RƏSUL QULİYEV İLHAM ƏLİYEVİ DEBATA ÇAĞIRDI
Tarix: 23-03-2012, 16:06 | Çap et
“KİMİ İSTƏYİR, BAŞBİLƏNLƏRİNİ YIĞSIN”...
“Azərbaycanda siyasi islahatlar olmalıdır. Demokratik seçkilər olmalı, dövlətin üç müstəqil qolu yaranmalıdır. Özü də bu, mütləq yerinə yetirilməlidir. Yarımçıq yox. Ümumiyyətlə yarımçıq demokratiya heç bir işə yaran şey deyil”. Bunu müsahibəsində hazırda ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyev deyib. Həmin müsahibənin bəzi məqamlarını təqdim edirik:
– Rəsul müəllim, Quba rayonunda baş verən kütləvi etiraz aksiyasından xəbəriniz var. Bu məsələyə sizin münasibətinizi bilmək maraqlı olardı. – 1995-ci ilin mart hadisələrindən sonra, dövlətçiliyin əvəzinə Heydər Əliyev diktaturası yaradıldı. Yəni onun diktaturasının tarixi mart ayından başlayır. Həmin vaxtdan start götürüb bu diktatura. Marta qədər Heydər Əliyev bir qədər ehtiyatlanırdı. Çünki müxalif silahlı qüvvələr hələ var idi. Amma martdan sonra əlbəttə ki, onun qarşısındakı bütün baryerlər dağıldı və Heydər Əliyev həmin o diktatura rejimini yaratdı. Artıq 1996-cı ildən yaranmış bu diktatura rejimi 16 ildir davam edir. İndi isə o rejimin eroziyası başlayır. İndi həmin o diktatura rejiminin köməksizliyi ortaya çıxır. Biz yenidən 1988-93-cü illərin vəziyyətinə qayıdırıq. Mən sizi əmin edirəm ki, bax bu Quba hadisələri Azərbaycan tarixində yenə də həmin ssenari ilə inkişaf edəcək. Yəni o dediyim hökumətin köməksizliyindən yaranan xaos ssenarisi ilə.
– Həmin ssenarinin qarşısını hansı yolla almaq mümkündür? – Əgər tez bir zamanda Azərbaycanda siyasi və iqtisadi islahatlar həyata keçirilməsə, bunun qarşısını heç cür almaq mümkün olmayacaq.
– Bu islahatları necə görürsünüz? – Siyasi islahatlar aydındır. Demokratik seçkilər olmalı, dövlətin üç müstəqil qolu yaranmalıdır. Özü də bu, mütləq yerinə yetirilməlidir. Yarımçıq yox. Ümumiyyətlə yarımçıq demokratiya heç bir işə yaran şey deyil. Sözün əsl mənasında demokratiya yaranmalıdır. Bu, ilk növbədə dediyim siyasi islahatlardır. İqtisadi islahatlar barədə danışmaq uzun çəkər. Qısaca onu deyə bilərəm ki, bu iqtisadi islahatlar ölkədə olan korrupsiya və rüşvətə son qoymalıdır. Əks halda dediyim kimi, artıq Quba hadisələri ilə hökumətin köməksizliyindən əmələ gələcək xaosa start verilib.
– Və nəhayət 2013-cü ilin prezident seçkiləri barədə soruşmaq istəyirik. Namizədliyinizi vermək barədə qəti qərara gəlmişsiniz? ya hələ də yox? – Bilirsiniz, düşünürəm ki, dediyim o siyasi və iqtisadi islahatları bu gün Azərbaycanda hamıdan yaxşı həyata keçirə bilərəm. Daha doğrusu buna əminəm.
– Amma başqaları da buna əmin olmalıdır axı. – Tutaq ki, hökumətin buna şübhəsi var. Demək istəyir ki, sözdür də danışıram. Mən razıyam. Prezidentləri iyirmi nəfər- kimi istəyir, başbilənlərini yığsın, başda özü olmaqla, mən də tək, debata çıxaq. Onlar desinlər Azərbaycanın gələcəyini necə görürlər, nə edəcəklər, mən də deyim. Əgər onlar debatı qazansalar, mən namizədliyimi vermərəm.
– İndi hələ ki, debatı qazanmayıblar, belə bir debatın olacağından da olmayacağı daha realdır. Namizədliyinizi verəcəksiniz? – Elə ona görə də əlbəttə mən namizədliyimi verməyə cəhd edəcəyəm. Çünki, düşünürəm ki, ömrümün artıq qüruba gedən bu çağında mən hələ Azərbaycan xalqı qarşısında öz borcumu verib qurtarmamışam.
– Amma səsiniz heç də qüruba gedən ömürdən gələn səsə oxşamır. – Yox, bilirsiniz, mən yaşlı olmağına yaşlıyam. Amma fikirlərim qocalmayıb.
“Azadlıq” Radiosu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
|