Eldar Mahmudov onu problemlər bataqlığından niyə çıxarmır? - GƏLİŞMƏ
Tarix: 19-09-2018, 09:09 | Çap et
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sabiq rəhbəri Cahangir Hacıyevin həbsdə aclıq aksiyasına başladığı bildirilir. Məlumata görə, Cahangir Hacıyev ona təzyiqlərin artmasına etiraz edir. “Son vaxtlar Cahangir Hacıyevə qarşı münasibətlər daha da sərtləşib. Qanunsuzluq baş alıb gedir. Ailə üzvləri ilə görüşməyə imkan verilmir, telefon danışığı hüququndan məhrum edilib. Hətta onun üçün aparılan yeməyin qəbuluna da qadağa qoyulub. O da özünə qarşı qanunsuzluqlara etiraz olaraq, aclıq etmək qərarına gəlib. Adamı ən adi hüquqlarından da məhrum ediblər” - deyə, Cahangir Hacıyevin yaxınları AzadlıqRadiosuna bildiriblər.
“Yeni Müsavat” Cahangir Hacıyevin ailə üzvlərinə və vəkillərinə müraciət edərək son durumla bağlı açıqlama almaq istəyib. Lakin telefon zənglərimiz cavabsız qalıb.
Penitensiar Xidmət isə təcridxanada C.Hacıyevin təzyiqlərlə üzləşməsi, hüquqlarının pozulması barədə deyilənləri qəbul etmir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov deyib ki, başqa məhkumlara münasibət necədirsə, Cahangir Hacıyevlə də o cür davranılır: “Bizim üçün onun digər məhkumlardan fərqi yoxdur. Hamıya necə, ona da elə. O da daxili intizam qaydalarına əməl etməlidir. Qanunvericilikdə məhkumlar üçün nə qədər görüş, telefon danışığı nəzərdə tutulubsa, o da o qədər istifadə edir”.
Mehman Sadıqov əlavə edib ki, Cahangir Hacıyev aclıq etsəydi, yəqin ki, Penitensiar Xidmətin bundan xəbəri olardı.
2015-ci ilin dekabrında həbs edilən Cahangir Hacıyev mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və başqa əməllərdə suçlanaraq, 15 il azadlıqdan məhrum edilib. Ancaq o, ittihamları qəbul etmir.
Cahangir Hacıyevdən sonra da Beynəlxalq Bankın ətrafında qalmaqallar bitməyib. Ötən il Azərbaycan Beynəlxalq Bankı 3 milyard 300 milyon dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Bundan sonra onun öhdəlikləri dövlətə ötürüldü. (Restrukturizasiya kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir). Cahangir Hacıyevə qarşı yeni cinayət işi bu faktla bağlıdır. Cahangir Hacıyev yenə də külli miqdarda mənimsəmədə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Həbsdəki bankir ABB-nin Moskva filialındakı yeyintilərlə bağlı dindirilib. Cahangir Hacıyevin bankın pulunu öz şəxsi mənafeləri üçün mənimsədiyi iddia olunur. Hazırda istintaq bankdakı sənədlər və pul köçürmələri əsasında araşdırmanı davam etdirir.
Əvvəlki istintaq işdə Cahangir Hacıyevin 2001-2015-ci illərdəki fəaliyyətini araşdırıb. Sonradan iş məhkəməyə göndərilib və bununla bağlı ittihamedici hökm çıxarılıb.
“Yeni Müsavat” bu ilin martında sabiq bankirə qarşı yeni ittihamlarla bağlı yazı dərc etmişdi. “Cahangir Hacıyev yenidən istintaqa cəlb edilir - ”Hörümçək toru" əməliyyatı" (http://musavat.com/news/cahangir-haciyev-yeniden-istintaqa-celb-edilir-horumcek-toru-emeliyyati_509050.html) sərlövhəli yazıda ABB-dən “buxarlanmış” pullarla bağlı qeyri-rəsmi və rəsmi üsullarla axtarşların davam etdirildiyi haqda məlumat verilirdi.
Həmin yazıdan sitat: “Beynəlxalq Bankda Cahangir Hacıyevlə qudası Eldar Mahmudovun qurduğu ”hörümçək toru"nu tam açmaq mümkün olmayıb. Bu səbəbdən Cahangir Hacıyevlə bağlı istintaqın bitdiyini demək olmaz. Yada salaq ki, bu ilin yanvarında onun ən yaxın adamlarından hesab olunan Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub. İstintaqın versiyasına görə, Emin Sadiq Cahangir Hacıyevin və Beynəlxalq Bank işi üzrə əsas fiqurantlardan biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır. E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə Emin Sadiq “MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib. Maraqlıdır ki, elə yanvar ayında hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri, C.Hacıyevin qudası və biznes şəriki Eldar Mahmudovun ortaqlarından biri Sahib Ağayevi də Qazaxıstanda saxlayaraq, Bakıya gətiriblər. İqtidarın C.Hacıyevə olası qəzəbi bunlarla da bitmir. Məlumdur ki, London Ali Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin könüllü restrukturizasiyası çərçivəsində Rusiyanın dövlət bankı olan “Sberbank” və “Franklin Templeton İnvestment Management Limited” şirkətinin (FTİML) banka qarşı iddialarını təmin edib.
Restrukturizasiya Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilərək 2018-ci ilin 30 yanvar tarixində yekunlaşmalı idi. Ali Məhkəmənin sənədlərinə əsasən, moratorium məhkəmənin qərarı olmadan kreditorlara ABB və ya onun əmlakına qarşı hər hansı bir tələb irəli sürməyə və ya bu tələbi davam etdirməyə icazə vermir. ABB öhdəliklərin restrukturizasiya müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etsə də, “Sberbank” və FTİML London məhkəməsinin 18 yanvar tarixli qərarını əsas gətirərək buna qarşı çıxıb. Ekspertlərin sözlərinə görə, məhkəmə iddiaları üzündən restrukturizasiya planı baş tutmasa, 3,3 milyard dolları Azərbaycan hökuməti ödəməyə məcbur olacaq".
ABB ilə bağlı daha bir bəd xəbər qonşu Gürcüstandan gəlib. 2007-ci ildən fəaliyyətdə olan ABB Gürcüstan nümayəndəliyinin də ləğv olunması prosesi başlayıb. Artıq Gürcüstanın Milli Bankı “ABB Gürcüstan”a ləğvedici göndərib. “ABB Gürcüstan” bu vaxta qədər özünü ləğv etmə rejimində olub və bir neçə ay ərzində portfel şirkət tərəfindən idarə olunub. Hazırda bankda 100 min lari ödənilməmiş kredit və müştərilərin hesablarında tələb olunmayan depozitlər qalıb. “ABB Gürcüstan” artıq podratçı şirkət seçərək iş adamı Vano Çxartişvilinin ailəsinə (3 mln. lariyə yaxın) və səhmdarlarına öhdəliklərini ödəyib. ABB Gürcüstan və Rusiya bazarlarını tərk etmək barədə qərarı bu ilin martında qəbul edib. Bu qərardan sonra Cahangir Hacıyev Rusiya nümayəndəliyindəki maxinasiyalarla bağlı ittihamlarla üz-üzə qalıbsa, onun Gürcüstan nümayəndəliyi ilə bağlı da istintaqçıların suallarını cavablandırmaq zorunda qalacağı gözləniləndir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|