Nazirlərin Nyu-York görüşü .....                     "Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək" .....                     “Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” .....                     Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü .....                     Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq .....                     Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək .....                     "Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... .....                     “Zəngəzur dəhlizi açıla bilməz...” .....                     Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir .....                     “Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək .....                     Bayraq meydanında bayrağımız yenidən dalğalanır .....                     Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: .....                     Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? .....                     “Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” .....                     Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb .....                     İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? .....                     "Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim" .....                     Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı .....                     Elarizin nəvəsi ilə “dueti” .....                     Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? .....                     ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir .....                     Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib .....                     Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi .....                     Paşinyan açıqladı .....                     ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib .....                     "Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, .....                     Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər .....                     Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir .....                     Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir .....                     Bu insanlara sərhəddə güzəşt edilməlidir! .....                     Qərb Gürcüstana niyə “ögey övlad” kimi .....                     Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi .....                     İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib .....                     “AFB Bank”ın rəhbərliyinə təyinat .....                     Bərdə probasiya şöbəsində nə baş verir? .....                     Ağdamda Dövlət Yanğından Mühafizə Hissəsi tikilir .....                     AYDIN ƏLİYEVİN GƏLİNİ ÜSYAN EDİR .....                     İran İsraillə birbaşa qarşıdurmaya girir? .....                     Azərbaycanda da restoranları olan məşhur pizza şəbəkəsi müflis oldu .....                     "Azərbaycanda tətbiq olunan mövcud suvarma sistemi .....                 

SUMQAYITDA SAHİBKARLIQ MƏHV EDİLİR
Tarix: 12-03-2012, 13:04 | Çap et
SUMQAYITDA SAHİBKARLIQ MƏHV EDİLİR

İCRA BAŞÇISI ELDAR ƏZİZOVUN İŞ ADAMLARINA QARŞI “SƏLİB YÜRÜŞÜ”

DİA.AZ: - Sumqayıtda sahibkarlar dözülməz vəziyyətə düşüb. Şəhərdə uzun illər ticarətlə məşğul olan şəxslər yeni icra başçısının dözülməz şərtlərindən bezib. Bu barədə DİA.AZ-a müraciət edən bir qrup sahibkar artıq bu şərtlərdən müflis olduqlarını deyir. Sakinlər deyirlər ki, bir müddət əvvəl Sumqayıta yeni icra başçısı təyin olunan Eldar Əziziov təxminən bir aydan sonra şəhərdəki sahibkarları yığıb onların problemləri ilə maraqlanıb.

Sən saydığını say, gör başçı nə sayır

Sahibkarlar seviniblər ki, yəqin icra başçısı onların problemlərini həll edəcək. Amma, sonradan məlum olub ki, bu heç də belə deyil və yeni icra başçısı sahibkarları tanımaq, kimin kim olduğunu öyrənmək üçün bu taktikadan istifadə edir. Sahibkarlar deyir ki, icra başçısı ilə görüşdən təxminən bir ay sonra icra hakimiyyətinin işçiləri sahibkarlarla danışıqlar aparıb ki, onların mağazalarının ətrafı abadlaşdırılacaq. Sahibkarlar da buna sevinib. Amma onların bu sevinci çox sürməyib. İcra hakimiyyətinin bu abadlaşma siyasəti sahibkarlara baha başa gəlib. Məlum olub ki, icra başçısı Eldar Əzizov obyektlərin ərazisini sahibkarların hesabına abadlaşdırmaq niyyətindədir. Sakinlər deyirlər ki, icra başçısı əvvəlcə ərazini sahibkarların abadlaşdırmasını tələb edib. Bildirib ki, hər sahibkar öz obyektinin arxa və qarşı tərəflərini abadlaşdırmalı, obyektin fasadını yüksək səviyyədə təmir etdirməlidir. Sahibkarlar da bununla razılaşıb obyektlərinin təmirinə başlayıblar. Sakinlər deyirlər ki, onlar təmirə kifayət qədər vəsait də xərcləyiblər: «Əvvəlcə başçı bizi qəbul edəndə dedi ki, guya bizə şərait yaradacaq ki, normal alver edək. Hətta demişdi ki, sahibkarlığa mane olan amilləri aradan qaldıracaq. Biz də sevinmişdik. Eldar Əzizov başçı təyin olunandan sonra Sumqayıtın inkişafına Prezidentin Ehtiyat Fondundan 10 milyon manat ayrıldı. Elə həmin vaxt da icra hakimiyyətinin işçiləri gəlib dedilər ki, guya ərazi abadlaşdırılacaq. Biz də buna sevindik. Amma, bilmədik ki, icra başçısı bizə daha da zülm edəcək».

İlk qarət 5-10 min manatla başladı

Sahibkarlar bildirirlər ki, əvvəlcə öz hesablarına obyektlərin təmiri üçün ən azı hər sahibkar 5-10 min manat xərcləyib. Bu isə obyektin ərazisi, ətraf ərazilərin ölçüsündən asılı olub: «Elə obyekt var ki, kiçik ərazidə yerləşir, həmin obyektin sahibi 3 min manat xərclədi,eləsi də var ki, böyük ticarət mərkəzi və ya biznes obyektidir, o obyektin sahibi bu abadlaşmaya minmum 8-10 min manat xərcləməli oldu. Yüzlərlə obyekt sahibi bu prosesdə məcbur edildi ki, ərazilər abadlaşdırılsın. Amma, iş bununla bitmədi. Əvvəlcə birinci təmirə etiraz da edirdik ki, imkana baxmadan icra başçısı bizim hesabımıza ərazi abadlaşdırır. Amma, sonra buna da şükür etməli olduq. Sən demə bizi daha böyük bəlalar gözləyirmiş».

Sahibkarların təmiri Eldar Əzizovun xoşuna gəlməyib?

Sahibkarların dediyinə görə, ərazinin sahibkarlar tərəfindən abadlaşdırılması icra başçısının xoşuna gəlməyib. Əraziyə baxış keçirən icra başçısı həmin abadlaşdırılan ərazilərin yenidən sökülməsini tapşırıb. Sahibkarların sözlərinə görə, öz vəsaitləri hesabına abadlaşdırdıqları ərazilər icra başçısının sifarişi ilə darmadağın edilib: «Mağazaların qarşısına döşənən daşlar çıxarılıb aparıldı, abadlaşdırdığımız yerlər traktorlarla dağıdıldı və sair. Hər yeri qazıyıb tökən icra başçısı mağazaları yeni stildə inşa etdirməyi tapşırdı. Hətta iş o yerə çatdı ki, icra başçısı tapşırıq verdi ki, sahibkarlar öz obyektlərini söküb yenidən tikməlidirlər». Bu prosesə razılaşmayan sahibkarlar icra hakimiyyətinin işçilərinə xəbərdarlıq ediblər ki, obyektlər söküləcəyi təqdirdə onlar etiraz aksiyalarına başlayacaqlar. Sahibkarların birləşməyindən ehtiyatlanan icra başçısı bir neçə obyekti sökdürəndən sonra işi dayandırıb. Sahibkarların qəzəbinə tuş gəldiyini görən Eldar Əzizov ticarətçilərlə başqa yolla danışmaq məcburiyyətində qalıb. Bunun üçün isə icra başçısı başqa üsul seçib. Bu üsul isə sahibkarlara baha başa gəlib. Sahibkarların dediyinə görə, icra başçısı təmir adı ilə sahibkarlardan xəbərsiz işə başlayıb və obyektlərin qapadılmasına göstəriş verib. Məlum olub ki, icra başçısı bütün ticarət mərkəzlərinin qarşısını şüşə çərçivələrə saldırır. Amma bu barədə nə sahibkarlardan pul yığılıb, nə də onlara hansısa bir təzyiqlər edilib. Sadəcə həmin ərəfədə sahibkarlar mağazalarını, obyektlərini bağlamaq məcburiyyəti də qalıb. Bu münvalla sahibkarlar iki aya yaxın işsiz qalsa da, səslərini çıxarmayıblar. Amma, iş bununla bitməyib. Ticarətçilərin dediyinə görə, icra başçısı təmirdən sonra yenidən sahibkarlarla görüşüb obyektlərini təmir olunmuş vəziyyətdə onlara təqdim edib . Bu da sahibkarları ürəkləndirib. Amma, yenə də az müddətə.

Sahibkarlara 30 min manat damğası və girovda qalan əmlak

Obyektlər istifadəyə veriləndən bir həftə sonra icra hakimiyyətinin nümayəndələri həmin sahibkarlardan təmirin pulunu istəyib. Bu pul isə, nə az, nə çox, elə təzə obyektin pulu qədər olub: «İcra hakimiyyətinin işçiləri gəlib bildirdilər ki, bəs obyektində qalıb işləmək istəyən hər sahibkar təmirə görə 30 min manat verməlidir. Biz əvvəl anlamadıq ki, icra hakimiyyəti obyekti əlimizdən alır, yoxsa öz obyektimizi bizə pulla satır. Elə Sumqayıtda 30-40 min manata normal obyekt almaq mümkündür onsuz da. Buna da etiraz edəndə artıq məlum oldu ki, konkret tapşırıq verib bu barədə. Elə çarəsiz vəziyyətə düşdük ki, həmin pulu ödəmək məcburiyyətində qaldıq. Çünki, pulu verməsəydik obyekt əlimizdən alınacaq və özümüz də şərlənəcəkdik. Məcbur olub razılaşmışıq.» İndi sahibkarlar həmin pulu qazanmaq üçün min bir üsula əl atır. Onlarla sahibkar, mən də daxil olmaqla banklara mənzillərimizi girov qoyub, 30 min manat götürüb təmir pulunu ödədik. İndi 5 il mən o pulu ödəməliyəm, o vaxta qədər də ya öləm, ya qalam».

Nəsimi









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
Bu gün, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
Bu gün, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
Bu gün, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
Bu gün, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
Bu gün, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
Bu gün, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
Bu gün, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
Bu gün, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
Bu gün, 16:02
“Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək və danışıqların gündəliyini dəyişmək üçün eskalasiyada maraqlı görünür”
Bu gün, 16:00
Bayraq meydanında bayrağımız yenidən dalğalanır
Bu gün, 15:56
Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: - Bizi illərdir qapı ağzında gözlədənlər...
Bu gün, 15:51
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - Əbülfəz Ağayevə ittiham
Bu gün, 15:41
“Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” - Abramyan
Bu gün, 15:30
Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb
Bu gün, 15:27
İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? - AKTUAL
Bu gün, 15:23
"Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim"
Bu gün, 15:21
Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - YENİ TƏYİNAT
Bu gün, 15:14
Elarizin nəvəsi ilə “dueti” - VİDEO
Bu gün, 15:10
Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? - NƏ BAŞ VERİR?
Bu gün, 15:07
ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir - FAKT BUDUR!
Bu gün, 15:00
Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib - ISNA
Bu gün, 14:45
Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi - "Spiegel"
Bu gün, 14:10
Paşinyan açıqladı – Əliyevin tələbi yerinə yetiriləcək
Bu gün, 14:07
ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - VİDEO
Bu gün, 14:01
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
Bu gün, 14:00
Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər - GƏLİŞMƏ
Bu gün, 13:59
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir - MƏQALƏ
Bu gün, 13:54
Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir - FAKT BUDUR!
Bu gün, 13:29
Bu insanlara sərhəddə güzəşt edilməlidir! - Deputatın təklifi reallaşa bilərmi?
Bu gün, 13:27
Qərb Gürcüstana niyə “ögey övlad” kimi DAVRANIR?
Bu gün, 13:23
Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi - "Heç kim heç nədən sığortalanmayıb"
Bu gün, 13:14
İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib
Bu gün, 13:09
“AFB Bank”ın rəhbərliyinə təyinat - FOTO
Bu gün, 12:48
Bərdə probasiya şöbəsində nə baş verir? - TƏFƏRRÜAT
Bu gün, 12:44
Ağdamda Dövlət Yanğından Mühafizə Hissəsi tikilir - TENDER NƏTİCƏSİ
Bu gün, 12:40
AYDIN ƏLİYEVİN GƏLİNİ ÜSYAN EDİR - Biz arxasızıq deyə bunu edirlər
Bu gün, 12:28
İran İsraillə birbaşa qarşıdurmaya girir? - AÇIQLAMA
Bu gün, 12:26
Azərbaycanda da restoranları olan məşhur pizza şəbəkəsi müflis oldu - FOTO
Bu gün, 12:24
"Azərbaycanda tətbiq olunan mövcud suvarma sistemi 1000 il bundan əvvəlki selləmə suvarma sistemidir"
Bu gün, 12:21
"Hizbullah" lideri Şeyx Həsən Nəsrullah öldürülüb - İsrail mediası
Bu gün, 12:16
Həmid Əsədzadə 2 yaşlı qızının ölümündən danışdı: - "Uşağımı xəstəxanaya aşpaz çatdırıb"
Bu gün, 12:14
Nikolun “milliləşdirmə” oyunu NƏYƏ HESABLANIB?
Bu gün, 12:10
Ermənistan və Fələstin diplomatik əlaqələr qurur - Ermənistan KİV
Bu gün, 12:08
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 11:59
Ermənilərin çirkləndirdiyi Oxçuçayda vəziyyət necədir? - AÇIQLAMA
Bu gün, 11:55
Qovrulmuş yerfındığı əvəzinə KƏRPİC PARÇASI... - AQTA bir göz atsın oralara...
Bu gün, 11:53
“55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram, amma xalq artisti deyiləm” - Əməkdar artist
Bu gün, 11:30
Məşhur iş adamı Bakının bu yerində hektarlara ərazini ALDI – Görün nə tikdirir…
Bu gün, 11:23
Tural Məmmədova vəzifə verildi - ÖZÜ AÇIQLADI
Bu gün, 11:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru