İCRA BAŞÇISININ BAŞI DƏRDDƏ
Tarix: 8-04-2012, 11:53 |
Çap et
SU BORULARI NƏZƏRƏ ALINMADAN TORPAQLAR SATILIB
Xətai rayonunun Sadıqcan küçəsində dükanlar və digər obyektlər su altında qalıblar. Bu həmin ərazidir ki, bir müddət əvvəl yaxınlıqdakı binaların sürüşmə təhlükəsi yaranmışdı. «Gundeminfo.az»ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata əsasən hadisənin baş verməsinə səbəb icra hakimiyyətinin başçısı Razim Məmmədovun ərazidən keçən iri su boru kəmərlərini nəzərə almadan torpaqları sahibkarlara satmasıdır. Bu barədə hadisə yerinə toplaşan sakinlər müxbirimizə bildiriblər.
Məlum olub ki, Zığ qəsəbəsində yerləşən hərbi hissələrə istilik su borularının üzərində tikilən dükanlar demək olar ki, istifadəyə yararsız hala düşüblər. Boru kəmərinin parğtalaması nəticəsində həm də ərazidə böyük su gölməçələri də yaranıb.
Dükan və obyekt sahibləri isə icra hakimiyyətinin başçısını onları aldadaraq sərəncamla torpaq satmaqda günahlandırırdılar.
Xatırladaq ki, bir müddət əvvəl Xətai rayonunda baş verən sürüşmə nəticəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişi ilə bütün tikililər sökülməli idi. Sökülməli olan obyektlər arasında da məhz bu dükanların olduğu da söylənilir.