“TREND”İN İŞÇİSİ TUTULMAYIB
Tarix: 23-03-2012, 12:40 |
Çap et
İNFORMASİYA AGENTLİYİ XƏBƏRLƏRİ TƏKZİB ETDİ
Trend İnformasiya Agentliyinin Quba rayonunda Zaur Quliyev adlı bölgə müxbiri yoxdur. Bunu cümə günü Trend-ə agentliyin Azərbaycan redaksiyasının rəhbəri Emil Hüseynli deyib.
Hüseynlinin sözlərinə görə, bəzi KİV-lərdə Quliyevin Trend-in bölgə müxbiri olması barədə yayılan məlumat heç bir həqiqəti əks etdirmir.
"Trend yayılan məlumatları təkzib edir və yoxlanılmadan, qarşı tərəfin mövqeyi olmadan bu cür məlumatların yayılmasından təəssüflənir", - Hüseynli əlavə edib.
Qeyd edək ki, bəzi KİV-lərdə polislər tərəfindən saxlanılan Zaur Quliyevin Trend-in bölgə müxbiri olduğu barədə yanlış məlumat yayılıb.