Əbülfəs Qarayevin işçisinə ittiham var... - İLGİNC
Tarix: 25-04-2017, 09:00 | Çap et
İmişli rayon Mədəniyyət və Turizm şöbəsində baş vermiş və dəyəri yüz min manatlarla ölçülən həmin korrupsiya faktında İmişli rayonu üzrə Maliyyə idarəsinin rəisi Rəhim Rəhimovda sorğulanacaq.
Prezidentin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında müvafiq Sərəncamından sonra, Kürdəmir, İmişli, Füzuli, Beyləqan və Xocavənd rayon mədəniyyət və turizm şöbələrinin bazasında yaradılan Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin İmişli rayonu üzrə şöbəsinin rəisi Süleyman Bəşirov bir müddət əvvəl korrupsiya faktına görə vəzifəsindən uzalaşdırılsa da, hələ ki, proses davam edir. Xatırladaq ki, Süleyman Bəşirovun rəhbərlik etdiyi bu quruma 1 mədəniyyət sarayı, 7 mədəniyyət evi, 1 şəhər və 26 kənd klubu, mərkəzləşdirilmiş kitabxana sistemi, 63 kənd kitabxana filialları, rayon tarix-diyarşünaslıq muzeyi, Heydər Əliyev muzeyi, Dövlət rəsm qalereyası, Uşaq musiqi məktəbi, Uşaq incəsənət məktəbi, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı daxildir. Göründüyü kimi qurumun nəzdində dövlət büdcəsindən maliyyələşən kifayət qədər təşkilat fəaliyyət göstərir. Nəzərə alsaq ki, adları yuxarıda qeyd edilən həmin qurumların hər birində bəlli sayda əməkdaş çalışır, bundan başqa büdcədən müxtəlif təyinatlı ayrılmalar olur, o zaman Süleyman Bəşirovun “iqtisadi islahatlarının” miqyası daha aydın görünər. Məsələnin ən qəribə tərəfi isə yüz min manatlarla dövlət vəsaitini məhz dövlət görəvindən istifadə etməklə mənimsəyən şəxs hələ ki, həbs edilməyib.
İmişlidəki mənbədən Conflict.az-a daxil olan məlumatda bildrilir ki, ötən həftənin cümə gününüdən Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Emin adlı əməkdaşı məhz İmişli Mədəniyyət və Türizm şöbəsindəki korrupsiya faktını araşdırmaq məqsədilə rayona ezam edilib. Mənbənin verdiyi məlumatda bildrilir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşının İmişli Mədəniyyət və Türizm şöbəsindəki korrupsiya faktını araşdırarkən işçilərə ünvanladığı ilk sualı Süleyman Bəşirov tərəfindən ştata salınan “ölü canlar”və “aylıq ödəmələr”lə bağlı olub. Məlumatı verən mənbə onu da əlavə etdi ki, əslində hər kəs hər şeyi tam aydınlığı ilə bilsə də, lakin kimsə “ağ qarğa” obrazında olmamaq üçün yeganə çıxış yolunu ənənəvi “bilmirəm”də görür. O da qeyd edilir ki, İmişli rayon Mədəniyyət və Turizm şöbəsində baş vermiş və dəyəri yüz min manatlarla ölçülən həmin korrupsiya faktında İmişli rayonu üzrə Maliyyə idarəsinin rəisi Rəhim Rəhimovda sorğulanacaq.
Conflict.az-a daxil olan məlumtda qeyd edilir ki, Samir Şərifovun Maliyyə naziri təyinatından sonra bir dəfə belə yoxlanılmayan İmişli rayonu üzrə Maliyyə İdarəsində də əslində Süleyman Bəşirovun əməllərindən xəbərdar olublar. Belə ki, istər bir müddət əvvəl rayon Mədəniyyət Sarayının yenidən təmiri zamanı bu məqsədlə ayrılmış dövlət vəsaitinin Süleyman Bəşirova məxsus hansısa kiçik müəssisəyə köçürülməsi və nağdılaşdırılaraq mənimsənilməsindən, istərsə də həmin işlərin görülməsi üçün təmir – tikinti materiallarının alınması zamanı İmişli rayonu üzrə Maliyyə İdarəsinin rəhbərliyi, o cümlədən də Rəhim Rəhimov məlumatlandırılmalı idi.
Əvvəla məlumatlandırılmasa belə cənab Rəhim Rəhimov rəhbərlik etdiyi qurum tərəfindən ayrılan dövlət vəsaitinin sonrakı taleyi ilə bağlı özünün qanunla müəyyən edilmiş formada məlumat almaq imkanları var idi. Yox əgər İmişli rayonu üzrə Maliyyə İdarəsinin rəisi bu imkanlarından istifadə etməyibsə, ən azı həmin ərazidən keçərkən belə dövlət müəssisəsinin hansı vəsaitlə təmir edilməsi ilə maraqlanmalı idi. Əgər İmişli rayonu üzrə Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimov Conflict.az-a bu suallarla bağlı cavab vermək istəsə, biz onun da fikirlərinə hörmətlə yanaşaraq, mütləq dərc etməyə hazırıq. Və əlavə olaraq cənab Rəhim Rəhimova bir sual da ünvanlamaq istəyirik: Əgər İmişli Mədəniyyət və Turizm söbəsi ötən illər ərzində İmişli rayonu üzrə Maliyyə İdarəsinə bu idarə tərəfindən ayrılan məhz dövlət vəsaitinin doğru - düzgün xərclənməsi ilə bağlı sənəd təqdim edibsə, bəs nədən Süleyman Bəşirov məhz korrupsiya faktına görə görəvindən alınıb? Və ya nədən məhz korrupsiya faktına görə istintaq hərəkətləri başlayıb və bir neçə aydır ki, uzanır? Bəyəm baş vermiş proses o qədərmi mürəkkəb idi ki, hətta hüquq – mühafizə orqanlarının müvafiq idarələri belə onu açmaqda acizdirlər? Nədən illərlə İmişli Mədəniyyət və Turizm şöbəsinin nəzdində fəaliyyət göstərən təşkilatların balansında olan binalar çayxana kimi fəaliyyət göstərəndə İmişli rayon İcra Hakimiyyəti, İmişli rayonu üzrə Maliyyə İdarəsi, İmişli rayon Prokurorluğu və s. bu məsələyə münasibət bildirmirdilər? Görəsən İmişli sakinlərinə mədəni – maarifləndirici xidmət göstərməli olan həmin müəssisələrin balansında olan binaların çayxana kimi fəaliyyət göstərmələri ilə bağlı heçmi adları yuxarıda sadalanan qurumlara məlumat daxil olmayıb? Bəlkə olub, amma... Və ya nədən İmişli rayonu üzrə Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimov Mədəniyyət və Turizm şöbəsinin nəzdində fəaliyyət göstərən qurumlardakı təmir – tikinti işləri zamanı çalışan fəhlələrlə əmək müqaviləsinin bağlanıb – bağlanmaması ilə maraqlanmayıb? Bu qurumdakı “ölü canlar”ı araşdırıb tapmaq üçün mütləqmi Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşının İmişliyə ezam edilməli idi?
Görəsən İmişli rayonu üzrə Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimov İmişli Mədəniyyət və Turizm şöbəsinin nəzdində fəaliyyət göstərən qurumların balansında olan və çayxana kimi fəaliyyət göstərən müəssisələrə avadanlıq və inventarların, dəftərxana ləvazimatlarının lazım olmadığını bilmirmişmi? Maliyyə naziri Samir Şərifov tərəfindən bütün qanunsuz hərəkətləri bağışlanaraq yenidən görəvinə dönən Rəhim Rəhimovun rayon ərazisində fəaliyyət göstərən təşkilatların şişirdilmiş smetalarından “xəbəri olmayacaqdısa” o zaman gözlər məhz nazirə, yəni Samir Şərifova dikilir. Sonuncu dəfə kənd klublarında hansısa filmin nümayiş olunduğu ilə bağlı məlumatı olan varmı? Və ya bu klublarda fəaliyyət göstərməli olan dərnəklər, müxtəlif formatlı yaradıcılıq kursları fəaliyyət göstərirmi? Ümumiyyətlə kənd klublarının belə münasibətlərdən dolayı təyinatı üzrə fəaliyyət göstərmələri mümkündürmü?
Mövzuya qayıdacağıq.
Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərində mövqeyini dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
|