“QORBAÇOVUN ARZUSU ÜRƏYİNDƏ QALACAQ”
Tarix: 22-03-2012, 13:14 |
Çap et
O, YALNIZ DAĞITMAĞI BACARIR
Qorbaçov heç nə yaratmaq iqtidarında deyil. O, yalnız dağıtmağı və cəmiyyət üçün problem yaratmağı bacarır. Bu fikirləri, SSRİ-nin ilk prezidentinin sosial-demokratik xətt yürüdərək bir neçə il öncə rəhbərlik etdiyi Rusiyanın Vahid sosial-demokrat partiyasını yenidən bərpa etmək niyyətini şərh edən politoloq Fikrət Sadıxov SalamNews-a bildirib.
Sadıxovun sözlərində görə, Qorbaçovun haqqında danışdığı sosial-demokratiya Rusiyada qəbul olunmur. “Rusiyada kommunist və mühafizəkar ideyalar qəbul olunur. Rusiya cəmiyyətinin digər qismi isə dövlətçiliyin möhkəmləndirilməsinə yönəlmiş siyasəti dəstəkləyir. Buna görə də sosial-demokrat partiyanın yaradılması ideyasının heç bir əsası yoxdur”, - Fikrət Sadıxov deyib.
Politoloq Qorbaçovun 80 yaşını haqladığını və təkcə Rusiya cəmiyyətinin deyil, MDB ölkələrinin çoxunun ona qarşı olduğunu vurğulayıb. Fikrət Sadıxov onun fəaliyyətinin çoxsaylı insan ölümünə səbəb olduğundan, Azərbaycanda xüsusi nifrətlə qarşılandığını deyib.