Məşhur iş adamı Bakının bu yerində hektarlara ərazini ALDI .....                     Tural Məmmədova vəzifə verildi .....                     Rusiya general-polkovnikin bank hesabına da həbs qoydu .....                     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağ adamı “ölmüş şəxs” kimi sistemə salıb .....                     Global Media Group jurnalistlər üçün təlim təşkil edib .....                     Quba sakinləri dərdlərini KİMƏ DESİNLƏR... .....                     FHN ilə “Baku Bulding” MMC-nin işbirliyində bir evin təmir və tikintisi neçəyə başa gəlir .....                     Türkiyənin Zəngəzurla bağlı mövqeyi... .....                     “Əvvəlki ödənişlər nəzərə alınmır. Niyə?” .....                     Paşinyan ABŞ-da Bakıya mesaj verdi, İrəvan qarışdı .....                     Makron Paşinyan üçün yeni "rol" hazırlayıb .....                     Kollec direktorunun kütləvi ixtisar qərarı... .....                     “Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib .....                     Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb .....                     "Rəşad Musayev mənə dedi ki, sənin üstündə nəzarəti gücləndirib səni tutduracam" .....                     Ermənistan-Rusiya münasibətlərində problemlər var, amma... .....                     Zəngəzurdan pay istəyənlərin sayı artır .....                     VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb .....                     Paşinyan referenduma gedir: Azərbaycanın qərarı nə olacaq? .....                     Tənha yaşayan 3 uşaqlı anaya ƏCAİB İMTİNA BƏHANƏSİ... .....                     "Bəzi xarici siyasi dairələr xüsusi canfəşanlıqla ölkəmizə qarşı təqib-təzyiq kampaniyasına başlayıb" .....                     "Dalaşırdım, döyürdüm, döyülürdüm.." .....                     Paşinyan əgər istəsə... .....                     Bu halda Əmək Məcəlləsi pozulur .....                     “Bir çox sahədə müavinət və əməkhaqqı da artacaq” .....                     `Findex` lə sifariş etməzdən öncə düşünün... .....                     Şeyxin etiraz etdiyi BU QANUN yenidən gündəmdə .....                     Şahramanyan da gec-tez cinayət məsuliyyətinə cəlb olunacaq .....                     Yarımçıq saziş sülh gətirməyəcək .....                     Müştərisi `Aztelekom`a qarşı FAKT TƏQDİM ETDİ .....                     Talıbovun TİLSİMİ... .....                     Rusiyanın "qələbəsi üçün dua" və "Bakının doğma evə dönməsi" münasibətilə tost .....                     Dillər Universitetində GİZLİ MÜDAFİƏ .....                     Kremlin blef və şantajı: Putin həm qorxur, həm qorxudur .....                     Sülh masası uğrunda müharibə: Nyu Yorkdan sonra Moskva... .....                     Nikol Bakının önündə geri çəkildiyini elan etdi .....                     Makron dünyanı Azərbaycana qarşı qaldırır .....                     Şirvanda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib .....                     3 il əvvəl Azərbaycan bazarına daxil olmuş BƏƏ şirkəti .....                     Qarabağda 7 kəndə su çəkilir .....                 

“TOPAZ”IN 186 MİNLİK YALANI
Tarix: 7-10-2011, 12:11 | Çap et
“TOPAZ”IN 186 MİNLİK YALANI

MƏQSƏD “CAN VERƏN” FUTBOL QUMARINA YENİ NƏFƏS VERMƏKDİR

DİA.AZ: - Ötən həftə »Topaz»ın yaydığı bir məlumat ölkə mətbuatının başlıca müzakirə mövzularından birinə çevrildi. Söhbət »Topaz»da rekord sayılacaq uduşun qeydə alınmasından gedir. Verilən rəsmi məlumata görə, hələ adı açıqlanmayan bir türk vətəndaşı 4 matça »Qol Cəmi» oyununun 7+ əmsallarına 2 manat pul qoyuluşu edib, nəticədə 93 347 əmsal toplayaraq, tam 186 min 694 manat qazanıb və bununla da rekorda imza atıb.

Qeyd edək ki, bu »Topaz»da, o cümlədən, 9 illik fəaliyyəti ərzində Türkiyənin »İddaa» markasında belə qeydə alınmayan uduş məbləğidir.

Bu verilən rəsmi açıqlamadır, amma qeyri-rəsmi mənbələrdən əldə etdiyimiz məlumatlar informasiyanın həqiqiliyini şübhə altına salır. »Gündəm-xəbər» olaraq həmin şübhəli məqamların üzərinə işıq salmağa və bəzi qaranlıq mətləblərə aydınlıq gətirməyə çalışacağıq. Beləliklə...

Bu nə deməkdir, cənablar?

Gəlin, ondan başlayaq ki, »Topaz» fəaliyyətə başladığı ilk gündən futbol proqnozu ilə məşğul olanların sərt təpkisi ilə üzləşdi. Oyunlara verilən əmsalları bir neçə dəfə azaldan »Topaz» bununla da iştirakçıların nəzəri baxımdan mümkün olan uduş perspektivinə balta çalmış oldu. »Topaz»da yalnız böyük risqlər hesabına udmağın mümkünlüyü, 10 oynayandan 9-nun isə bəri başdan məğlubiyyətə məhkum olunması isə kontorun fəaliyyət göstərdiyi ilk günlərdəcə üzə çıxdı. Bu isə qazanmaq ehtirası ilə alışıb-yanan »Topaz» başbilənlərini acı reallıqla üz-üzə qoyurdu: Bir-birinin ardınca »Topaz» məntəqələri bağlanır, mərc qoyanların statisitikasında danılması mümkünsüz olan hədsiz azalma müşahidə olunurdu. Əvəzində isə daha yüksək əmsallar təklif edən və »qara bazar» adlandırılan qeri-rəsmi kontorlara müraciətlər artmaqda davam edirdi. »Topaz»ın görünən iflasının qarşısını almaq üçün məhz bu məqamda ayrı-ayrı dövlət qurumları işə cəlb edirldi: Başda Vergilər Nazirliyi olmaqla bir çox strukturlar »qara bazarın» üzərinə hücum çəkdi və onların fəaliyyəti tam dayandırılmasa da (axı onların da arxasında müxtəlif vəzifəli şəxslər dayanır-red), fəaliyyət dairələri minimuma endirildi. Amma bu da »Topaz»ın işinə yaramırdı. Belə olan halda tək bircə yol qalırdı...

»Topaz»ın »möhtəşəm reklamı»

Bəli, »Topaz»ın böyük və səs-küylü bir reklam çarxına böyük ehtiyacı vardı. Hər həftə maksimum uduş sahiblərini qəzet səhifələrinə çıxartmaq düşünülən faydanı vermirdi. İndi daha böyük, imic dəyişikliyinə səbəb olacaq reklama ehtiyac vardı. Düşündülər və tapdılar: Guya hansısa türk vətəndaşı (niyə məhz türk vətəndaşının seçilməsinə bir qədər sonra aydınlıq gətirəcəyik) 4 oyunun hamısına 7+ (yəni, hər 4 oyunda qolların sayı ən azı 7 olacaq-red) əmsalına cəmi ikicə manat pul qoyuluşu etməklə nə az-nə çox, düz 186 min 694 manat pul udub. Gəlin ondan başlayaq ki, 4 oyunun hər birinə 7+ əmsalına pul qoyuluşunun edilməsi inandırıcı görünmür. Hər halda biz futbol oyunlarına pul qoyuluşu edən bir neçə şəxslə söhbətləşdik və onlar belə bir qoyuluşu sadəcə olaraq, anormal saydıqlarını dedilər. Çünki, hər hansı oyunda 7 və ya 7-dən artıq qolun qeydə alınmasının özü sensasiya sayılır, o ki qala eyni kuponda yazılmış 4 oyunun hamısında qolların sayı 7-dən artıq ola. Təbii ki, burada hansısa fırıldaq var və bu fırıldaq »Topaz»ın zədələnmiş imicinə »süni nəfəs» vermək məqsədini daşıyır. Çox güman ki, »Topaz» başbilənləri həmin müəmmalı »uduşu» aşağıdakı kimi düzüb-qoşublar: Oyunlar yekunlaşıb, bundan sonra nəticələrə baxılıb və ən sensasiyalı və təbii olaraq ən yüksək əmsallı 4 oyun seçilərək bir kupona yazılıb və əvvəlki tarixə »qeydə alınıb». Sonrası isə məlumdur: böyük səs-küy, »Topaz»ın sevinc hayqırtıları, sadəlöhvlərin böyük təəccübü və s. Amma məlum olmayan bir məqam qalır...

Niyə məhz türk vətəndaşı seçilib?

Maraqlıdır, görəsən »uduş sahibi» kimi niyə məhz türk vətəndaşı seçilib? Axı bu fırıldağı həyata keçirmək üçün elə Azərbaycanın özündən də minlərlə arzulanan iştirakçı tapmaq olardı. Guya nə böyük işmiş, kiməsə 50 və ya 100 manat təklif edirsən, o da canla başla həmin tragikomediyanın baş rolunda çəkilməyə razılaşır, vəssalam. Amma yox, belə bir böyük ssenaridə məhz xarici vətəndaş rol almalıydı. Axı, uduş sahibi kimi hansısa azərbaycanlını seçsəydilər, onun özü də olmasa hansısa yaxın qohumu kiməsə ağzından nəsə qaçırardı. Azərbaycan kiçik, söz-söhbətin yayılma sürəti isə kosmikdir. Elə bunu nəzərə alan »Topaz» şefləri də gələcək təhlükədən bəribaşdan sığortalanmaq üçün türk vətəndaşını seçiblər. Hər halda »Topaz» yaxın günlərdə həmin türkün kimliyini açıqlayacağını vəd edib, inanırıq. Hansısa ad və ya soyad açıqlanacaq, ola bilsin həmin »bəxtəvər»dən telekanallar böyük müsahibələr də alacaq. Amma bütün bunlar »Topaz»ın »can verməkdə» olan bazarını dirildə biləcəkmi? Bax günün ən aktual sualı budur.

Kim bilmir ki, »Topaz» soyğunçudur?

Ən maraqlı məqam Azərbaycanda Türkiyənin »İddaa» adı altında keçirilən mərc oyunlarının analoqu yaradılmasıdır. Bütün dünyanın ələ salıb istehza etdiyi »İddaa»ya Azərbaycanda niyə qucaq açılıb? Dünya bu mərc sisteminə ona görə gülür ki, Türkiyə öz vətəndaşlarının xarici bukmekerlərə çıxışını bağlayaraq onları dünyanın ən aşağı və ən soyğunçu əmsalları ilə oynamağa məcbur edir. Nədən Azad Rəhimov bu işi, məsələn, »5Dimes», »BetJamaica», »Diamond Sportsbook», »Pinnacle Sports», »Victor Chandler» və s. yüksək reytinqli və özünə hörmət qoyan bukmeker şirkətləri ilə deyil, Avropada istehza obyektinə çevrilmiş »İnteltek»-lə görür və üstəlik, xarici saytlara çıxışı bağlamaqla Azərbaycan vətəndaşlarını da aşağı əmsallı ekspress-kuponlara pul qoymağa və iflasa sürükləyir? »Topaz» mərc oyunlarından »dərs keçən» türk qardaşımız Əhməd Sezer vasitəsilə bizə ədalətli oyun vəd edir. Ədalətli oyun isə rəqabətli mühitdə mümkündür. Və belə bir ədalətsiz qumarın təminatçısı rolunda Azərbaycan Respublikası təqdim olunur. Həm də dövlət adamlarının monopoliyasında...

Oliqarxlar »qumar masasında»

»Topaz» yaradılana qədər totalizator nisbətən inhisardan yan ötə bilən sektor sayılırdı, onu da idman və gənclər naziri Azad Rəhimovla nəqliyyat naziri Ziya Məmmədov (əslində nazir bu biznes »Hafka»ya tapşırıb-red). ələ keçirdi. Artıq Azərbaycanda bukmeyker işi adları çəkilən nazirlərin şəxsi biznesinə çevrilib. Kənardan hər şeyə dövlət nəzarəti olduğu təəssüratı yaranır. Əslində isə totalizator nəqliyyat naziri Z.Məmmədovun oğlu Anar Məmmədovun yeni biznesidir. Təsadüfi deyil ki, bütün maliyyə əməliyyatlarını onun sahibi olduğu deyilən »Bank of Azerbayjan» həyata keçirir. Belə ki, »Topaz»da 2 min manata qədər uduşlar kotorlar tərəfindən yerindəcə ödənilir, daha böyük məbləğlərin ödənmə mexanizmi isə adıçəkilən bank vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, »Topaz» söhbəti hələ 2009-cu ilin payızında ortaya çıxmışdı. Əvvəlcə, Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev canfəşanlıq edirdi, alovlu açıqlamalar verirdi. Dövlət məmuru deyirdi ki, pul möhtəkirlərin cibinə axır, həmin vəsaiti ölkə idmanının inkişafına sərf etmək lazımdır. Sonralar belə açıqlamalar çox olacaqdı, amma proses xeyli yubanacaqdı. Anar Məmmədov və komandası sahibkarları ilk dəfə keçən ilin aprelində aldatdı. Hamıya dedilər ki, gedin hazırlaşın, iyunun 11-də işə başlayırıq. Niyə iyunun 11-də? Çünki həmin gün futbol üzrə dünya çempionatı start götürürdü. Xeyli sahibkar icarəyə obyekt götürdü, təmir işlərinə başladı, amma iş iyunun 11-də başlamadı.

Xeyli adamlar bir neçə ay boş-boşuna obyektin icarə haqqını verəndən sonra geri çəkildi. Bax, beləcə, »Topaz» ilk gündən camaatın cibinə girməyə başladı. 2010-cu ilin aprelində hamıya »start» komandası verildi, amma ilin sonuna qədər işə başlanmadı. Kim müflis olmaz ki! Yanvarın 18-nə qədər »qoşundan ölən ölmüşdü, qırılan qırılmışdı». Qalanlar isə yavaş-yavaş sıradan çıxmağa başlayır...

Fırıldaqla başlanan iş

Ziya Məmmədovun oğlunu da bu məqam şirnikləndirdi. Hərçənd, totalizator biznesini ələ keçirmək ona asan başa gəlmədi. Bir ara Paşayevlərin bu biznesə qoşulduğu barədə xəbərlər yayıldı. Nə qədər qəribə səslənsə də, son nəticədə Anar Məmmədov daha cəld tərpəndi. Prosesin xeyli yubanmasının da məhz bu mövqe toqquşmaları üzündən baş verdiyi bildirilir.

Bütün bu səbəblərdən »Topaz»ın işə başlaması lazımi ajiotaj yaratmadı. Çoxları hesab elədi ki, yenə hamını aldadırlar. Geridə qalan müddətdə bir növ »Topaz»a inam sarsıldı. Anar Məmmədovun biznesinin fiaskosu da bundan başladı.

»Azinteltek» əvvəldən bir prinsipi əsas götürdü: müştərinin cibinə girmək. Elə şərtlər irəli sürdü ki, bu yolla istər-istəməz uduzmasınlar. »Topaz» kontorlarında müştərinin uduzması üçün Amerika kəşf etməyiblər, Sadəcə, tək oyunlardan imtina ediblər və əmsalları aşağı salıblar. Əlbəttə, »Topaz» artıq bəzi oyunlar üçün tək variantlar qəbul edir. Şərtlərdən təkcə müştərilər narazı deyil, sahibkarların da üzü gülmür. Şirkət kontorda yığılan məbləğin yalnız 6 faizini sahibkara verir. Kontorların əksəri aylıq 30 min manat həddini keçə bilmir. Təxminən qazanılan 1500 manat isə yalnız obyektin icarə haqqına çatır. Kim belə şərtlərlə işləyər ki?!

»Qara bazar»ın qara günləri

Azərbaycanda totalizator biznesi uzun illər »qara bazar»ın alverçilərinin əlində olub. Əlbəttə, onda obyektlər qanunsuz fəaliyyət göstərirdi, amma müştəriyə sərfəli şərtlər təklif edirdilər. İstənilən oyuna pul qoymaq mümkün idi, özü də istənilən məbləğdə. »Topaz»dan fərqli olaraq, limit tətbiq olunmurdu, oyunlar saf-çürük edilmirdi. »Topaz»da kimsə 6 min manat udanda hay-küy salırlar, amma elə yaxın keçmişdə kimsə Bakının qanunsuz işləyən kontorundan evinə 100 min manat aparırdı. Müştərinin seçim imkanı vardı, ən sərfəli şərtlər irəli sürən bukmeykerlər əməkdaşlıq edə bilərdi. Lakin indi müştərinin maraqları heç kimi maraqlandırmır, onun uduzması məntiqəuyğun sayılır. İndi Bakıda az sayda belə kontor qalıb.

Məhv olmuş gələcək

»Topaz»ın isə perspektivi görünmür. Vəziyyət o qədər ağırdır ki, Ziya Məmmədovun yaxınları da işləyə bilmir. Məsələn, onun sağ əli sayılan Hafiz Məmmədovun yeznəsi bir müddət əvvəl metronun »Memar Əcəmi» stansiyasına yaxın ərazidə yerləşən kontorunu bağlamaq məcburiyyətində qalıb. Səbəb sadədir: bu şərtlərlə işləmək alınmır. Heç bir müştəri uduzmaq üçün oynamaq istəmir. »Topaz» vəziyyəti xilas etmək üçün uğursuz cəhdlər göstərir: tək oyunların sayını artırırlar, mətbuatı reklam pullarıyla ələ almağa çalışırlar. Heç nə alınmır. İndiki halda bu biznesdən zərər görməmək mümkün deyil.

“DÜNYA” STRETEJİ ARAŞDIRMA QRUPU









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur iş adamı Bakının bu yerində hektarlara ərazini ALDI – Görün nə tikdirir…
Bu gün, 11:23
Tural Məmmədova vəzifə verildi - ÖZÜ AÇIQLADI
Bu gün, 11:21
Rusiya general-polkovnikin bank hesabına da həbs qoydu - TASS
Bu gün, 11:15
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağ adamı “ölmüş şəxs” kimi sistemə salıb - “Ölü kimi” qeyda alınan şəxs isə...
Bu gün, 11:14
Global Media Group jurnalistlər üçün təlim təşkil edib - FOTO
Bu gün, 11:08
Quba sakinləri dərdlərini KİMƏ DESİNLƏR... - NARAZILIQ VAR...
Bu gün, 11:04
FHN ilə “Baku Bulding” MMC-nin işbirliyində bir evin təmir və tikintisi neçəyə başa gəlir - İLGİNC FAKTLAR
Bu gün, 11:02
Türkiyənin Zəngəzurla bağlı mövqeyi... - Dəhliz Rusiyanın vasitəçiliyi ilə açılsa...
Bu gün, 10:56
“Əvvəlki ödənişlər nəzərə alınmır. Niyə?” - ETİRAZ VAR...
Bu gün, 10:52
Paşinyan ABŞ-da Bakıya mesaj verdi, İrəvan qarışdı - “İki yol var”
Bu gün, 10:44
Makron Paşinyan üçün yeni "rol" hazırlayıb - DETALLAR
Bu gün, 10:40
Kollec direktorunun kütləvi ixtisar qərarı... NARAZILIQ YARATDI
Bu gün, 10:38
“Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
Bu gün, 10:33
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
Bu gün, 10:28
"Rəşad Musayev mənə dedi ki, sənin üstündə nəzarəti gücləndirib səni tutduracam" - İTTİHAM VAR...
Bu gün, 10:26
Ermənistan-Rusiya münasibətlərində problemlər var, amma... - ŞƏRH
Bu gün, 10:23
Zəngəzurdan pay istəyənlərin sayı artır - “Azərbaycan hazır olmalıdır”
Bu gün, 10:21
VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb
Bu gün, 10:19
Paşinyan referenduma gedir: Azərbaycanın qərarı nə olacaq? - Görünəni odur ki...
Bu gün, 10:17
Tənha yaşayan 3 uşaqlı anaya ƏCAİB İMTİNA BƏHANƏSİ... - BU NƏDİ BELƏ?!
Bu gün, 10:14
"Bəzi xarici siyasi dairələr xüsusi canfəşanlıqla ölkəmizə qarşı təqib-təzyiq kampaniyasına başlayıb" - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:09
"Dalaşırdım, döyürdüm, döyülürdüm.." - VİDEO
Bu gün, 10:07
Paşinyan əgər istəsə... - AKTUAL
Bu gün, 09:56
Bu halda Əmək Məcəlləsi pozulur - Ekspert danışır...
Bu gün, 09:54
“Bir çox sahədə müavinət və əməkhaqqı da artacaq” - deputat
Bu gün, 09:52
`Findex` lə sifariş etməzdən öncə düşünün... - ÇAĞIRIŞ
Bu gün, 09:47
Şeyxin etiraz etdiyi BU QANUN yenidən gündəmdə - NƏ ETMƏLİ?
Bu gün, 09:40
Şahramanyan da gec-tez cinayət məsuliyyətinə cəlb olunacaq - Başqa cür ola da bilməz...
Bu gün, 09:39
Yarımçıq saziş sülh gətirməyəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:38
Müştərisi `Aztelekom`a qarşı FAKT TƏQDİM ETDİ - GİLEY
Bu gün, 09:35
Talıbovun TİLSİMİ... - Kreslosu niyə boş qalıb?
Bu gün, 09:22
Rusiyanın "qələbəsi üçün dua" və "Bakının doğma evə dönməsi" münasibətilə tost - Moskvadan göndərilən din xadimi Bakıda nə ilə məşğuldur?
Bu gün, 09:20
Dillər Universitetində GİZLİ MÜDAFİƏ - BU NƏDİ BELƏ?!
Bu gün, 09:17
Kremlin blef və şantajı: Putin həm qorxur, həm qorxudur - NƏ BAŞ VERİR?
Bu gün, 09:13
Sülh masası uğrunda müharibə: Nyu Yorkdan sonra Moskva... - İNCƏLƏMƏ
Bu gün, 09:10
Nikol Bakının önündə geri çəkildiyini elan etdi - GƏLİŞMƏ
Bu gün, 09:08
Makron dünyanı Azərbaycana qarşı qaldırır - Emanuelin məkrli planı
Bu gün, 08:52
Şirvanda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Bu gün, 04:45
3 il əvvəl Azərbaycan bazarına daxil olmuş BƏƏ şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
Qarabağda 7 kəndə su çəkilir - 15 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 00:02
Dia-az.İnfo-da TEXNİKİ FASİLƏ - LÜTFƏN... NƏZƏRƏ ALIN...
26-09-2024, 14:16
Qaradağ rayonunda “27 sentyabr – Anım Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi
26-09-2024, 14:16
COP29-a qədər sülh sazişi imzalanacaq? – Qabil Hüseynlinin ŞƏRHİ
26-09-2024, 14:12
Xocalı-Xankəndi yolunda tullantıların yandırılmasına görə vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib
26-09-2024, 14:09
Anım Günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası keçirilib
26-09-2024, 14:08
Nyu-Yorkda sülh müzakirəsi: yenə “bir addım irəli” atılacaq, yoxsa... - HƏQİQƏTƏN DƏ...
26-09-2024, 14:00
“Bakı Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb
26-09-2024, 12:00
Nəcməddin Sadıkovun adı hallanan 143 milyonluq oğurluq işi – SABAH MƏHKƏMƏ OLACAQ
26-09-2024, 11:49
Dövlətə xəyanətdə ittiham olunan şəxs qərardan narazıdır - MƏHKƏMƏ
26-09-2024, 11:40
Sakinlər TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - Başçının NƏZƏRİNƏ...
26-09-2024, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru