PREZİDENTLƏR TƏKBƏTƏK GÖRÜŞDÜ
Tarix: 7-10-2011, 15:30 |
Çap et
SARKOZİ SƏFƏRİNİN ƏHƏMİYYƏTİNDƏN DANIŞIB
Oktyabrın 7-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Nikola Sarkozinin təkbətək görüşü olub.
APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. Ölkələr arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.
N. Sarkozinin Azərbaycana rəsmi səfərinin əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Fransa prezidenti Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə də görüşüb.