PREZİDENTİN KÜRƏKƏNİ SİYASƏTƏ İDDİALI DEYİL
Tarix: 6-04-2012, 11:48 | Çap et
“MƏN İŞ ADAMIYAM, MUSİQİÇİYƏM”
Rusiyada yaşayan tanınmış azərbaycanlı bəstəkar-müğənni və iş adamı Emin Ağalarovun APA-nın Moskva müxbirinə müsahibəsi
- Bir müddət əvvəl Londonda təqdimatı keçirilən “After the Thunder” albomu haqqında nə deyə bilərsiniz?
- Fikrimcə, albom çox maraqlı alınıb. Bu günə kimi çıxan albomların içində sayca altıncıdır və digərlərindən çox fərqlənir. Bu günə kimi belə albomum olmayıb. Albomda 12 mahnı yer alıb, onlardan 11-nin müəllifi özüməm. Bu albomdakı mahnılar dinamik və ritmikdir. Düşünürəm ki, bu albom hələ ən yaxşısıdır, nə zaman təzə albomum çıxar, onda fikrimi dəyişə bilərəm.
- Bakıda baş tutacaq “Eurovision 2012”də qonaq qismində iştirak edəcəksiniz. Sizin üçün belə bir müsabiqədə qonaq qismində iştirak etmək nə deməkdir?
- Mənə bu təklif gələndə böyük sevinc və məmnuniyyətlə qəbul etdim. Əslində bu müsabiqədə qonaq qismində iştirak etsəm də, bu, çox böyük bir məsuliyyət tələb edir. Məhz ona görə ki, sən öz Vətənində sanki ölkə təmsilçisi kimi səhnəyə çıxırsan. Sözsüz ki, çıxışımı möhtəşəm etmək vacibdir və çalışacağam ki, milli koloritimizi məhz bu çıxışımda bütün Avropaya tərənnüm edim. Çıxışımda həm də müasirliyi qoruyub saxlaya bilmək vacibdir.
- Müsabiqədə Rusiyanı təmsil edəcək “Buranovskiye babuşki” qrupuna azarkeşlik edəcəksinizmi?
- Azarkeşlik edə bilərəm, ancaq Səbinə Babayevadan sonra... “Buranovskiye babuşki” nin Bakıya səfərlərində biz də iştirak edəcəyik. Bildiyiniz kimi 8 nəfərdən ibarət olan qrupda 72-76 yaşlı nənələr təmsil olunur. Onları səfər zamanı həkimlərdən ibarət qrup müşayiət edəcək. Deyərdim ki, Böyük Britaniya təmsilçisindən sonra yaş baxımından “Buranovskiye babuşki” hamını geridə qoydu. Böyük Britaniya təmsilçisi Engelbert Hundeldinki ən yaşlı təmsilçi hesab etsələr də, Rusiya təmsilçisi bütün rekordları aşdı. Azərbaycanın seçiminə gəldikdə isə, xalqımız çox düzgün seçim etdi. Bu il gözəl, istedadlı və musiqi duyumlu bir təmsilçimiz oldu. İnanıram ki, Səbinənin şansları çox böyükdür.
- Bu il “Eurovision 2012”də Böyük Britaniya təmsilçisi Engelbert Hundeldinkə uşaqlıqdan pərəstiş etdiyinizi demisiniz. Hətta bu yaxınlarda onunla görüşmək imkanınız da olub...
- Bu yaxınlarda Engelbert Hundeldinkin “Crocus City Hall”un Müslüm Maqomayev zalında konserti keçirildi. Konsertdən sonra onunla görüşümüz oldu. O, öz həyat tarixçəsini danışanda mən bir musiqiçi və fanat olaraq dəhşətə gəlirdim. O, Elvis Presli ilə olan dostluğundan və onunla birlikdə balıq ovuna getməsindən danışırdı. Elvis Presli artıq 30 ildən çoxdur ki, həyatda yoxudur. Onu demək istəyirəm ki, belə maraqlı adamla söhbət etməyə çoxlu mövzu vardı. Ümumiyyətlə deyərdim ki, Böyük Britaniya təmsilçisi çox istedadlı adamdır. Londonun “BBC” radiosu əbəs yerə onu təmsilçi qismində seçməyib. Onu tanıyırlar, sevirlər və onun bu ilki təmsilçiliyi çox böyük rezonansa səbəb olub.
- Prodüseriniz tərəfindən namizədliyiniz “Grammy” mükafatına irəli sürülmüşdü...
- Əslində bu tam belə deyildi. Məsələ ondadır ki, məşhur amerikalı kinorejissor David Linç hər il 30 musiqi parçasından ibarət yığma hazırlayır. Mənim mahnılarımdan biri sehrli təsadüf nəticəsində bu yığmanın içinə düşüb. Mənə mahnının müəllifliyini ona verməyimlə bağlı təklif gəldi və mən də bunu məmnuniyyətlə etdim. Bundan bir müddət sonra David Linç tərəfindən daha bir təklif gəldi ki, mən bir gənc müğənni kimi öz namizədliyimi “Grammy” mükafatına irəli sürüm. Sözsüz ki, mən buna çox sevindim. Bir müddət sonra bizə namizədliyimiz barədə rəsmi təsdiq məktubu gəldi. Düzdür, bizə bu mükafatı verməsələr də, çox sevindirici haldır ki, mənim namizədliyim ilk dəfə bu mükafata təqdim olunub.
- Azərbaycan keçmiş SSRİ estrada səhnəsinə Rəşid Behbudov, Müslum Maqomayev, Polad Bülbüloğlu kimi musiqiçilər bəxş edib. Gələcəkdə özünüzü bu musiqiçilər sırasında görürsünüzmü?
- Mən öz subyektiv fikrimi deyərdim. Azərbaycanın Rusiya və keçmiş SSRİ-yə bu istedadlardan ibarət hədiyyəsini iki hissəyə bölərdim. Müslüm Maqomayev və digərləri... Müslüm Maqomayev həyatdan köçəndə hazırda onun abidəsi olan yerdə belə bir yazı var idi: “Azərbaycan, Müslümə görə çox sağ ol!” Bu böyük sevincdir ki, Rusiya xalqı Azərbaycan musiqi nəhənginə belə bir qiymət verir. Müslüm Maqomayevi heç kəslə müqayisə etmək olmaz. O ki qaldı özümə, mən çox gəncəm və mənim belə bir iddiam yoxdur. Əgər gələcəkdə Müslüm Maqomayevin etdiklərinin lap kiçik bir qismini edə bilsəm və bunu xatırlasalar, çox şad olaram. Bu barədə danışmaq hələ çox tezdir.
- Yeni albomunuzun gələcəkdə harada təqdimatı gözlənilir?
- İlk təqdimat Londonda keçirildi. Bu gün isə Moskvada təqdimat keçirilir. Düşünürəm ki, “Eurovison-2012” öncəsi Bakıda da təqdimat keçirmək olar. Lakin bu hələlik plan olaraq qalır. Bundan başqa yay-payız aylarında Avstriya, İtaliya, Almaniyada da diskin təqdimatının keçirilməsi nəzərdə tutulub.
- Gələcəkdə siyasətlə məşğul olmaq istəyiniz var?
- Yox. Qətiyyən yox. Mən iş adamıyam, musiqiçiyəm, siyasətlə məşğul olmağa heç bir iddiam yoxdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|