalar soyuyur: mövsümi xəstəliklərdən necə qorunaq? .....                     NAXÇIVANDA İQTİSADİYYATI TARİXÇİYƏ TAPŞIRDILAR .....                     Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib .....                     Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib .....                     Naxçıvanda yeni dələduzluq növü: NAZİR təyin olunmuşam... sənə iş verəcəm... .....                     "Bəli, Dədə Ələsgər solaxay olub" .....                     "Bank kartından 1100 manat pulu öz kartımıza köçürdük" .....                     Naxçıvanda atəşkəsin pozulması, Azərbaycan və Türkiyəyə verilən mesajlar... .....                     “Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir? .....                     Ərdoğanın əli havada qala bilər .....                     Qarşıda yeni hədəflər durur .....                     İran Zəngəzur məsələsində mövqeyinə yenidən baxmalıdır .....                     "Tək məni yox digər qadınları pis vəziyyətə qoyub" .....                     "Ermənistan çalışır ki, Azərbaycanı təxribatlara çəksin" .....                     “Hizbullah” İsraildən necə qisas alacaq? .....                     “Kəbin kəsmək üçün pul almaq dələduzluq, pul vermək rüşvətdir” .....                     Paşinyanın separatçılarla bağlı yeni planı: .....                     Vidadi İsgəndərli öldü .....                     Sahil Babayevin nazirliyinin OFİS YEYİNTİSİ .....                     Vasif Talıbovun dövründə yarımçıq qalmış tarixi məscidin bərpasına başlanılır .....                     AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq etdi .....                     Rusiyanın ən varlılarının sərvəti ilin əvvəlindən 31 milyard dollar artıb .....                     Xankəndini bir də belə görün .....                     "Anam belə dünən bilib... .....                     Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər .....                     Məhkəmə MÜƏMMASI .....                     "Müxalif qüvvələrin əksəriyyəti mübarizəni inkar üzərində qurublar" .....                     Müəllimlər Günü ilə bağlı məktəblərdə PUL YIĞILIR... .....                     “Aqrar Tədarük və Təchizat”a yeni sədr təyin edilib .....                     Pezeşkian Zəngəzurdan NİYƏ DANIŞMIR Kİ? .....                     Sahib Məmmədova müşavir TƏYİN EDİLDİ .....                     Yağış, qar yağacağı, şimşək çaxacağı ehtimalı var .....                     Qaradağda Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirildi .....                 

Cahangir Hacıyev Ermənistan büdcəsi qədər vəsaiti mənimsəyib - 3 milyard dollar
Tarix: 21-09-2018, 10:32 | Çap et
Cahangir Hacıyev Ermənistan büdcəsi qədər vəsaiti mənimsəyib
Məlum olduğu kimi, “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevə qarşı cinayət işi davam etdiriləcək. Gələn ay, oktyabrın 14-də Beynəlxalq Bankın keçmiş sədrinin cinayət işi üzrə məhkəmənin yekunlaşması və onun 15 illik həbs həyatının ikinci ili tamam olacaq. Təbii ki, növbəti mərhələdə davam etdiriləcək məhkəmə istintaqının yekununda sabiq bankirə əlavə iş verilib-verilməyəcəyi bəlli olacaq, bu öz yerində.
Bilməyənlər üçün xatırladım ki, Cahangir Hacıyev indiyədək yalnız bir epizodda mühakimə olunub və 15 il həbs cəzası alıb. Lakin onun üzərində hələ xeyli cinayət işləri var – çirkli pulların yuyulmasından mənimsəməyə qədər…

Beynəlxalq Bankdakı mənbələrdən aldığım məlumata görə, məhkəmə işinin iki il əvvəl başa çatan birinci mərhələsində Hacıyev bankın 90 milyon manatadək vəsaitini “VİP” kartlar vasitəsilə şəxsi ödənişlərinə, sürdüyü lüks həyata sərf edərək taladığına görə müttəhimlər kürsüsündə oturmuşdusa, bu dəfə söhbətin milyonlardan yox, ümumilikdə 4 milyard manatdan yuxarı mənimsəmədən gedəcəyi gözlənilir.

İndiyədək mətbuatda belə bir fikir formalaşmışdı ki, istintaq araşdırmaları “Beynəlxalq Bankda Cahangir Hacıyevlə qudası Eldar Mahmudovun qurduğu ”hörümçək toru"nu tam açmaqda acizdir.

Ancaq hökümdən iki il keçəndən sonra ona qarşı olan cinayət işinin davam etdirilməsi, konkret olaraq Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülməsi onu deməyə əsas verir ki, deyəsən bu dəfə istintaq C.Hacıyevin birbaşa göstərişləri əsasında heç bir təminat olmadan, sənədləşmə aparılmadan xaricdə səpələnən kreditlərin izinə düşüb.

Mənbənin bildirdiyinə görə, Hacıyev Rusiya, Qazaxıstan, Albaniya, qondarma “Abxaz Respublikası”, Dubay, və digər yerlərdə ənənəvi energetika və tikinti sahələri ilə yanaşı, yeni “innovativ” layihələrə, şou-biznesə, yalançı xeyriyyəçiliyə, hətta xaricdə “Kral Klubu”n yaradılması kimi “kreativ” layihələrə “maraq” göstərib.

Hacıyevin irəli sürülən ittihamlardan biri də onun qondarma “Abxaz Respublikası”na pul yatırmasıdır. Fikrimcə, separatizmdən neçə illərdi əziyyət çəkən Azərbaycanın dövlət bankının regionda strateji partnyoru olan Gürcüstanın separatçı bir vilayətinə investisiya yatırmasının aidiyyəti dövlət qurumlarının diqqətindən yayınması ayrıca müzakirə olunmalıdır.

Mənbənin məlumatına görə, Beynəlxalq Bankın nizamnamə kapitalının qohumların, sürücülərin xadimələrin, bağbanların adına kreditlər rəsimləşdirməklə süni şəkildə artırılması, bankın Müşahidə Şurasının qərarlarının icra olunmaması, əvəzində isə İdarə Heyətinin qərarları əsasında rəsimləşdirilərək 1 milyard manatdan çox vəsaitin ölkədən çıxarılması və talanması, 2007-ci ildən bankın likvidliyinin itirilməsinə baxmayaraq xaricdə lobbi işlərinə, xüsusiylə özünün yüksək imicinin formalaşdırılmasına milyonlarla dolların xərclənməsi, mükafatların alınması növbəti məhkəmə araşdırmalarının əsas mövzuları olacaq.

Mənbənin məlumatına görə, mükafatlara və fəxri adlara xüsusi düşkünlüyü olan sabiq bankir hər il bunun üçün bir-neçə milyon xərcləyirmiş. Beynəlxalq Bank dövlətə məxsus olduğundan, adətən bu bankın reytinq dərəcəsi də beynəlxalq qiymətləndirmədə həmişə ölkənin reytinqinə uyğun olaraq yüksək olurdu. Və sabiq bankir də bundan sui-istifadə edərək özünü hər yerdə Qafqazın ən böyük bankının rəhbəri kimi təqdim edirdi.

Adi vətəndaşın Beynəlxalq Bankdan bir-neçə min manat kredit alması üçün həftələrlə get-gələ salındığı, kredit alamaq şansının faktiki olaraq mümkünsüz olduğu halda C.Hacıyev şəxsi sürücüsünə, xidmətçisinə milyonlarla dollar kredit yazdıraraq dövlət bankının xəzinəsini amansıscasına talayıb.
Bu ilin yanvarında onun ən yaxın adamlarından hesab olunan Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub. İstintaqın versiyasına görə, E.Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bank işi üzrə əsas fiqurlarından biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır.

E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə E.Sadiq “MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib. Maraqlıdır ki, elə yanvar ayında hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri, C.Hacıyevin qudası və biznes şəriki Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayevi də Qazaxıstanda saxlayaraq, Bakıya gətiriblər.
Beləliklə, C.Hacıyevə yeni yeni ittihamlar səslənir və sabiq bankirin dövlət vurduğu ziyanlar üzə çıxır. Doğrudur, hökumətin restrukturizasiya planı baş tutdu və nəticədə Azərbaycan dövləti 3 milyard dollarlıq borcla əlavə yükləndi. Bu isə təbii ki, balaca məbləığ deyil və Ermənistanın dövlət büdcəsinin xərclərindən belə çoxdur. 2018-ci ildə Ermənistanın dövlət büdcəsinin xərcləri 1 trilyon 465 milyard dram olub - təxminən 3 milyard dollar. Bu vəsaitlə Ermənistanın həm təhsil, həm səhiyyəsi, həm dövlət strukturları və ən başlıcası isə erməni ordusu maliyyələşir. Ancaq C.Hacıyevin dəstəsi bundan artıq vəsaiti ofşorlara daşıyaraq mənimsəyiblər.

Bir az öncə isə C.Hacıyevin siyasi dustaq elan edilməsi ilə bağlı məlumatlar dövriyyəyə buraxıldı. Bəzi hüquq müdafiəçiləri guya onun yalnız E.Mahmudovun qudası olması ilə bağlı qəzəbə tuş gəlməsini iddia edirdi. Halbuki C.Hacıyev E.Mahmudovdan 7 ay tez işdən azad edilmiş və haqqında cinayət işi açılmışdı. Yalnız London Ali Məhkəməsinin məlum qərarından sonra həmin hüquq-müdafiəçiləri “sakitləşdi”.

İndi düşünmək sadəlövlük olardı ki, Cahangir Hacıyevin bacısı vasitəsi ilə ölkə prezidentinə silsilə müraciətləri, guya ailələrinin təqib olunması (baxmayaraq ki, onun ailəsi İngiltərədə yaşayır), bir manatı belə mənimsəmədiyi barədə “səmimi etirafları” onun vəziyyətini yüngülləşdirəcək. Çünki, Cahangir Hacıyev və dəstəsi təkcə Azərbaycanın maliyyə və bank sektoruna ağır zərbə vurmayıb, ölkənin bütün iqtisadiyyatı, cəmiyyət, hər bir vətəndaş onun əməllərindən hələ uzun müddət əziyyət çəkəcək, verdiyi vergilərdən onun götürdüyü və mənimsədiyi vəsaitlərin borcunu ödəniləcək.
Qadir İbrahimli,
iqtisadçı
\\modern.az\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın ədliyyə naziri niyə istefa verib? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 15:36
BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər
Bu gün, 15:33
"Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" - QALMAQAL
Bu gün, 15:32
İrəvandan sülh açıqlaması: - "Danışıqlar dalana dirənib"
Bu gün, 15:20
Milli Məclis komitələrinin tərkibi bəlli olub
Bu gün, 15:18
Sulduzda türkcə kitablar paylandı
Bu gün, 15:00
“Payonix” BOKT-nin Müşahidə Şurasına sədr təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:58
Fəsil dəyişdi, havalar soyuyur: mövsümi xəstəliklərdən necə qorunaq? - AÇIQLAMA
Bu gün, 14:56
NAXÇIVANDA İQTİSADİYYATI TARİXÇİYƏ TAPŞIRDILAR – Sədr seçə bilməyən Naxçıvan Ali Məclisində daha bir absurd qərar qəbul olundu
Bu gün, 14:51
Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib - SƏRƏNCAM
Bu gün, 14:44
Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib - FOTO
Bu gün, 14:40
Naxçıvanda yeni dələduzluq növü: NAZİR təyin olunmuşam... sənə iş verəcəm... - TƏFƏRRÜAT
Bu gün, 14:30
"Bəli, Dədə Ələsgər solaxay olub" - Cavid Qurbanovdan REAKSİYA
Bu gün, 14:14
"Bank kartından 1100 manat pulu öz kartımıza köçürdük" - Qız adı ilə tanış olub quldurluq etdilər
Bu gün, 14:10
Naxçıvanda atəşkəsin pozulması, Azərbaycan və Türkiyəyə verilən mesajlar... - Görünəni odur ki...
Bu gün, 14:05
“Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir? - “Üz-gözü silikonlu aktrisalar Nəsibə Zeynalovanı əvəz edə bilməz”
Bu gün, 14:02
Ərdoğanın əli havada qala bilər – “Qordi düyünü”nü açmaq cəhdi
Bu gün, 14:00
Qarşıda yeni hədəflər durur - MƏQALƏ
Bu gün, 13:59
İran Zəngəzur məsələsində mövqeyinə yenidən baxmalıdır - BAŞQA YOLU YOXDUR...
Bu gün, 13:56
"Tək məni yox digər qadınları pis vəziyyətə qoyub" - Plastik cərrah Vüsal Abullayevdən ŞİKAYƏT
Bu gün, 13:54
"Ermənistan çalışır ki, Azərbaycanı təxribatlara çəksin" - deputat
Bu gün, 13:52
“Hizbullah” İsraildən necə qisas alacaq? -“Nezavisimaya qazeta”
Bu gün, 13:35
“Kəbin kəsmək üçün pul almaq dələduzluq, pul vermək rüşvətdir” - İlahiyyatçı sərt danışdı
Bu gün, 13:32
Paşinyanın separatçılarla bağlı yeni planı: - Babayanı hərəkətə gətirdilər
Bu gün, 13:29
Vidadi İsgəndərli öldü - 2 gün əvvəl yaşadığı evdə...
Bu gün, 13:27
Sahil Babayevin nazirliyinin OFİS YEYİNTİSİ - Onlarla ofis icarəsinə... MİLYONLAR AXIDILIR!
Bu gün, 13:23
Vasif Talıbovun dövründə yarımçıq qalmış tarixi məscidin bərpasına başlanılır
Bu gün, 13:18
AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq etdi - VİDEO
Bu gün, 13:14
Rusiyanın ən varlılarının sərvəti ilin əvvəlindən 31 milyard dollar artıb – “Bloomberg”
Bu gün, 13:12
Xankəndini bir də belə görün - VİDEOREPORTAJ
Bu gün, 13:05
"Anam belə dünən bilib... - Heç kimə demədim"
Bu gün, 13:02
Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər - FOTO
Bu gün, 12:57
Məhkəmə MÜƏMMASI – Həkimlər niyə həmişə “haqlı” ÇIXIRLAR?
Bu gün, 12:52
"Müxalif qüvvələrin əksəriyyəti mübarizəni inkar üzərində qurublar" - Eldəniz Quliyev
Bu gün, 12:45
Müəllimlər Günü ilə bağlı məktəblərdə PUL YIĞILIR... - Məktəblərə XƏBƏRDARLIQ OLUNDU
Bu gün, 12:42
“Aqrar Tədarük və Təchizat”a yeni sədr təyin edilib - ƏMR
Bu gün, 12:40
Pezeşkian Zəngəzurdan NİYƏ DANIŞMIR Kİ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:34
Sahib Məmmədova müşavir TƏYİN EDİLDİ - FOTO
Bu gün, 12:32
Yağış, qar yağacağı, şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:30
Qaradağda Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirildi
Bu gün, 12:27
Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb
Bu gün, 12:25
Müharibə riski artır: 3 maddə razılaşmadan çıxarılıb... - Proses pozuldu
Bu gün, 12:14
“Azera Holdinq”də yeni təyinat - FOTO
Bu gün, 12:11
Vahid Ələkbərovun sərvətinin dəyəri açıqlandı
Bu gün, 12:08
"Elmar Qasımov maaşlarımızı gecikdirirdi, pulları həyat yoldaşının adına yazırdı" - Sığorta şirkətinin direktorunun məhkəməsi
Bu gün, 12:03
Tanınmış aktrisa bacısını itirdi
Bu gün, 12:01
Əlillik dərəcəsi ala bilmir, müalicəsi üçün BÖYRƏYİNİ SATIR... - "...qanunsuz olaraq imtina cavabı verilir"
Bu gün, 11:59
Yens Stoltenberq NATO-nun Baş katibi vəzifəsini tərk edib
Bu gün, 11:46
Zay məhsulu satmaları bir yana... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:42
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi - MƏQALƏ
Bu gün, 11:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru