QƏRİB MƏMMƏDOV DEYİR, QANUN HAZIRDIR
Tarix: 16-03-2012, 13:19 |
Çap et
KOMİTƏ SƏDRİ BAKIDAKI SƏNƏDSİZ EVLƏRDƏN DANIŞDI
Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlanıb. Modern.az saytı xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov məlumat verib. Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) sənədsiz evlərin qeydiyyatı ilə bağlı qanun layihəsinin hazırlanması üçün müvafiq qurumlarla, o cümlədən DTXK ilə birlikdə iş görür.
”Biz də həmin Qanun layihəsi hazırlayaraq müvafiq quruma təqdim etmişik”.
2011-ci ilin əvvəlində Prezident İlham Əliyev Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı aidiyyati qurumlara tapşırıq verib. Prezidentin məlum tapşırığından bir il keçir.