MAKEDONİYADAN AZƏRBAYCANA JEST
Tarix: 22-03-2012, 11:11 |
Çap et
BU ÖLKƏ VƏTƏNDAŞLARIMIZI VİZASIZ QƏBUL EDƏCƏK
Makedoniya 2013-cü il martın 15-dək Azərbaycan, Rusiya, Ukrayna və Qazaxıstan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib.
APA-nın məlumatına görə, Makedoniya Xarici İşlər Nazirliyindən bildirilib ki, bununla belə, adı çəkilən ölkələrin vətəndaşları 6 aylıq müddət ərzində 90 gündən artıq Makedoniya ərazisində qala bilməzlər.
Bəzi məlumatlara görə, Makedoniya bu addımı ölkəyə turist axınını gücləndirmək məqsədilə atıb.