AB-NİN NƏ QƏDƏR İMKANI VARSA...
Tarix: 7-10-2011, 13:38 |
Çap et
O QƏDƏR DƏ KÖMƏK ETMƏYƏ HAZIRDIR
“Avropa Birliyi imkan daxilində Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazırdır”.
APA-nın xəbərinə görə, bu sözləri Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” ölkələri üzrə şöbəsinin və Azərbaycanla assosiasiya sazişi imzalanması üzrə danışıqlar aparan heyətinin rəhbəri Con Kyaer Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşündə deyib. O bildirib ki, münaqişənin sülh yolu ilə həlli prosesində ATƏT-in Minsk Qrupu vasitəçilik edir və AB prosesə cəlb olunmayıb: “Lakin bizim münaqişələrin həlli ilə bağlı tarixi təcrübəmiz var. Avropa Birliyi imkan çərçivəsində Dağlıq Qarabağ problemin əhllinə dəstək olmağa hazırdır”.