DEPUTATLARIMIZ ALMAN NAZİRƏ QARŞI
Tarix: 16-03-2012, 14:18 |
Çap et
HAKİMİYYƏT QAPALI GÖRÜŞDƏN NARAHAT QALIB?
İki deputat Almaniya xarici işlər nazirinin Bakıda bəzi QHT təmsilçiləri ilə qapalı görüş keçirməsini pisləyib. Milli Məclisin 16 mart iclasında danışan hakim Yeni Azərbaycan Partiyasından deputat Mübariz Qurbanlı deyib: “Azərbaycan dünyanın 125 ölkəsi ilə qarşılıqlı əlaqələrə malikdir və qarşılıqlı səfərlər həyata keçirir. Almaniyanın xarici işlər naziri Bakıda istənilən QHT ilə görüşə bilər, lakin onun qapalı görüş keçirməsi təqdirəlayiq deyil. Bu, Azərbaycanın daxili işlərinə qarışmaq kimi dəyərləndirilir”.
Almaniya xarici işlər nazirinin qapalı görüşünü Ana Vətən Partiyasından deputat Zahid Oruc da pisləyib.