QORXMAZ HÜSEYNOV STRUKTUR İSLAHATLARI APARIR
Tarix: 6-04-2012, 17:59 |
Çap et
“AZƏRSU”DA YENİ QURUM YARADILIB
İstehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması və nəzarət sisteminin gücləndirilməsi üçün "Azərsu" ASC-nin idarə və müəssisələrində struktur islahatları aparılır.
ASC-nin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, bu islahatların tərkib hissəsi olaraq "Azərsu" ASC sədrinin əmri ilə "Bakı Sukanal" İdarəsinin "Bağlar Sukanal" Departamenti yaradılıb.
Yeni yaradılan departament Bakı şəhərinin Sabunçu və Binəqədi rayonlarının, Sumqayıt və Abşeronun bağ massivlərindəki, həmçinin Novxanı, Fatmayi, Goradil, Mehdiabad, Məhəmmədi, Yeni Məhəmmədi, Digah, Pirşağı və Kürdəxanı qəsəbələrindəki abunəçilərə xidmət göstərəcək.
İndiyə qədər bu ərazilərə Binəqədi və Sabunçu Sukanal departamentləri, Sumqayıt və Abşeron Sukanal idarələri xidmət göstərirdi.
Qeyd edək ki, yuxarıda adıçəkilən ərazilərdə 22 700 abunəçi var.