Oqtay Şirəliyevin bazara çevirdiyi səhiyyə sistemimiz... - Burada bir nömrəli problem nazir problemidir...
Tarix: 27-07-2018, 10:54 | Çap et
Müasir görünüşlü, ən son tibbi aparatlarla təchiz olunmuş xəstəxanalarda və poliklinikalarda can verən Azərbaycan səhiyyəsi sanki bir nəfərin girovuna çevrilib. Bu sahəyə rəhbərlik etdiyi müddət ərzində səhiyyənin evini yıxan, onu rüşvətin, korrupsiyanın tüğyan etdiyi bazara çevirən O.Şirəliyevin rəhbərlikdə qaldığı hər gün böhranı daha da dərinləşdirir, səhiyyə sistemini uçuruma sürükləyir. Haqqinda həyacan siqnalı çalınan, artıq gülüş hədəfinə çevrilən səhiyyə sistemində isə dəyişikliklərə gedilmir. Hər gün qəzetləri, elektron informasiya vasitələrini düzgün müəyyən olunmayan diaqnozlar, yanlış cərrahi müdaxilələr, səhv təyin olunan müalicə kursları nəticəsində həyatından məhrum olanlar, öz doğmalarını itirənlər, ömürlük şikəst qalanlar barədə tükürpədici, ürək ağrıdan məlumatlar verir. Hətta elə gün olmur ki, gündəlik həyatda bu tip faktlarla qarşılaşmayasan. Hər birimiz mətbuatdan olmasa belə, öz yaxınlarımızın, doğmalarımızın, ya da tanışlarımızın başına gələn lazımsız və səviyyəsiz müayinə, yeni xəstəliklərə rəvac verən müalicə hadisələrini eşidirik. Yüzlərlə özəl və dövət tibb müəssisəsinin olduğu bir məmləkətdə ölkə vətəndaşlarının mütləq əksəriyyəsi xarici ölkələrə üz tutur. Etimadsızlıq o həddə çatıb ki, hətta dərman preparatları da xəstə yaxınları tərəfindən xaricdən alınır. Öz maddi durumlarının səviyyəsinə görə imkanlı təbəqə Avropa ölkələrinə, orta təbəqədən olanlar Rusiya və Türkiyəyə, yoxsulluq içində çabalayan əksəriyyət isə İrana pənah aparır. Müvafiq strukturlar, xüsusilə də Səhiyyə nazirliyi özünü görməməzliyə, eşitməməzliyə vurmaqda davam edir. Səhlənkarlıq kimi qələmə verilən, əslində mahiyyətcə cinayət xarakteri daşıyan möhtəkirlik xüsusiyyətlərini özündə inkişaf etdirən səhiyyə sisteminə rəhbərlik edənlərin günahsız insanların qətliamına reaksiya verməməsi, hüquq-mühafizə orqanlarınınsa formal cinayət işləri açaraq, bir müddətdən sonra həmin işləri cüzi cəzalarla bağlaması günümüzün acı reallığıdır. Azərbaycan səhiyyəsi heç vaxt olmadığı kimi bərbad durumdadır. Azərbaycanda xüsusən özəl tibb müəssisələrində qanunsuzluq baş alıb gedir. Xarici ölkədə diş həkimidir, gəlib Bakıda ginekoloq işləyir və çox geniş miqyasda reklam olunur. Azərbaycanda səhiyyənin səviyyəsi yüksək olsaydı, bütün məmurlar ölkə səhiyyəsinə etibar edərdi. Tez-tez eşidirik ki, prezidentin himayəsi ilə hansısa aktyor, müğənni, jurnalist və digər sahələrin nümayəndəsi müalicəyə göndərilib. Bir qayda olaraq bu adamların müalicəsi xaricdə həyata keçirilir. Digər tərəfdən xaricdən gələn həkimlər öz profillərinə uyğun işləmirlərsə, diş həkimi ginekoloqluq edirsə, bu da səhiyyə nəzarətinin olmaması ilə bağlıdır. Deməli, əhalinin sağlamlığına, təhlükəsizliyinə heç bir zəmanət yoxdur. Rubrika.Az bildirir ki, O. Şirəliyev Azərbaycan səhiyyəsini çıxılmaz bir labirintə salıb. Burada yalnız pulun və yenə də pulun iradəsi hökmranlıq edir. Səhiyyəyə ayrılmış vəsaitlərin talanması adi hal alıb. Tez-tez şahidi oluruq ki, təcili tibbi yardım maşınlarında insan əvəzinə tikinti materialları, mal-heyvan daşınır. Çox gülməli və faciəvi durumdur: pambıqçıları daşımaq üçün təcili yardım maşınından istifadə olunur, o da qəzaya düşüb insanları şikəst edir. Biz bilirik ki, minimal pul vəsaitinə görə insanlar vaxtlı-vaxtında müalicə ala bilmir. Ona görə də, bu vəziyyətdə vətəndaşların vəziyyətini asanlaşdırmaq üçün icbari sığorta işə düşməli idi. Bütün sivil dünyada illərdi tətbiq olunmuş sistem – icbari tibbi sığorta Azərbaycanda işləmir. Baxmayaraq ki, tibbi sığorta haqqında qanun 1999-cu ildə təsdiq olunub, icbari tibbi sığortanın tədbiqi Konsepsiyasının təsdiq edilməsi barədə sərəncam 2008-ci ildə verilib, Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə yalnız 9 il sonra – 2017-ci ildə başlanıb. Xəstə ayağın əvəzinə sağ ayağın kəsilməsi olayı səhiyyəmizin köklü müalicə üsullarının yeni formasıdır. Nazirlərin anoloqsuz inkişaf ölkəsinin xəstəxanalarını qoyub xaricdə müalicəyə üz tutması səhiyyə sisteminin tənəzzülünə tam aydınlıq gətirən nümunədir. Görəsən, vətəndaşların hər gün qarşılaşdığı, haqqında yazdığımız bu nöqsanları Səhiyyə Naziliyi və şəxsən Oqtay Şirəliyev görmür? Azərbaycan səhiyyəsini nüfuzdan salan, vətəndaşlarımızı məyus edən bu acınacaqlı vəziyyət çoxmu davam edəcək? O. Şirəliyev ölkə səhiyyəsini nə vaxta qədər şəxsi qazanc mənbəyi hesab edərək istədiyini edəcək? Səhiyyə sisteminin “nazir xəstəliyi” sağalmayınca bu suallara cavab çətin ki, tapıla.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|