“Bank Respublika” törəmə şirkətinin fəaliyyətini dayandırdığını elan edib .....                     "Bunu kimsə nəzərə almır, üstəlik mənim pulumu kəsirlər" .....                     Qənirə Ataşovanın instagram hesabı bərpa olundu .....                     Muxtar Respublikada nə baş verir? .....                     MƏLUM OLDU: 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir .....                     Belə getsə, “Zeytunluq”da yaşıllıq qalmayacaq .....                     "Yapı Kredi Bank" oyun "alqı-satqısı" ittihamı ilə üz-üzə... .....                     Rusiyadakı azərbaycanlılar təhlükədə .....                     Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır? .....                     Ləğv olunmaq sırası AYB-yə çatıb? .....                     De sən öl, Həsən ağanın qohumuyam? .....                     Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik… .....                     Paşinyan Aİ-yə üzvlükdən danışdı .....                     70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? .....                     Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? .....                     İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib .....                     "Bu gün niyə tez parlayanlar tez də sönürlər?" .....                     6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... .....                     Rusiya nüvə silahından istifadə edəcək .....                     Həftəsonu quru sərhədlər AÇILIR? .....                     Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı .....                     4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq .....                     “Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” .....                     Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi .....                     Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... .....                     “Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” .....                     Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi .....                     Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? .....                     Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş .....                     ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb .....                     Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib .....                     Mətbuat katibinin qızı YÖS imtahanında I oldu .....                     “Huner Group” MMC-nin direktoru dəyişdirilib .....                     “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır .....                     Gəncənin yollarını 10 milyon manata bu şirkət .....                     Bakı həbsxanasında .....                     Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu .....                     Həmin rəislər hakim qarşısına çıxarılır .....                     Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib .....                     FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir? .....                 

QHT-LƏRİN QEYDİYYAT PROMLEMİ
Tarix: 9-04-2012, 13:17 | Çap et
QHT-LƏRİN QEYDİYYAT PROMLEMİ

BU MƏSƏLƏDƏ BİLDİRİŞ SİSTEMİNƏ KEÇİLƏ BİLƏR

“İndiyə kimi Ədliyyə Nazirliyi bizi qeydə almaqdan üç dəfə imtina edib. Hər dəfə də bir bir bəhanə tapırlar. Əslində bütün çatızmazlıqları bir cavabda bildirilməlidir”. Bu fikirləri Qeyri-Hökümət Təşkilatı (QHT) yaratmaq arzusunda olan Elcin Bayramlı deyir. Onun sözlərinə görə artıq 1 ilə yaxındır ki, Ədliyə Nazirliyinə sənəd göndərməklə məşğuldur.

Hər dəfə yenə bəhanə

Bayramlı deyir ki, qeydiyyatdan imtina üçün hər dəfə yeni əsaslar aşkar edilir: “Qeydiyyat sənədlərindəki çatışmazlıqlar “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanununun 8.3-cü maddəsinə uyğun olaraq eyni vaxtda bildirilmir və dövlət qeydiyyatına alınmaq istəyən qurumlar hər dəfə onların fərqli əsaslara görə qeydiyyatdan imtina və sənədlərin geri qaytarılması haqqında cavablar alırlar”.

Belə vəziyyət isə, qeydiyyatda süründürməçilik yaradır. “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin apardığı sorğu da göstərir ki, bu sahədə ciddi problem var. Birliyin sorğusunun nəticəsinə görə, qeydə alınmış QHT-lərin əksər hissəsi (57 faizi) qeydiyyat üçün xeyli müddət sərf etməli olublar. Bu təşkilatların 20 faizinin qeydiyyatı onların ilk müraciət etdiyi tarixdən etibarən 1 ilə qədər vaxt aparıb. Onların 12 faizinin dövlət qeydiyyatına alınması üçün 2 il, 8 faizinin qeydiyyatı üçün isə 3 il tələb olunub. 6 faiz 4 il, qalan 11 faiz isə 5-8 il ərzində qeydiyyatdan keçə bilib. Yalnız təşkilatların 43 faizi təsis olunduqdan sonrakı ilk 3 ay ərzində qeydə alınıb ki, bu təşkilatların arasında da çoxluğu mədəniyyət, turizm və ekologiya, uşaq və gənclər təşkilatları təşkil edir. Üstəlik, bu cür təşkilatların əksər hissəsi qanunvericiliklə qeydiyyat üçün tələb olunan sənədlər siyahısına daxil olmayan və ayrı-ayrı icra orqanları tərəfindən verilmiş zəmanət məktubu təqdim edən təşkilatlar olub.

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, bu isə onu göstərir ki, ya qeydiyyat orqanı qanunun tələblərinə əməl edərək təqdim olunan sənədlərin yoxlanılmasını tam həyat keçirmir, ya da məqsədli şəkildə müəyyən edilmiş bütün nöqsanlarla bağlı müraciətçini məlumatlandırmır: “İstənilən halda, bu, qeydiyyat orqanının sənədlərin yoxlanmasını birliklərin dövlət qeydiyyatına alınması yönümündə deyil, daha çox qeydiyyatdan imtina məqsədilə apardığı qənaətini doğurur. Bunun nəticəsində QHT-lərin əksəriyyəti qeydiyyat üçün dəfələrlə müraciət etməli və buna görə bir neçə il vaxt sərf etməli olurlar. Bu isə qeydiyyat prosesini yorucu və uzunsürən bir prosesə çevirməklə bir çox qurumları növbəti müraciətlərdən çəkindirir. Bir sıra təşkilatlar isə bu cür problemlər səbəbindən, ümumiyyətlə, qeydiyyat üçün müraciət etmir”.

Qeydiyyat müddəti: Ədliyyə Nazirliyi prosesi 5 aya qədər uzada bilər

Kommersiya hüquqi şəxslərinin qeydiyyatı üçün maksimum 3 iş günü tələb edildiyi halda, ictimai əsaslarda fəaliyyət göstərən, könüllü birliklərin- QHT-lərin qeydiyyatı üçün bir qayda olaraq 40 gün, əlavə araşdırma zəruri olduqda daha 30 gün bu müddət artırıla bilir. Bundan sonra müəyyən edilən çatışmazliqların aradan qaldırılması üçün təsisçilərə 20 gün vaxt verilir və onlar müəyyən edilən çatışmazlığı aradan qaldırdıqdan sonra 10 gün müddətində həmin təşkilat dövlət qeydiyyatına alınır.

Ə.Məmmədli deyir ki, QHT-lərin qeydiyyatı üçün qanunda müəyyən olunan bütün müddətlərdə Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestiri haqqında Qanunun 4.5- ci maddəsinin tələbinə əsasən “bu Qanunla müəyyən edilmiş müddətlər hesablanarkən yalnız iş günləri nəzərə alınır: “100 iş günü ən azı 20 həftəlik müddət deməkdir, bu da ümumi təqvim gününə çevrildikdə, 140 təqvim gününə bərabər olur. Deməli, Ədliyyə Nazirliyi heç bir prosedur hüquq pozuntusuna yol vermədən, qeydə almaq istədiyi bir QHT-ni bütün müddətlərə əməl edərək qeydə aldığı təqdirdə, bu müddət təxminən 5 aya yaxın vaxtı əhatə edir. Praktikada bu müddətlər dəfələrlə aşılır, çox sayda müraciətlər aylarla, hətta illərlə yubadılır, qeydiyyata alma həyata keçirilmir. Dövlət qeydiyyatına alınmaq istənən QHT-lərin qeydiyyatı ortalama olaraq təsisdən 8-10 ay sonra reallaşır. Qeydiyyatından imtina olunan təşkilatlar üçün bu müddət illərlə davam edir”.

O deyir ki, təsadüfi deyil ki, bu səbəbdən Azərbaycan əleyhinə Avropa Məhkəməsində xeyli qərar çıxarılıb: “Evsiz bakılılara yardım ictimai birliyinin qeydiyyatı da təxminən 4 illik müddətin sonunda həyata keçirildiyi üçün Avropa Məhkəməsinə şikayət edilmiş və birləşmək hüququna müdaxilə olduğu qəbul edildi. Avropa İnsan Hüquqları Məhkəməsinin 11 yanvar 2007-ci il tarixli Ramazanova və digərləri Azərbaycana qarşı qərarında “Məhkəmə hesab edir ki, ərizəçilər birliyin təsisçiləri olduqlarına görə birliyə uzun müddət hüquqi şəxs statusu əldə etməsinə imkan verilməməsi ilə nəticələnən dövlət qeydiyyatının gecikdirilməsi hakimiyyət orqanları tərəfindən ərizəçilərin birləşmək azadlığı hüququnun həyata keçirilməsinə müdaxiləni təşkil edirdi”. Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan əleyhinə birləşmək hüququna müdaxiləyə dair verdiyi digər qərarlarında da bu məqam xüsusi olaraq vurğulayır.

“Hüquq və İnkişaf” İctimai Birliyinin Sədri Hafiz Həsənov bununla bağlı deyir ki, Avropa Məhkəməsinin bu məsələ ilə bağlı bir sıra qərarları olmasına baxmayaraq hökumət bu qərarlara da o qədər əhəmiyyət verilmir. Çünki, hətta bu cür qərarların qəbulundan sonra da qeydiyyat prosesindəki problemlər eyni qaydada təkrarlanır. Qeydə almadan qanunsuz imtinaya və ya yayınmaya dair şikayətlərin məhkəmə araşdırmalarında da əvvəlki vəziyyət dəyişmir. Təbii ki, belə bir vəziyyətdə birləşmə azadlığının hüquqi təminatı və məhkəmə müdafiəsi demək olar ki, heçə enir.

Millət vəkili Əli Məsimli isə QHT-lərin qeydiyyatının elektron variantına keçilməsini, qeydiyyat müddətinin maksimum qısaldılmasını və əgər QHT həmin müəyyənləşdirilmiş müddətdə qeydiyyata alınması barədə rəsmi sənəd almazsa, qeydiyyatdan keçmiş hesab olunması variantını təklif edir. “Bu yolla qeydiyyat məsələsi ətrafında yaranan problemləri də aradan qaldırmaq olar”,-deyə o bildirdi.

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov isə deyir ki, əgər QHT-lərin qeydiyyatını təmin edən Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanunu və qeydiyyata əsas verəcək digər qanunvericlik aktlarına baxsaq ideal bir mənzərənin olduğunu görürük: “QHT-lərin qeydiyyatı ilə bağlı nazirliyin hazırladığı təlimata əsasən, qeydiyyat üçün təqdim olunan sənədlərə 10 gün ərzində baxılır, qeydiyyata alınma və imtina haqqında məlumat verilir. Məntiq onu sübut edir ki, heç bir əlavə problem olmadan QHT yaratmaq hər hansı bir şəxs Ədliyyə Nazirliyinə müraciət etdikdən sonra 10 gün ərzində təşkilatın qeydiyyatını əldə edə bilər. Burada Ədliyyə Nazirliyinin yaradılmış təşkilatın adının reyestrdə olub-olmaması ilə bağlı və məqsədlərində insanlıq əleyhinə fəaliyyətin və digər qadağan olunmuş fəaliyyətin olub-olmamasını yoxlamalıdır. Daha Ədliyyə Nazirliyinin təşkilatların sənədlərinə baxılmasını uzatmağa, onu qeydə almaqdan imtina etməsinə əsas qalmır. İstərdik ki, QHT-lərin qeydiyyatı da mətbuat orqanlarının qeydiyyatı kimi asan olsun. Eyni zamanda regiondan olan QHT-lərin mərkəzdə qeydə alınmasına heç bir ehtiyac yoxdur. Yaxşı olardı ki, gələcəkdə QHT-lərin qeydiyyatı məhkəmələr tərəfindən aparılsın.

Hesab edirəm ki, qanuna uygun olaraq QHT-lərin qeydiyyatı qısa müddətdə həyata keçirilməlidir. Ona yaradılan manelər qanunvericiliklə az əlaqəlidir. Bu ölkədə vətəndaş cəmiuyyətinin inkişaf etməsini əngəlləyən addımlardır”.

Qeyri-qanuni tələblər

Qeydiyyat üçün, müraciət edənlər deyirlər ki, əsas problemlərdən biri də Ədliyyə Nazirliyi tərəfindən qeyri-qanini tələblərin irəli sürülməsidir. Belə ki, müraciət edənlərdən qeydiyyat orqanı tərəfindən təsisçilərin məşğuliyyəti, siyasi mənsubiyyəti ilə bağlı məlumatlar istənilir. Digər tərəfdən, QHT-lərdən qeydə alınmaq üçün icra hakimiyyəti orqanlarından verilmiş zəmanət məktubunun təqdim edilməsi tələb olunur. Bu cür sənədləri isə heç də bütün təşəbbüsçülər əldə edə bilmirlər.

Millət vəkili Ə.Məsimli QHT-lərin qeydiyyatı zamanı qanunda nəzərdə tutulmayan tələblərı qanun pozuntusu hesab edir: “Qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görülməsini zəruridir. Bu məsələlər obyektiv yanaşma ilə mətbuatda da davamlı şəkildə qaldırılsa, işin xeyrinə olar”.

Ə.Həsənov də deyir ki, təşkilat yaratmaq istəyində olan adamlara qeyd olunan sənədlərin tələb olunması qanun pozuntusudur: “QHT-nin heç bir üst qrumu yoxdur və ondan hansısa nazirlik və yaxud dövlət orqanından sənəd gətirməsini tələb ertmək ən azı özbaşnalıqdır. Tutaq ki, ekologiya problemləri ilə məşğul olan təşkilat belə bir məktub nazirlikdən ala bildi. Paralel olaraq homoseksualların problemləri ilə məşğul olan bir təşkilat sənədlərini qeydiyyata təqdim edərkən ondan hansı sənədi və yaxud hansı strukturdan məktub tələb edəcəklər. Bunların hamısı göstərir ki, Azərbaycanda qeydiyyat sistemini ilk növbədə daha təkmil etmək lazımdır. İlk növbədə, qeydiyyat üçün hansı konkret sənədlərin tələb olunduğu açıq elan olunmalıdır, qeydiyyata sənədlərin təqdimatı sistemi onlayn olunmalıdır. Ədliyyə Nazirliyinin qeydiyyat bazasında qeydiyyata alınmış təşkilatların adı “onlayn internet bazasında” olmalıdır ki, müraciət edən təşkilat qeydiyyat üçün sənədləri təqdim edərkən onun seçdiyi adda təşkilatın olub-olmadığını görə bilsin. Bu kifayət qədər işi asanlaşdıra bilər. Bu təşkilatlarla Ədliyyə nazirliyi arasında kontaktları azaldacaq”.

Qeydiyyatın mərkəzləşdirilmiş qaydada aparılması qeydiyyat orqanı ilə müraciətçilər arasında ünsiyyəti xeyli çətinləşdirir. Bu xüsusilə regionlarda olan QHT təsisçiləri üçün əlavə problemlər yaradır. Ekspertlər, bunun həll yolunun QHT-lərin qeydiyyatının elektron variantına keçilməsi ilə həll olunacağını deyir.

Qeydiyyat orqanı nə deyir?

QHT-lərin qeydiyyatı vəziyyətinə dair Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin ümumiyyətlə QHT-lərin qeydiyyat vəziyyəti və qeyd edilən məsələlərlə bağlı mövqeyini öyrənməklə bağlı təşəbbüsümüz isə nəticəsiz qaldı. Ümumiyyətlə rəsmi mövqeni öyrənməkdə problemlərin olmasını “Demokratiyanı Öyrənmə” İB sədri Mirəli Hüseynovda təsdiq etdi. Onun dediyinə görə son illər üzrə qeydiyyatın vəziyyətini təhlil etmək üçün ötən il Qeydiyyat İdarəsinə sorğu ilə müraciət edilsədə, İdarə sorğu suallaraına çox ümumi şəkildə cavab verib: “Belə təəssürat yaranır ki, qeydiyyat idarəsi məlumat verməkdə maraqlı deyil. Bizə müraciət edən bir çox vətəndaşlar da qeydiyyat üçün sənədlərin təqdim edilməsindən sonra idarə ilə əlaqə saxlamaq, problemləri müzakirə və həll etməyin mümkün olmadığını bildirirlər”.

M.Hüseynov bildirir ki, bu cür qapalılıq isə öz növbəsində doğru olmayan rəqəmlərin ortaya çıxmasına, yanlış məlumatların verilməsinə şərait yaradır: “Məsələn, Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi illik hesabatında Ədliyyə Nazirliyinin rəsmi məlumatına istihadən bildirilir ki, hazırda ölkədə dövlət qeydiyyatına alınmış QHT-lərin sayı 3600-ü ötüb. Tam məsuliyyətilə deyirəm ki, məlumat tamamilə yanlışdır və bu rəqəm mümkün deyil. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi bizim ötən ilki sorğumuza cavabında 2010-cu il ərzində 124 QHT-nin dövlət qeydiyyatına alındığı bildirib. QHT-lərə Dövlət Dəstəyi Şurasının 2010-cu il fevral ayına Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, həmin tarixə qeydə alınmış QHT-lərin sayı 2483 olub. 2010-cu ilin sonuna ölkədə qeydə alınmış QHT-lərin sayı 2600-ü ötüb. Nazirlər Kabinetinin hesabatında göstərilir ki, 2011-ci ildə isə ümumilikdə 144 qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınıb. Yəni 2012-ci il üçün qeydə alınmış QHT-lərin sayı 2750 ətrafında olduğu halda rəsmi hesabatda bunun 3600-ü ötdüyü göstərilir. Bütün bu və bu kimi hallar isə dövlət orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılığıgın zəif olmasından irəli gəlir”.

Bəkir Nərimanoğlu









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bank Respublika” törəmə şirkətinin fəaliyyətini dayandırdığını elan edib
Bu gün, 09:29
"Bunu kimsə nəzərə almır, üstəlik mənim pulumu kəsirlər" - GİLEY
Bu gün, 09:28
Qənirə Ataşovanın instagram hesabı bərpa olundu - özü AÇIQLADI
Bu gün, 09:20
Muxtar Respublikada nə baş verir? - AKTUAL
Bu gün, 09:18
MƏLUM OLDU: 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Bu gün, 09:16
Belə getsə, “Zeytunluq”da yaşıllıq qalmayacaq - SOS!
Bu gün, 09:09
"Yapı Kredi Bank" oyun "alqı-satqısı" ittihamı ilə üz-üzə... - Bank sahibi iddialara nə deyir?
Bu gün, 08:59
Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
Bu gün, 08:55
Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır? - AYNA-nın NƏZƏRİNƏ...
Bu gün, 08:47
Ləğv olunmaq sırası AYB-yə çatıb? - İLGİNC...
Bu gün, 08:40
De sən öl, Həsən ağanın qohumuyam? - Sabirabaddakı biabırçılığa sözardı
Bu gün, 08:31
Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik… - FAKT BUDUR!
Bu gün, 08:16
Paşinyan Aİ-yə üzvlükdən danışdı - "50 min imzanın toplanacağına əminəm"
Bu gün, 02:04
70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? - “Cumhuriyet”
Bu gün, 02:00
Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? - NƏ BAŞ VERİR?
Bu gün, 00:37
İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib - Paşinyan
Bu gün, 00:34
"Bu gün niyə tez parlayanlar tez də sönürlər?"
Bu gün, 00:23
6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... - Ermənistan KİV
Bu gün, 00:20
Rusiya nüvə silahından istifadə edəcək – Hədəfdə bu ölkələr var
Bu gün, 00:17
Həftəsonu quru sərhədlər AÇILIR? - AKTUAL
Bu gün, 00:15
Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı - DETALLAR
Bu gün, 00:05
4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
“Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” – Lukaşenko
Dünən, 19:50
Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO
Dünən, 19:45
Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 19:02
“Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” - AKTUAL
Dünən, 19:00
Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi
Dünən, 18:58
Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - TƏFƏRRÜAT
Dünən, 18:14
Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı (FOTO)
Dünən, 18:11
ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
Dünən, 18:06
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 18:03
Mətbuat katibinin qızı YÖS imtahanında I oldu - FOTO
Dünən, 18:01
“Huner Group” MMC-nin direktoru dəyişdirilib - BUNDAN SONRA...
Dünən, 17:56
“Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Dünən, 17:52
Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Dünən, 17:50
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:44
Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:42
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Dünən, 17:40
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 17:38
FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Dünən, 17:35
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Dünən, 17:34
“Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Dünən, 16:38
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Dünən, 16:32
Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Dünən, 16:30
Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Dünən, 16:26
Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Dünən, 16:19
Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Dünən, 16:18
Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Dünən, 16:05
Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Dünən, 16:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru