Tibb sektorunun “mogikanı”: .....                     Ermənistan parlamenti .....                     Flora Kərimova Afətin üzrünü qəbul etmədi: .....                     Nazirlik dörd məktəbdə təmir işləri üçün 1 milyon manat ayırdı .....                     Xalq artistinin açıq-saçıq geyimdə .....                     “Paşinyan Qarabağ ermənilərinə xəyanət etdi” .....                     AZAL “AerCap” şirkətindən 6 yeni A320neo və A321neo təyyarəsini əməliyyat lizinqinə götürür .....                     Lavrov Polad Bülbüloğluna Putinin verdiyi ordeni təqdim etdi .....                     Bölgələrdə güclü külək əsəcək .....                     Nəsimi rayonunda 12 kiloqram narkotik vasitə aşkarlanıb .....                     "Krokus" terrorunda ittiham olunanlar bir-birinin əleyhinə ifadə verir .....                     "İnstapower" işində YENİ DETALLAR .....                     Tehran, ABŞ və İsrailin birgə "raket şousu" .....                     Bakının bu məktəbində fiziki məhdudiyyətli uşaqlar pula satılır .....                     AMEA prezidentinə yeni müşavirlər təyin olunub .....                     Bayden Paşinyanı niyə dəstəkləyir? .....                     Vüqar Zeynalov özünü HAKİMİ-MÜTLƏQ kimi hiss edir... .....                     İsrailə endirilən zərbələrdən Pezeşkianın xəbəri olmayıb .....                     Bakıda qorxunc Ağ Amerika həşəratları yayılır .....                     “Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi .....                     Agentlik bu şirkətdən 819 minlik qış geyimləri aldı .....                     Daha bir fintex “lisenziya üçün sırada” dayanıb .....                     “Supreme Pharmatech Manufacturing” nizamnamə kapitalını .....                     Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub .....                     “Ailəli ola-ola iş yerində ərinə xəyanət edir” .....                     Kərəm Mustafayevin bacısı oğlu İŞDƏN ÇIXARILDI .....                     Azərbaycanda qadın 3 uşağını atıb evdən qaçıb .....                     İranlı nazirdən hədə: .....                     YENİ XƏBƏR: Lütvəli Babayev Novosibirskdə yaşayırmış .....                     Ceyhun Cəlilovun fərmayişidir: YENİ İXTİSAR DALĞASI GƏLİR... .....                     Naxçıvan Sağlamlıq Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ... .....                     Gürcüstanda gözlənilən seçkilər və vizasız Avropa yolunun taleyi .....                     Mirzoyan ukraynalı həmkarı ilə müzakirələr aparıb .....                     Paşinyan yolu açdı .....                     ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib .....                     Nüvə silahına MARAQ ARTACAQ... .....                     Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? .....                     AŞ PA-nın Bakıya qarşı “taran” qərarı .....                     Saxta qızıl XAOSU .....                     Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı .....                 

"Elşən həmin pulu həbs edilməməsi üçün MTN-nin vəzifəli şəxslərinə ötürüb" - MTN işi
Tarix: 18-02-2017, 12:32 | Çap et
"Elşən həmin pulu həbs edilməməsi üçün MTN-nin vəzifəli şəxslərinə ötürüb"
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan MTN zabitinin məhkəməsi hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilib.

Məhkəmədə MTN zabiti barəsində seçilmiş həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət qaldırıb. Məhkəmədə iştirak edən zərərçəkmiş iş adamları bu vəsatətin təmin edilməməsini istəyiblər.

Onlar Vüsal Ələkbərovun yalnız bir şərtlə- pullarının geri qaytarılacağı təqdirdə ev dustaqlığına buraxılmasına razı ola biləcəklərini deyiblər.
Dövlət ittihamçısı da vəsatətin təmin edilməməsini istəyib. Vüsal Ələkbərovun vəsatəti növbəti dəfə təmin edilməyib.


Məhkəmə prosesinin davamında zərərçəkmiş şəxs qismində tanınan iş adamı Elşən Mədətovun epizodu üzrə şahidlər ifadə verib.
İlk olaraq şahid qismində Elşən Mədətovun tələbə yoldaşı Qaçay Əzizov ifadə verib. O bildirib ki, 2008-ci ildə Elşən Mədətovun MTN tərəfindən sıxışdırılması, ondan külli miqdarda pul tələb edilməsi barədə eşidib.

“Bütün bunları mənə Elşənin özü danışıb. Ona maddi cəhətdən köməklik etməyimi də istədi. Mən ona 45 min manat borc vermişəm. Tanışım İlkindən aldığım 20 min manatı da götürüb Elşənə kömək üçün verdim. Sonradan eşitdim ki, Elşən həmin pulu həbs edilməməsi üçün MTN-nin vəzifəli şəxslərinə ötürüb”- deyə şahid qeyd edib.

Daha sonra Elşən Mədətovun sürücüsü Zahid Əliyev ifadə verib. O, bildirib ki, 2008-ci ilin axırlarında Elşən Mədətovu bir neçə dəfə MTN-ə aparıb: “Oradan çıxanda hiss edirdim ki, Elşən müəllimin qanı qaradı. Maşında olanda kiməsə zəng edirdi, nəsə danışırdı. Onun danışdıqlarından başa düşürdüm ki, MTN-də ondan pul tələb edirlər, tez-tez də MTN-nin Vüsal adlı əməkdaşının adını çəkirdi. Amma mən ondan heç nə soruşmamışam, o da mənə heç nə deməyib”.

Zahid Əliyev ifadəsində MTN əməkdaşı Vüsal Ələkbərovun tələb etdiyi pulların onun idarə etdiyi maşınla aparıldığını da bildirib: “Elşən müəllim bir dəfə pulu MTN-də verib, ikinci dəfə isə Yasamal rayonunda binaların arasında. Yasamal rayonunda pulun kimə verilməsini gördüm. İstintaq zamanı tanınmağım üçün mənə təqdim olunan şəkillərdən həmin şəxsin MTN-nin şöbə rəisi olmuş Vüsal Ələkbərov olduğunu tanıyıb təsdiqlədim”.

Zərərçəkmiş iş adamı da sürücüsünün dediklərini tədiq edib. Elşən Mədətov deyib ki, o zaman MTN insanlar arasında xof yaradırdı, bu işləri heç kimin bilməməsi üçün hədə-qorxular gəlirdilər: “Buna görə də mən heç kimə bir söz demirdim. Zahid Əliyev burada həqiqəti danışır”.
Daha sonra şahid qismində ifadə verən Nəsrəddin Sultanov bildirib ki, Vüsal Ələkbərov ondan da həbs edilməməsi üçün 50 min manat tələb edib. Ancaq o, MTN zabitinin bu tələbini rədd edib.

Onun sözlərinə görə, Vüsal Ələkbərova heç bir pul verməyib: “Vüsal Ələkbərov dedi ki, “banka qızının və yoldaşının adına qoyduğun pulları haradan alıbsan?”. Mən də MTN-nin rəhbərliyinə ərizə ilə müraciət etdim. Bundan sonra Vüsal məndən əl çəkdi”.

Nəsrəddin Sultanov daha sonra ifadəsində qeyd edib ki, Elşən Mədətov onun dayısı oğludur və onun MTN tərəfindən hədələnməsindən xəbəri olub: “Elşənin həbs edilməməsi üçün Mövlam Şıxəliyev və Vüsal Ələkbərov ondan 300 min dollar tələb edirdilər. Elşən tanışlardan, qohumlardan pul yığırdı. Mən də özümdə olan 30 min manatı Elşənə verdim ki, pulun üstünə qoysun, onlara versin. Biz o vaxtı MTN-ni milləti talayan nazirlik kimi adlandırırdıq”.

Daha sonra prosesdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Mehrac Qurbanovun epizodu üzrə şahidlər dindirilib. Məlumat üçün bildirək ki, Vüsal Ələkbərov həbs edəcəyi ilə bağlı hədə-qorxu gələrək, Mehrac Qurbanovdan 200 min dollar alıb.

Məhkəmədə Mehrac Qurbanovun qardaşı Heydər Qurbanov ifadə verib. O, bildirib ki, 2008-ci ilin oktyabr-noyabr aylarında qardaşı Mehraca pul lazım olub: “Mən də mal-qaramı satdım, 10 min manat toplayaraq qardaşıma verdim. Pulu MTN-ə verəcəkdi”.

Digər şahid Kərim Tağıyev də bildirib ki, dayısı oğlu Mehrac Qurbanovdan 2008-ci ilin oktyabr-noyabr aylarında MTN əməkdaşları tərəfindən hədələnərək, pul tələb edilməsindən xəbər tutub: “Bu səbəbdən Mehrac məndən də pul istədi. Ona 18 min manat verdim. O, pulu düzlədərək MTN əməkdaşlarına verməsəydi, onu tutacaqdılar”.

Məhkəmə prosesi fevralın 23-də davam edəcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tibb sektorunun “mogikanı”: - Azəri Med ATU-nin tenderini də uddu
Bu gün, 14:00
Ermənistan parlamenti Qarabağdan gedən ermənilərə "yox" dedi
Bu gün, 13:56
Flora Kərimova Afətin üzrünü qəbul etmədi: - "Onu başa salın..."
Bu gün, 13:10
Nazirlik dörd məktəbdə təmir işləri üçün 1 milyon manat ayırdı
Bu gün, 13:06
Xalq artistinin açıq-saçıq geyimdə FOTOSU
Bu gün, 13:02
“Paşinyan Qarabağ ermənilərinə xəyanət etdi”
Bu gün, 12:57
AZAL “AerCap” şirkətindən 6 yeni A320neo və A321neo təyyarəsini əməliyyat lizinqinə götürür - DETALLAR
Bu gün, 12:46
Lavrov Polad Bülbüloğluna Putinin verdiyi ordeni təqdim etdi - FOTO
Bu gün, 12:44
Bölgələrdə güclü külək əsəcək - Belə deyirlər...
Bu gün, 12:41
Nəsimi rayonunda 12 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
Bu gün, 12:35
"Krokus" terrorunda ittiham olunanlar bir-birinin əleyhinə ifadə verir
Bu gün, 12:29
"İnstapower" işində YENİ DETALLAR – “76 milyon manat Honkonqa KÖÇÜRÜLÜB”
Bu gün, 12:26
Tehran, ABŞ və İsrailin birgə "raket şousu" - hədəf Türkiyədir
Bu gün, 12:25
Bakının bu məktəbində fiziki məhdudiyyətli uşaqlar pula satılır - Nüşabə Məmmədovanın ŞOK ƏMƏLİ
Bu gün, 12:21
AMEA prezidentinə yeni müşavirlər təyin olunub - ADLAR
Bu gün, 12:16
Bayden Paşinyanı niyə dəstəkləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:08
Vüqar Zeynalov özünü HAKİMİ-MÜTLƏQ kimi hiss edir... - İTTİHAM VAR...
Bu gün, 12:06
İsrailə endirilən zərbələrdən Pezeşkianın xəbəri olmayıb - “The New York Times”
Bu gün, 11:59
Bakıda qorxunc Ağ Amerika həşəratları yayılır - "Təcili tədbirlər görülməsə..."
Bu gün, 11:57
“Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi – “Əmlakımın üzərinə həbs qoyulub, hüquqlarım pozulur”
Bu gün, 11:55
Agentlik bu şirkətdən 819 minlik qış geyimləri aldı
Bu gün, 11:52
Daha bir fintex “lisenziya üçün sırada” dayanıb – Kapitalı kəskin artırıldı
Bu gün, 11:38
“Supreme Pharmatech Manufacturing” nizamnamə kapitalını 1 milyon dollar azaldır
Bu gün, 11:36
Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 11:33
“Ailəli ola-ola iş yerində ərinə xəyanət edir” - Müğənnidən qalmaqallı sözlər
Bu gün, 11:30
Kərəm Mustafayevin bacısı oğlu İŞDƏN ÇIXARILDI - FOTO
Bu gün, 11:28
Azərbaycanda qadın 3 uşağını atıb evdən qaçıb - FOTO
Bu gün, 11:26
İranlı nazirdən hədə: - “Bölgədə müharibə başlasa...”
Bu gün, 11:23
YENİ XƏBƏR: Lütvəli Babayev Novosibirskdə yaşayırmış - Biznesi var, universitetdə dərs deyir
Bu gün, 11:18
Ceyhun Cəlilovun fərmayişidir: YENİ İXTİSAR DALĞASI GƏLİR... - Naxçıvanda NƏ BAŞ VERİR?
Bu gün, 11:15
Naxçıvan Sağlamlıq Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ... - BU NƏDİ BELƏ?!
Bu gün, 11:10
Gürcüstanda gözlənilən seçkilər və vizasız Avropa yolunun taleyi - NƏ BAŞ VERİR?
Bu gün, 10:57
Mirzoyan ukraynalı həmkarı ilə müzakirələr aparıb
Bu gün, 10:50
Paşinyan yolu açdı - Sülhün önündəki yeganə maneə qaldırılır
Bu gün, 10:46
ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib - VİDEO
Bu gün, 10:34
Nüvə silahına MARAQ ARTACAQ... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 10:29
Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? - Baş həkim də həbs olundu
Bu gün, 10:23
AŞ PA-nın Bakıya qarşı “taran” qərarı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
Saxta qızıl XAOSU – “Aldığını geri qaytarmaq da mümkün deyil”
Bu gün, 10:12
Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı - MƏHKƏMƏ
Bu gün, 10:04
Paşinyan elan etdiyi yolu DÜZ GEDƏ BİLƏCƏKMİ? - GƏLİŞMƏ
Bu gün, 10:00
TƏBİB-ə göz verir... TENDER VERMİR... - SAVAŞ GEDİR?
Bu gün, 09:57
Yaxın Şərqdə can üstündə olan İranın “köhnə sancı”sı yenə tutdu – Dəhliz açılsa...
Bu gün, 09:51
Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı - DETALLAR
Bu gün, 09:49
Prezident İlham Əliyev real olmayanı deməz... - Görünəni odur ki...
Bu gün, 09:46
“AzerGold”da yeni təyinat olub - ƏMR
Bu gün, 09:43
`Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR... - "30 manata qane olmur..."
Bu gün, 09:40
"Nəbadə yolunuzu burdan salasınız..." - Müştərisinə tövbələtmə oxutdurdu...
Bu gün, 09:28
“Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Bu gün, 09:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru