Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır? .....                     Ləğv olunmaq sırası AYB-yə çatıb? .....                     De sən öl, Həsən ağanın qohumuyam? .....                     Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik… .....                     Paşinyan Aİ-yə üzvlükdən danışdı .....                     70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? .....                     Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? .....                     İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib .....                     "Bu gün niyə tez parlayanlar tez də sönürlər?" .....                     6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... .....                     Rusiya nüvə silahından istifadə edəcək .....                     Həftəsonu quru sərhədlər AÇILIR? .....                     Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı .....                     4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq .....                     “Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” .....                     Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi .....                     Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... .....                     “Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” .....                     Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi .....                     Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? .....                     Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş .....                     ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb .....                     Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib .....                     Mətbuat katibinin qızı YÖS imtahanında I oldu .....                     “Huner Group” MMC-nin direktoru dəyişdirilib .....                     “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır .....                     Gəncənin yollarını 10 milyon manata bu şirkət .....                     Bakı həbsxanasında .....                     Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu .....                     Həmin rəislər hakim qarşısına çıxarılır .....                     Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib .....                     FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir? .....                     “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib .....                     “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... .....                     Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının .....                     Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... .....                     Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... .....                     Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ .....                     Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə .....                     Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... .....                 

NEFT ÖLKƏSİNDƏ AĞ NEFT ÇATIŞMIR
Tarix: 26-03-2012, 14:49 | Çap et
NEFT ÖLKƏSİNDƏ AĞ NEFT ÇATIŞMIR

“BUNUN ADINA SADƏCƏ OLARAQ BİABIRÇILIQ DEYİLƏ BİLƏR”

İrandan ərzaq və kənd təsərrüfatı məhsullarının gətirilməsi Azərbaycanın cənub rayonlarında kütləvi işə çevrilib. Sərhədyanı ərazilərdə yaşayanlar çox vaxt bazarlığa İran Astarasına gedirlər. İran tərəfi vizanı birtərəfli qaydada ləğv edəndən sonra bu məqsədlə qonşu ölkəyə gedənlərin sayı artıb.

İqtisadçı Vidadi Mirzəyev deyir ki, əslində bu alış-veriş İrana su və hava kimi lazımdır. İranın bütün ərazilərindən Azərbaycana mal gətirirlər. Onun deməsinə görə, qiymətlər də İranın digər şəhərlərinə nisbətən İran Astarasında bahadır. İqtisadçı hesab edir ki, İran vətəndaşları bundan qazanırlar. Üstəlik İranda xaricə mal satan iş adamlarına güzəştlər də nəzərdə tutulur.

İrana gedən Azərbaycan vətəndaşları geri qayıdarkən ağ neft də gətirirlər. Halbuki, Azərbaycan xarici ölkələrə neft və qaz satır. İş adamı Faiq Cəfərov bunu «biabırçılıq» hesab edir. Onun sözlərinə görə, təbii qaz Azərbaycan əyalətlərində rayon mərkəzlərinə və bir neçə kəndə verilir. Kəndlərin əksəriyyəti qazsızdır. Dağ ərazilərində yerləşən kəndlərdə işıq aylarla yanmır. Belə vəziyyətdə ağ neftə ehtiyac yaranır:

«Müəyyən malların İrandan gətirilməsi təbiidir, gətirirlər gətirsinlər. Amma, ağ neft gətirmək məni çox təəccübləndirdi. Bir ölkədə ki, dənizdə və quruda neft çıxa, sonra da o ölkənin vətəndaşı oradan əzab-əziyyətlə ağ neft gətirə, İran da qoymur, məni çox təəccübləndirir. Maraqlanmışam, müəyyən sərhədyanı zonalarda, orda işıq çatışmazlığı olur, qaz yoxdur, «solyarka» sobası yandırmalıdır. «Solyarka» bir az bahadır. Ağ neft daha təmizdir, yaxşı yanır, o məcburdur ki, ordan gətirsin».

İş adamının sözlərinə görə, gün ərzində Azərbaycan tərəfə əl ilə 100-200 litr ağ neft çıxarılır. Bunda İranda ağ neftin ucuz olması da rol oynayır.

«Orda ağ neftin bir litri, səhv etmirəmsə, bizim pulla 15-20 qəpikdir. Amma bizdə 1 manatadır, litri 1 manatdır. Burda qazanc məsələsi var, həm də özü istifadə edir, ondan. Lampanı yandırmaq üçün yaxşıdır, həm də istilik sistemi üçün yaxşıdır. Çox təəccüblüdür, çox təəssüf edirəm. Bu ölkə neft ölkəsi ola-ola nə üçün bu millət nefti ordan gətirməlidir? Mən istərdim ki, ölkədə belə şeylərin qarşısı alınsın, çünki bu biabırçılıqdır».

Astara keçid məntəqəsinin önündə olduq. Məlum oldu ki, bayram günləri olduğu üçün adamların İran tərəfinə buraxılmasında məhdudiyyətlər qoyulub. Həm də adamlar İrana üç gündən bir buraxılırlar. Digər tərəfdən neft «qaçaqmal» hesab olunur. Adamlar ağ nefti qablarda, gizli şəkildə Azərbaycana keçirirlər. Adının çəkilməsini istəməyən bir yerli sakinin dediyinə görə, İrandan gətirilən ağ neft keçid qapısının önündə satılmır. Müəyyən yerlərə verilir və orada satılır. Belə bir yerdə olduq. Ağ neft satılan evin sahibinə jurnalist olduğumuzu, bu məsələni araşdırdığımızı bildirdik. O əvvəlcə belə bir işlə məşğul olmadığını söylədi. Sonra isə səsini lentə almamaq şərti ilə bəzi məsələlərə aydınlıq gətirdi. Onun dediyinə görə, İrandan gətirilən ağ neftin bir litrini 80 qəpikdən alır, 1 manatdan satır. Ağ neft alanların sayı elə də çox deyil. O deyir ki, ağ nefti əsasən dağ ərazilərdə məskunlaşanlar alırlar.

İrandan ağ nefti təkcə piyadalar gətirmir. Sərhəddə eşitdiklərimizə görə, İrandan gələn yük maşınları da ağ neft gətirməyə çalışır. İrana məxsus yük maşınlarının bundan böyük qazanc əldə etdikləri deyilir.

Lənkəran rayonun bir neçə yanacaq doldurma məntəqəsində olduq. Sahibkarlar deyirlər ki, Bakıda neft bazasından ağ neft almaq mümkün deyil. Heç bir səbəb göstərmədən ağ neftin verilməsindən imtina edirlər.

Astarada yanacaqdoldurma məntəqələrinin birinin sahibi bizə bildirdi ki, bir neçə il bundan əvvəl onlar ağ neft satışa çıxardırdılar. Ağ neft qışda daha çox satılırdı. Alıcılar da var idi. İndi ağ neft verilmir. Ağ nefti hara verirlər, ondan xəbərləri yoxdur.

İqtisadçı Vidadi Mirzəyev bölgələrdə ağ neftin olmamasını təbii sayır. Onun dediyinə görə, İrandan gətirilən malların hamısından Azərbaycanda var. Lakin bu mallar qiymətdə fərq etdiyi üçün İrandan gətirilir. Ağ neft isə rayonlarda ümumiyyətlə yoxdur. İqtisadçının sözlərinə görə, İran sərhədində qayda yaratmağın vaxtı çatıb. Nəzarətsizlik problem yarada bilər. Vidadi Mirzəyevin fikrincə, ya müştərək bazar, ya da insanların İrana getməsində vahid qayda yaradılmalıdır.

Neft Araşdırmalar mərkəzin rəhbəri İlham Şaban isə deyir ki, vaxtı ilə İran Azərbaycandan neft alırdı:

«İran vaxtı ilə bizdən alırdı. İndi bizim adamlar gedib ordan alıb gətirir. Biabırçılıqdır. Bizim özümüzdə istehsal var. Bizim camaat gedib ordan gətirir, alver məqsədi ilə istifadə edirlər. Bizdə istehsal var. Bizdə istehsal varsa rayonlar və yaxud istehsalçılar nə üçün bu vəziyyətdədir? Azərbaycanda iki neftayırma zavodu olduğu halda regionlarda insanlar əziyyət çəkir. Dövlət başçısı hər yerdə elan edir ki, biz öz enerji təhlükəsizliyimizi vaxtından əvvəl yüksək səviyyədə həyata keçirmişik. Ancaq dağ rayonlarında insanlar enerji təminatından əziyyət çəkir, enerji olmadığı vaxtda ağ neftdən istifadə edirlər».

İlham Şabanın fikrincə, bu məmurların dövlət başçısını aldatmasının və hökumətin öz vəzifəsini yerinə yetirməməsinin sübutudur.

“Azadlıq” Radiosu









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır? - AYNA-nın NƏZƏRİNƏ...
Bu gün, 08:47
Ləğv olunmaq sırası AYB-yə çatıb? - İLGİNC...
Bu gün, 08:40
De sən öl, Həsən ağanın qohumuyam? - Sabirabaddakı biabırçılığa sözardı
Bu gün, 08:31
Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik… - FAKT BUDUR!
Bu gün, 08:16
Paşinyan Aİ-yə üzvlükdən danışdı - "50 min imzanın toplanacağına əminəm"
Bu gün, 02:04
70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? - “Cumhuriyet”
Bu gün, 02:00
Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? - NƏ BAŞ VERİR?
Bu gün, 00:37
İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib - Paşinyan
Bu gün, 00:34
"Bu gün niyə tez parlayanlar tez də sönürlər?"
Bu gün, 00:23
6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... - Ermənistan KİV
Bu gün, 00:20
Rusiya nüvə silahından istifadə edəcək – Hədəfdə bu ölkələr var
Bu gün, 00:17
Həftəsonu quru sərhədlər AÇILIR? - AKTUAL
Bu gün, 00:15
Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı - DETALLAR
Bu gün, 00:05
4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
“Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” – Lukaşenko
Dünən, 19:50
Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO
Dünən, 19:45
Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 19:02
“Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” - AKTUAL
Dünən, 19:00
Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi
Dünən, 18:58
Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - TƏFƏRRÜAT
Dünən, 18:14
Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı (FOTO)
Dünən, 18:11
ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
Dünən, 18:06
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 18:03
Mətbuat katibinin qızı YÖS imtahanında I oldu - FOTO
Dünən, 18:01
“Huner Group” MMC-nin direktoru dəyişdirilib - BUNDAN SONRA...
Dünən, 17:56
“Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Dünən, 17:52
Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Dünən, 17:50
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:44
Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:42
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Dünən, 17:40
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 17:38
FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Dünən, 17:35
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Dünən, 17:34
“Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Dünən, 16:38
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Dünən, 16:32
Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Dünən, 16:30
Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Dünən, 16:26
Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Dünən, 16:19
Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Dünən, 16:18
Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Dünən, 16:05
Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Dünən, 16:01
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Dünən, 15:51
"Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Dünən, 15:45
Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... - NƏ ETMƏLİ?
Dünən, 15:32
Araqçı və Mirzoyanın intensiv telefon danışığının PƏRDƏARXASI
Dünən, 15:29
“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
Dünən, 15:22
Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə niyə “Biz qəzəblənirik!”- demir?!
Dünən, 15:19
Ermənistan labirintdədir: Əllər yuxarı... - NƏ BAŞ VERİR?
Dünən, 14:00
"Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru