Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir .....                     Bu insanlara sərhəddə güzəşt edilməlidir! .....                     Qərb Gürcüstana niyə “ögey övlad” kimi .....                     Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi .....                     İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib .....                     “AFB Bank”ın rəhbərliyinə təyinat .....                     Bərdə probasiya şöbəsində nə baş verir? .....                     Ağdamda Dövlət Yanğından Mühafizə Hissəsi tikilir .....                     AYDIN ƏLİYEVİN GƏLİNİ ÜSYAN EDİR .....                     İran İsraillə birbaşa qarşıdurmaya girir? .....                     Azərbaycanda da restoranları olan məşhur pizza şəbəkəsi müflis oldu .....                     "Azərbaycanda tətbiq olunan mövcud suvarma sistemi .....                     "Hizbullah" lideri Şeyx Həsən Nəsrullah öldürülüb .....                     Həmid Əsədzadə 2 yaşlı qızının ölümündən danışdı: .....                     Nikolun “milliləşdirmə” oyunu .....                     Ermənistan və Fələstin diplomatik əlaqələr qurur .....                     Şimal-şərq küləyi əsəcək .....                     Ermənilərin çirkləndirdiyi Oxçuçayda vəziyyət necədir? .....                     Qovrulmuş yerfındığı əvəzinə KƏRPİC PARÇASI... .....                     “55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram, amma xalq artisti deyiləm” .....                     Məşhur iş adamı Bakının bu yerində hektarlara ərazini ALDI .....                     Tural Məmmədova vəzifə verildi .....                     Rusiya general-polkovnikin bank hesabına da həbs qoydu .....                     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağ adamı “ölmüş şəxs” kimi sistemə salıb .....                     Global Media Group jurnalistlər üçün təlim təşkil edib .....                     Quba sakinləri dərdlərini KİMƏ DESİNLƏR... .....                     FHN ilə “Baku Bulding” MMC-nin işbirliyində bir evin təmir və tikintisi neçəyə başa gəlir .....                     Türkiyənin Zəngəzurla bağlı mövqeyi... .....                     “Əvvəlki ödənişlər nəzərə alınmır. Niyə?” .....                     Paşinyan ABŞ-da Bakıya mesaj verdi, İrəvan qarışdı .....                     Makron Paşinyan üçün yeni "rol" hazırlayıb .....                     Kollec direktorunun kütləvi ixtisar qərarı... .....                     “Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib .....                     Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb .....                     "Rəşad Musayev mənə dedi ki, sənin üstündə nəzarəti gücləndirib səni tutduracam" .....                     Ermənistan-Rusiya münasibətlərində problemlər var, amma... .....                     Zəngəzurdan pay istəyənlərin sayı artır .....                     VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb .....                     Paşinyan referenduma gedir: Azərbaycanın qərarı nə olacaq? .....                     Tənha yaşayan 3 uşaqlı anaya ƏCAİB İMTİNA BƏHANƏSİ... .....                 

MƏRDANOVUN KİFLƏNMİŞ DƏRSLİK SİYASƏTİ
Tarix: 26-03-2012, 17:08 | Çap et
MƏRDANOVUN KİFLƏNMİŞ DƏRSLİK SİYASƏTİ

TN ŞEFİNİN SİYASƏTİNƏ DAHA BİR REAKSİYA

“Çantaları övladlarım götürsə, yüz faiz bellərində hansısa problem ortaya çıxacaq. Bunu nəzərə alaraq onları məktəbli çantasını daşımağa qoymuruq. Övladlarım dərsə gedəndə çantaları mən daşıyıram, dərsdən çıxanda isə həyat yoldaşım”. Bu fikirləri mətbuata açıqlamasında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi sakini Elman Həsənov söyləyib.

Qardaş Türkiyədə, qonşu Gürcüstanda məktəblər bu ildən mərhələli şəkildə ənənəvi kağız dərsliklərdən imtina etməyə başlayıblar. Bu ölkələrdə kitab və dəftərləri, hətta yazı qələmini belə özündə ehtiva edən elektron lövhələrdən (tablet lövhə) istifadəyə keçilib. Belə ki, məktəblərin nazirliyin təhsil informasiya bazasına çıxışı var, şagirdlər və müəllimlər hər zaman bu bazadan yararlana bilirlər: dərsə aid məlumatlar əldə edirlər; görüntülərə baxırlar; hansısa səsi dinləyə bilirlər və s. Klassık tədris vəsaitlərindən imkanları müqayisəsiz dərəcədə yüksək olan elektron lovhələrin kütləsi 1 kiloqramdan artıq deyil. Belə çıxır, bu halda məktəblilərin çantasını valideynin daşımasına da ehtiyac qalmır. Ən əsası isə odur ki, özünə hörmət edən bütün ölkələrdə təlim və tərbiyədə inqilab hesab edilən bu vəsaitlərə keçidlə bağlı işlər artıq yekunlaşmaq üzrədir. Bəs bizdə? Bizdə isə yenə də “dəvə dəlləklik edir, köhnə hamam içində”.

Rəhmətlik Sabir demişkən,
Əcnəbi seyrə balonlarda çıxır,
Biz hələ avtomobil minməyiriz.

Özgə necə olmalıdır ki?! Dövlətin külli miqdarda vəsaitini yaramaz “multimedia tədris vəsaitləri” dəyirmanında üyütmədilərmi? Bu vəsaitlərin xeyrini görən oldumu? Beyinləri kiflənmiş təhsil məmurlarımızsa yenə də qohum-əqrəbalarına, dost-tanışlarına sınıq-salxaq kağız dərsliklər hazırlatdırmaqdadırlar. Çünki bu adamlar müasir təhsilin mahiyyətini anlamaq qabiliyyətində deyillər. Onların beyinləri, yalnız və yalnız xortumçuluğa köklənib. Yəqin ki, onlar Türkiyənin FATİH projesini öyrənmək əvəzinə, oradan özləri kimi bir-iki “kifli pensioner” gətirib I, V siniflər üçün “müasir dərsliklər” düzəltdirəcəklər. Dəvəquşu başını quma soxan kimi, elə düşünürlər ki, heç kim bunların yaramaz əməllərini görmür və ya başa düşmür. Cəmiyyətə də utanıb çəkinmədən “yeni dərslik komplektlərinin müsabiqə-tenderini keçiririk” yalanını sırımaqda davam edirlər. Əmindirlər ki, calaq-culaq dərslikləri qalib elan edəndə camaat yenə susacaq. Yaşayarıq, görərik...

Təhsil naziri Misir Mərdanov bu günlərdə Türkiyə ilə ortaq dərslik yaratmaqdan danışdı. Vallah adam bunu eşidəndə Azərbaycan təhsili, ümumiyyətlə, ölkə adına xəcalət çəkir. Deməli, bu sistemə başçılıq edən şəxs hələ də anlamır ki, iki fərqli sistemi bir-birinə uyğunlaşdırmadan – ortaq tədris planı, ortaq təhsil proqramı yaratmadan ortaq dərslik yaratmaq olmaz. Bundan sonra hansı keyfiyyətli dərslikdən söhbət gedə billər?

Nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı o gün yenə İTV-nin “Carçı” proqramında iki ayağını bir başmağa dirəyərək yeni dərsliklərin keyfiyyətli olacağından danışırdı. Bu adamın danışığına qulaq asanda, istər-istəməz, yadıma ekspert Fikrət Süleymanoğlunun onun haqqında yazdığı məşhur “Danış bə adam!” köşəsi düşür. Adama deyirlər, Misir Mərdanov təhsil naziri olduğu müddətdə 14 yaramaz dərsliyin müəllifi olub. Deyir: Hə olsun, qanun qadağan etmir ki! Adama deyirlər, vəzifədə olduğun müddətdə sən və övladın bir neçə dərsliyin müəllifi olmusunuz. Deyir: Hamı yaza bilər, biz yox?!

İndi adamdan soruşan gərək: Qanunun qadağan etməməsi məgər bu anlama gəlir ki, məmurun ictimai məsuliyyəti, vəzifə əxlaqı olmamalıdır? Adam xeyli əvvəl TQDK ekspertlərinin biologiya və tarix dərsliklərilə bağlı rəylərinə görə tozanaq qoparmışdı. Az qalırdı göy qübbəsini TQDK sədrinin başına uçursun. Sonda nə oldu, həmin rəylə razılaşıb səhvləri etiraf etmədimi, onları növbəti nəşrdə düzəldəcəklərinə söz vermədimi?

Şəxsən mən belə fikirdəyəm ki, baş azad olanda yaxşı şeylər yarada bilir. Amma bəzi təhsil məmurları tamamilə başqa fikirdədirlər. Onlar əmindirlər ki, baş qoltuq altında olanda daha “rahat” olur...

Nadir İSRAFİLOV
təhsil eksperti









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir - FAKT BUDUR!
Bu gün, 13:29
Bu insanlara sərhəddə güzəşt edilməlidir! - Deputatın təklifi reallaşa bilərmi?
Bu gün, 13:27
Qərb Gürcüstana niyə “ögey övlad” kimi DAVRANIR?
Bu gün, 13:23
Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi - "Heç kim heç nədən sığortalanmayıb"
Bu gün, 13:14
İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib
Bu gün, 13:09
“AFB Bank”ın rəhbərliyinə təyinat - FOTO
Bu gün, 12:48
Bərdə probasiya şöbəsində nə baş verir? - TƏFƏRRÜAT
Bu gün, 12:44
Ağdamda Dövlət Yanğından Mühafizə Hissəsi tikilir - TENDER NƏTİCƏSİ
Bu gün, 12:40
AYDIN ƏLİYEVİN GƏLİNİ ÜSYAN EDİR - Biz arxasızıq deyə bunu edirlər
Bu gün, 12:28
İran İsraillə birbaşa qarşıdurmaya girir? - AÇIQLAMA
Bu gün, 12:26
Azərbaycanda da restoranları olan məşhur pizza şəbəkəsi müflis oldu - FOTO
Bu gün, 12:24
"Azərbaycanda tətbiq olunan mövcud suvarma sistemi 1000 il bundan əvvəlki selləmə suvarma sistemidir"
Bu gün, 12:21
"Hizbullah" lideri Şeyx Həsən Nəsrullah öldürülüb - İsrail mediası
Bu gün, 12:16
Həmid Əsədzadə 2 yaşlı qızının ölümündən danışdı: - "Uşağımı xəstəxanaya aşpaz çatdırıb"
Bu gün, 12:14
Nikolun “milliləşdirmə” oyunu NƏYƏ HESABLANIB?
Bu gün, 12:10
Ermənistan və Fələstin diplomatik əlaqələr qurur - Ermənistan KİV
Bu gün, 12:08
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 11:59
Ermənilərin çirkləndirdiyi Oxçuçayda vəziyyət necədir? - AÇIQLAMA
Bu gün, 11:55
Qovrulmuş yerfındığı əvəzinə KƏRPİC PARÇASI... - AQTA bir göz atsın oralara...
Bu gün, 11:53
“55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram, amma xalq artisti deyiləm” - Əməkdar artist
Bu gün, 11:30
Məşhur iş adamı Bakının bu yerində hektarlara ərazini ALDI – Görün nə tikdirir…
Bu gün, 11:23
Tural Məmmədova vəzifə verildi - ÖZÜ AÇIQLADI
Bu gün, 11:21
Rusiya general-polkovnikin bank hesabına da həbs qoydu - TASS
Bu gün, 11:15
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağ adamı “ölmüş şəxs” kimi sistemə salıb - “Ölü kimi” qeyda alınan şəxs isə...
Bu gün, 11:14
Global Media Group jurnalistlər üçün təlim təşkil edib - FOTO
Bu gün, 11:08
Quba sakinləri dərdlərini KİMƏ DESİNLƏR... - NARAZILIQ VAR...
Bu gün, 11:04
FHN ilə “Baku Bulding” MMC-nin işbirliyində bir evin təmir və tikintisi neçəyə başa gəlir - İLGİNC FAKTLAR
Bu gün, 11:02
Türkiyənin Zəngəzurla bağlı mövqeyi... - Dəhliz Rusiyanın vasitəçiliyi ilə açılsa...
Bu gün, 10:56
“Əvvəlki ödənişlər nəzərə alınmır. Niyə?” - ETİRAZ VAR...
Bu gün, 10:52
Paşinyan ABŞ-da Bakıya mesaj verdi, İrəvan qarışdı - “İki yol var”
Bu gün, 10:44
Makron Paşinyan üçün yeni "rol" hazırlayıb - DETALLAR
Bu gün, 10:40
Kollec direktorunun kütləvi ixtisar qərarı... NARAZILIQ YARATDI
Bu gün, 10:38
“Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
Bu gün, 10:33
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
Bu gün, 10:28
"Rəşad Musayev mənə dedi ki, sənin üstündə nəzarəti gücləndirib səni tutduracam" - İTTİHAM VAR...
Bu gün, 10:26
Ermənistan-Rusiya münasibətlərində problemlər var, amma... - ŞƏRH
Bu gün, 10:23
Zəngəzurdan pay istəyənlərin sayı artır - “Azərbaycan hazır olmalıdır”
Bu gün, 10:21
VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb
Bu gün, 10:19
Paşinyan referenduma gedir: Azərbaycanın qərarı nə olacaq? - Görünəni odur ki...
Bu gün, 10:17
Tənha yaşayan 3 uşaqlı anaya ƏCAİB İMTİNA BƏHANƏSİ... - BU NƏDİ BELƏ?!
Bu gün, 10:14
"Bəzi xarici siyasi dairələr xüsusi canfəşanlıqla ölkəmizə qarşı təqib-təzyiq kampaniyasına başlayıb" - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:09
"Dalaşırdım, döyürdüm, döyülürdüm.." - VİDEO
Bu gün, 10:07
Paşinyan əgər istəsə... - AKTUAL
Bu gün, 09:56
Bu halda Əmək Məcəlləsi pozulur - Ekspert danışır...
Bu gün, 09:54
“Bir çox sahədə müavinət və əməkhaqqı da artacaq” - deputat
Bu gün, 09:52
`Findex` lə sifariş etməzdən öncə düşünün... - ÇAĞIRIŞ
Bu gün, 09:47
Şeyxin etiraz etdiyi BU QANUN yenidən gündəmdə - NƏ ETMƏLİ?
Bu gün, 09:40
Şahramanyan da gec-tez cinayət məsuliyyətinə cəlb olunacaq - Başqa cür ola da bilməz...
Bu gün, 09:39
Yarımçıq saziş sülh gətirməyəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:38
Müştərisi `Aztelekom`a qarşı FAKT TƏQDİM ETDİ - GİLEY
Bu gün, 09:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru