Belə getsə, “Zeytunluq”da yaşıllıq qalmayacaq .....                     "Yapı Kredi Bank" oyun "alqı-satqısı" ittihamı ilə üz-üzə... .....                     Rusiyadakı azərbaycanlılar təhlükədə .....                     Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır? .....                     Ləğv olunmaq sırası AYB-yə çatıb? .....                     De sən öl, Həsən ağanın qohumuyam? .....                     Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik… .....                     Paşinyan Aİ-yə üzvlükdən danışdı .....                     70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? .....                     Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? .....                     İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib .....                     "Bu gün niyə tez parlayanlar tez də sönürlər?" .....                     6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... .....                     Rusiya nüvə silahından istifadə edəcək .....                     Həftəsonu quru sərhədlər AÇILIR? .....                     Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı .....                     4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq .....                     “Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” .....                     Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi .....                     Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... .....                     “Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” .....                     Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi .....                     Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? .....                     Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş .....                     ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb .....                     Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib .....                     Mətbuat katibinin qızı YÖS imtahanında I oldu .....                     “Huner Group” MMC-nin direktoru dəyişdirilib .....                     “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır .....                     Gəncənin yollarını 10 milyon manata bu şirkət .....                     Bakı həbsxanasında .....                     Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu .....                     Həmin rəislər hakim qarşısına çıxarılır .....                     Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib .....                     FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir? .....                     “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib .....                     “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... .....                     Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının .....                     Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... .....                     Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... .....                 

ƏMANƏTLƏRİ QƏNDİN QİYMƏTİ İLƏ QAYTARSINLAR
Tarix: 15-03-2012, 16:55 | Çap et
ƏMANƏTLƏRİ QƏNDİN QİYMƏTİ İLƏ QAYTARSINLAR

VƏTƏNDAŞLAR YENİ UYĞULAMADAN NARAZIDIR

«Sovet vaxtı 100 000 rubla 100 000 kiloqram, yəni 100 ton qənd almaq olardı. İndi həmin qəndin pulunu qaytarsınlar da. Qənd indi deyəsən, 1 manat 40 qəpikdir, hesablayıb qaytarsınlar mənə. 5500 manat 100 ton qəndin pulu eləyirmi?».

60 yaşlı Bakı sakini Cahət Tağıyev deyir ki, Sovet dövründən qalma əmanətlərin qaytarıldığını eşidəndən bu xəbərə sevinə bilmir. Çünki hesablayıb görüb ki, bir vaxtlar qəpik-qəpik yığdıqları indi bir işə yaramayacaq.

Martın 14-də prezident İlham Əliyev Sovet dövründə Azərbaycan vətəndaşlarının əmanət banklarına qoyduqları pulların qaytarılması qaydalarını təsdiqləyən fərman imzalayıb. Həmin fərmana görə, əmanətçilər pullarını bu ilin iyun ayından gələn ilin 31 dekabrınadək birdəfəlik ala biləcəklər. Məbləğlərə gəlincə isə bu, məbləğdən asılı olaraq hesablanır. Məsələn, 2000 rubl əmanəti olan 300 manat, 5000 rublu olan 600 manat, 10 000 rublu olan 1000 manat, 100 000 rublu olan 5500 manat alacaq və s. Sənədə görə, vəsaitlərin vərəsələrə verilməsində və ya əmanət kitabçalarını itirən, yararsız hala salan vətəndaşların da pullarını geri almaqda problemləri olmayacaq. Bankda yaradılacaq komissiya yardım əlini uzadacaq.

«BU, PUL DEYİL, KONFET KAĞIZIDIR»

Söhbətləşdiyimiz Bakı sakinləri arasında «buna da şükür» deyənlər olsa da, əksəriyyət dərhal banka qoyduqları pulla indi alacaqlarını müqayisə edib başlarını buladılar:

- 2000 rubla o vaxt yaxşı bir mebel, əllə toxunan yun xalça almaq olardı. Amma indi 300 manata nə edəsən?

- Yaxşı bir hadisədir, camaat çoxdandır bunu gözləyirdi. Qiymətləri isə deyə bilmərəm, yəqin hərtərəfli ölçüb-biçiblər və necə lazımdırsa elə də təyin ediblər.

- Bunu da verirsə, çox sağ olsun. Naşükürlük etməyək də.

- 18-20 min hara, 1000 manat hara?

- Öldürüb verirlər də. Neçə illərdir ki, bu pulun üstünə faiz gəlməli idi. Faiz qalsın bir yana, heç olmasa, 1 rubla 1 manat verərdi də. Həmin pulun 1/10-ini verirlər.

Bu pul deyil ki, konfet kağızıdır.

«MƏN TƏKLİF EDİRDİM Kİ, 1000 RUBLA QƏDƏR 1 RUBLA 1 DOLLAR VERİLSİN»

Əksər müstəqil iqtisadçılar da əmanətlərin qaytarılması qaydalarını müsbət qiymətləndirmirlər. Bundan öncə də əmanətlərin qaytarılması mexanizmi ilə əlaqədar müəyyən layihələr hazırlanıb. Belə layihələrdən birinin müəllifi də iqtisadçı-alim, keçmiş millət vəkili Əli Əlirzayevdir. Deyir ki, onun hazırladığı layihə indi ortaya qoyulandan fərqlidir. Ən əsas fərq isə elə məbləğin özündədir. Əli Əlirzayev təklif edirdi ki, 1000 rubla qədər əmanətlər üçün 1 rubla 1 dollar verilsin. 2000 rubldan çox olanlar isə bir qədər azalan templə hesablansın:

«Mənim təklif etdiyim layihədə aztəminatlı ailələr o vaxtın alıcılıq qabiliyyətinə uyğun pul alacaqdılar. Yəni, 2000 rubla qədər pulu olan heç nə itirməyəcəkdi, hər rubla 1 dollar alacaqdı. 10 000 rublu olan isə təxminən 7000 dollar alacaqdı. Amma indi nə alacaq, 1000 manat. 1000 manat nədir ki?! Məbləği 6-7 dəfə aşağı salıblar».

«İNFLYASİYA OLMAYACAQDI, ƏGƏR...»

İqtisadçı Natiq Cəfərli də hesab edir ki, Milli Məclisdə, cəmiyyətdə ekspertlər səviyyəsində heç bir müzakirə olmadan, heç bir təkliflər dinlənilmədən hökumətin qaydaları təsdiqləməsi mənfi haldır. Natiq Cəfərli deyir ki, hökumətin qaytarılan məbləğin daha çox olacağı təqdirdə inflyasiyanın, qiymət artımının yaranacağı ilə bağlı iddiaları da əsassızdır:

«Təsəvvür edin ki, 5000 rublu olan insan 600 manat alacaq. Halbuki, 5000-ə o dövrdə bir maşın düşürdü, indi isə 600 manata yaxşı bir velosiped almaq olar. Yəni, hökumət o dövrün maşınını velosipedə dəyişərək insanlara qaytardı. Kontur arqumentlər gətirirlər ki, böyük kursla verilsəydi, ölkədə inflyasiya baş verərdi, qiymətlərin artımı sürətlənərdi.

Amma mən düşünürəm ki, bunu daha uzun müddətə yayaraq, daha yüksək kompensasiya verərək bu inflyasiyanın qarşısını almaq mümkün olardı. 100 milyonu bir neçə ilə bölərək bazara daxil etməklə həm inflyasiyanın qarşısı alınardı, həm də insanların normal kompensasiya almalarına şərait yaradılmış olardı. Çox təəssüf ki, hökumət yenə öz bildiyini etdi, başqa təkliflərin səslənməsinə imkan vermədi».

AZƏRBAYCAN SƏNƏDƏ İMZA ATAN SONUNCU POSTSOVET ÖLKƏSİDİR

Azərbaycan postsovet ölkələri arasında əmanətlərin qaytarılması ilə bağlı sənədə imza atan sonuncu ölkədir. Digər postsovet ölkələrində bu problem artıq həll olunub. Məsələn, 2008-ci ildən əmanətlərin qaytarılmasına start verən Ermənistan vətəndaşına 2000 rubla görə 200 dollar, 5000 rubla görə 760 dollar pul verir. Başqa sözlə, ödənilən məbləğ Azərbaycanla təxminən eyni səviyyədə, bəzi məbləğlərdə isə hətta daha çoxdur. Ekspertlərə görə, postsovet ölkələri arasında əmanətlərlə bağlı ən nümunəvi mexanizm Litvaya məxsusdur. Bu ölkədə 5000 rublu olan vətəndaş əvəzində 1500 avro əldə edib.

Azərbaycanın dövlət büdcəsindən əmanətlərin qaytarılması üçün nə qədər vəsaitin ayrılması hələ rəsmən açıqlanmayıb. Amma iqtisadçı-ekspertlərin hesablamalarına görə, bütövlükdə SSRİ-dən qalan əmanətlərin tam qaytarılması üçün hökumətə 480-500 milyon manat vəsait lazım olacaq.

Ölkədə 1 milyon 986 min nəfər əmanətçinin olduğu təxmin edilir.

“Azadlıq” Radiosu









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Belə getsə, “Zeytunluq”da yaşıllıq qalmayacaq - SOS!
Bu gün, 09:09
"Yapı Kredi Bank" oyun "alqı-satqısı" ittihamı ilə üz-üzə... - Bank sahibi iddialara nə deyir?
Bu gün, 08:59
Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
Bu gün, 08:55
Avtobuslar yenə də `dədə-baba yoluna` qayıdır? - AYNA-nın NƏZƏRİNƏ...
Bu gün, 08:47
Ləğv olunmaq sırası AYB-yə çatıb? - İLGİNC...
Bu gün, 08:40
De sən öl, Həsən ağanın qohumuyam? - Sabirabaddakı biabırçılığa sözardı
Bu gün, 08:31
Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik… - FAKT BUDUR!
Bu gün, 08:16
Paşinyan Aİ-yə üzvlükdən danışdı - "50 min imzanın toplanacağına əminəm"
Bu gün, 02:04
70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? - “Cumhuriyet”
Bu gün, 02:00
Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? - NƏ BAŞ VERİR?
Bu gün, 00:37
İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib - Paşinyan
Bu gün, 00:34
"Bu gün niyə tez parlayanlar tez də sönürlər?"
Bu gün, 00:23
6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... - Ermənistan KİV
Bu gün, 00:20
Rusiya nüvə silahından istifadə edəcək – Hədəfdə bu ölkələr var
Bu gün, 00:17
Həftəsonu quru sərhədlər AÇILIR? - AKTUAL
Bu gün, 00:15
Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı - DETALLAR
Bu gün, 00:05
4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
“Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” – Lukaşenko
Dünən, 19:50
Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO
Dünən, 19:45
Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 19:02
“Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” - AKTUAL
Dünən, 19:00
Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi
Dünən, 18:58
Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - TƏFƏRRÜAT
Dünən, 18:14
Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı (FOTO)
Dünən, 18:11
ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
Dünən, 18:06
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 18:03
Mətbuat katibinin qızı YÖS imtahanında I oldu - FOTO
Dünən, 18:01
“Huner Group” MMC-nin direktoru dəyişdirilib - BUNDAN SONRA...
Dünən, 17:56
“Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Dünən, 17:52
Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Dünən, 17:50
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:44
Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:42
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Dünən, 17:40
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 17:38
FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Dünən, 17:35
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Dünən, 17:34
“Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Dünən, 16:38
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Dünən, 16:32
Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Dünən, 16:30
Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Dünən, 16:26
Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Dünən, 16:19
Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Dünən, 16:18
Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Dünən, 16:05
Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Dünən, 16:01
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Dünən, 15:51
"Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Dünən, 15:45
Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... - NƏ ETMƏLİ?
Dünən, 15:32
Araqçı və Mirzoyanın intensiv telefon danışığının PƏRDƏARXASI
Dünən, 15:29
“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
Dünən, 15:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru