Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib .....                     Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib .....                     Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib .....                     Azərbaycan Milli Konservatoriyasına yeni rektor .....                     Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? .....                     Ermənistan silahlanır .....                     Kredit götürmək çətinləşəcək? .....                     Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır .....                     Ermənistan uğrunda son savaş .....                     Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." .....                     Saleh Məmmədovun rəhbərlik etdiyi qurum .....                     Putinin DƏNİZ QORXUSU... .....                     Həyatımızı kabusa çevirən dönərlər .....                     Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir .....                     “Sərxan” Bakıdakı canilərdən daha pisdir? .....                     Müəmmalı "minimum" istehlak səbəti... .....                     "Şiva yayı" Qafqazı hədəf alır: .....                     Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi .....                     Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı .....                     Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb .....                     "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm .....                     Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb .....                     Bu, Əliyevin qələbəsidir .....                     Mənfi obrazına görə nifrət qazanan AKTYOR: .....                     “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” .....                     Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb .....                     İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi .....                     Arabir leysan olacaq .....                     "Ermənistan bu üç şərti qəbul etməsə…" .....                     Paşinyan ad çəkdi, kütləvi istefa başladı .....                     Tibbi qurum 4,6 milyon manatlıq tenderinin .....                     "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..." .....                     Göydə bircə ovuc "tüstü"sü qaldı... .....                     Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı .....                     Naxçıvanın dizini belə yerə gətirirlər... .....                     "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... .....                     Xüsusi təyinatlılar Kurskda: .....                     “Böyüklər” qitələri nizamlaya bilmirlər .....                     Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır .....                     AMB BOKT-larla bağlı son iki qərarını şərh edib .....                 

Ağsuda başçıya etiraz VAR - ŞİKAYƏT
Tarix: 23-05-2017, 09:45 | Çap et
Ağsuda başçıya etiraz VAR
Redaksiyamıza Ağsu rayonu Çaparlı kənd sakini Ramil Kərimov tərəfindən şikayət daxil olub.
Şikayətçi Bolgexeber.com -a bildirir ki, atası Nadir Kərimov 6 övladını evdə qoyaraq, vaxtilə könüllü olaraq Qarabağ döyüşlərində iştirak edib. İndi həyatda olmasa da, Nadir Kərimov yəqin ki ailəsinin başına gələnləri görsə, ürəyi tab gətirməzdi.
Ramil Kərimovun anası yataq xəstəsidir, bacısı boğaz uru(zob) əməliyyatı keçirib və hal-hazırda da müalicəsini davam etdirməyə məcburdur.
Şikayətçinin həyat yoldaşı isə böyrək çatışmazlığından əziyyət çəkir, qardaşı 2-ci qrup əlildir.

"Suyun içində yaşayırıq. Sağlam adam belə bu evdə bir gün yaşasa, xəstəlik tapar!"

Kərimovlar ailəsi yardım istəmək üçün dəfələrlə Ağsu RİH-nə müraciət etsələr də, hər dəfə mənfi cavab alıb geri qayıdıblar. İcra başçısı Ənvər Seyidəliyev müxtəlif uydurmalarla bu ailəni qəbul etməkdən boyun qaçırır. Artıq şikayətçi ailə nə edəcəyini bilmir.

"Ağsu rayonu demək olar, Seyidəliyevlərindi. Hamsının altında bahalı maşını, böyük villaları var. Amma aztəminatlı, həm də 4 nəfər xəstəsi olan ailəyə yardım əlini uzatmır!"

Ramil Kərimov iddia edir ki, Ağsu RİH-də Memarlıq və Tikinti şöbəsinin müdiri Xanlar Hüseynov və digər icra nümayəndəsi Rasim adlı şəxs şikayətçini qovaraq "hara istəyirsən şikayət elə, onsuz da bizim səlahiyyətimizdə deyil bu məsələlər" deyirlər.

"Ənvər Seyidəliyevin qohumu Altay bəy aldığımız sosial yardımın ləğv olunması üçün çalışdı və axırda buna nail oldu. İndi sosial yardım da ala bilmirik. Bəs biz neyniyək? Dərdimizi kimə deyək?!"

Ramil Kərimov son çıxış yolunu yalnız Prezident Adminstrasiyasına müraciət etməkdə görür: "Başqa cür alınmır. Evdə 4 xəstə var, evə su damır. Belə şəraitdə xəstə saxlamaq olar? Çox vaxt artıq özüm xəstəlik tapıram bu evdə. Gedib şikayətimi bildirəcəm prezident İlham Əliyevə, belə qanunsuzluq törədən icra başçısı haqqında bir ölçü götürülsün. İnanırsınız, hətta bir müddət əvvəl ailəlikcə intihar etməyi belə planlaşdırmışdıq. Fikirləşirdik ki, birdəfəlik canımızı qutararıq bu əzab-əziyyətdən!"- deyə Ramil Kərimov bildirib.
Bolgexeber.com olaraq məsələ ilə bağlı münasibət öyrənmək üçün Ağsu RİH ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən çox gülməli cavab gəldi: "Biz hal-hazırda prezidentin sərəncamına əsasən, pambıq yığımına nəzarətlə məşğuluq. Kiminsə şikayətini dinləməyə vaxtımız yoxdu. Nə vaxt boş vaxtımız olar, onda da gələrlər, problemlərini deyərlər, amma indi olmaz."
İcra Hakimiyyətinin bu qədər işçisi olduğu halda sadəcə pambıq yığımına bu qədər enerji sərf etməsi maraqlı məqamlardandır. Bununla yanaşı, başqa bir cümlə diqqəti çəkir- vaxtımız olanda. Struktura əsasən, İcra Hakimiyyətinin vaxtı sakinlərin şikayətlərinin dinlənməsi və həlli istiqamətində müvafiq tapşırıqların verilməsi ilə keçməlidir. Ancaq Ənvər Seyidəliyevin və işçilərinin başı pambıq yığımına o qədər qarışıb ki, çətin vəziyyətədə yaşayan bu ailəyə kömək etməyə vaxt tapmır.

Məsələ ilə bağlı Ağsu rayonuna ezam olunan əməkdaşlarımız Ramil Kərimovla görüşüblər.
Şikayətçi qeyd edib ki, müraciətdən sonra Ağsu RİH-dən şikayətimizlə məşğul olunacağına dair söz versə də, hələ heç kəs gəlmiyib:
"Şəkillərdən də gördüyünüz kimi, hansı şəraitdə yaşayırıq. Daha bu vəziyyətə dözmək olmur. Evdəki xəstələrin durumu getdikcə pisləşir. Evimiz artıq yaşanılması çətin formaya düşüb. Belə getsə, ailəmlə birlikdə İcra Hakimiyyətinin qabağına gəlib özümüzü yandıracağıq. Bəsdir, bu qədər dözdük. Biz inanırıq ki, cənab prezident bu məsələyə laqeyd yanaşmayacaq və bizim harayımıza cavab verməyən Ənvər Seyidəliyev haqqında müvafiq tapşırıqlar verəcək." - deyə Ramil Kərimov bildirib.
Qeyd edək ki, 2 ay öncə də məhz bu şikayətlə bağlı Ağsu rayonuna ezam olunan əməkdaşlarımız başçının müavini İqbal Mikayılovla görüşmüşdülər və İqbal Mikayılov bildirmişdi ki, qısa müddət ərzində bu problem həll olunacaq.
Lakin bu dəfə əməkdaşlarımız nə qədər cəhd etsələr də nə Ənvər Seyidəliyevi, nə də onun müavini İqbal Mikayılovu yerində tapa bilmədilər.

Qeyd etmək lazımdır ki, 1 ay əvvəl keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev çıxışı zamanı icra başçılarını sərt tənqid etmişdi. Onları vətəndaş-məmur münasibətlərində diqqətli olmağa çağırmışdı:
"İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək".

Ümid edirik ki, Ənvər Seyidəliyev bu yazıdan nəticə çıxaracaq və sözügedən ailəyə lazım olan köməkliyi göstərəcək. Əks təqdirdə, çox güman ki, vəzifəsini itirmək təhlükəsi ilə üz-üzə qalacaq.

Qarşı tərəfi dinləməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45
Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43
Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42
Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07
Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05
Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01
Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58
Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50
Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49
Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48
Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20
Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15
“Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00
"Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58
Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20
Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16
"Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13
Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08
Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05
Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03
“Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53
Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46
İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42
Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33
"Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24
Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22
Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18
"“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12
Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05
Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55
Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51
"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47
Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43
“Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36
Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34
AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33
Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28
Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24
Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20
"Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13
Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12
Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07
Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05
Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55
Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru